tvictimai | Unsorted

Telegram-канал tvictimai - İctimai TV

4150

Subscribe to a channel

İctimai TV

Paşinyan Xankəndi-Laçın yolunda aksiya iştirakçılarından Vladimir Putinə şikayət etdi

Читать полностью…

İctimai TV

Vladimir Putin Rusiya neftinə "qiymət tavanı"nın tətbiqinə cavab tədbirləri haqqında fərman imzalayıb.

Belə ki, hüquqi və fiziki şəxslərin müqaviləsində məhdudiyyətlər göstərilibsə, bu zaman neft və neft məhsulları tədarük edilməyəcək.

Cavab tədbirləri fevralın 1-dən qüvvəyə minir və iyulun 1-dək qüvvədə olacaq.

Читать полностью…

İctimai TV

⚡⚡Ceyhun Bayramov: “Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın mövqeyi elə onun özünə ziyan vuracaq”

Читать полностью…

İctimai TV

🇦🇿🇮🇷Nazir: Azərbaycan-İran münasibətlərində bəlli bir gərginlik var, vəziyyəti çox dramatikləşdirmək istəməzdim

Читать полностью…

İctimai TV

❗❗❗Ceyhun Bayramov: Ləkəli keçmişi olan şəxs Qarabağa göndərilib, bu təxribatın qarşısını almağa hazırıq

Читать полностью…

İctimai TV

❗❗❗Bayram tətilindən sonra dərslərin başlayacağı gün açıqlanıb.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar 2022-2023-cü tədris ili üzrə təhsil müəssisələrində bayramdan sonra ilk iş (dərs) günü - dərs beşgünlük müəssisələrdə yanvarın 5-dir.

O vurğulayıb ki, altıgünlük müəssisələrdə isə şagirdlər yanvarın 4-də dərsə gedəcəklər.

Читать полностью…

İctimai TV

❗❗❗“Rəsmi İrəvan bəyan etmişdi ki, Azərbaycanın təqdim etdiyi 5 bəndlik prinsipdə Ermənistan üçün qəbuledilməz nəysə yoxdur. Çünki həmin prinsiplər kifayət qədər ədalətlidir”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistan öncə əldə olunan razılaşmalardan geri çəkilir: “Bu, ziyanlı tendensiyadır. Bu cür addımlar danışıqlar prosesinə mənfi təsrir göstərir”.

C.Bayramovun sözlərinə görə, Ermənistan tərəfi bir sıra danışıqlarla bağlı ictimaiyyətə məlumatlar sızdırır: “Bu, ziyanlıdır. Belə addımlar manipulyasiya xarakteri daşıyır”.

Читать полностью…

İctimai TV

Laplandiyadan yola çıxan Santa Klaus ilk kimi sevindirəcək?

Читать полностью…

İctimai TV

Parlamentdə Xankəndi şəhərində xüsusi nümayəndəliyinin təsis edilməsi təklif edilir.

Millət vəkili Zahid Oruc hesab edir ki, bu, orada yaşayan ermənilərin adaptasiyasına xidmət edəcək və çox illik düşmənçiliyə son qoyacaq.

Читать полностью…

İctimai TV

Həkimsiz qalan xəstəxana

Читать полностью…

İctimai TV

❗❗❗🇦🇿🇷🇺🇦🇲Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü olub

“Dekabrın 26-da MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə üçtərəfli görüş keçirməyə nail olduq”.

Bunu Rusiya Prezidenti Vladimir Putin dekabrın 27-də Sankt-Peterburqda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib.

O bildirib ki, hazırda əsas məsələ bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması, Ermənistan-Azərbaycan münasibətləridir: “Razılaşdığımız kimi, biz bütün bu məsələləri ətraflı müzakirə edirik”.

Читать полностью…

İctimai TV

🇦🇿🇯🇵Azərbaycanla Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalanıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
"Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın imzalanması ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə təkan verəcək", - nazir qeyd edib.

Читать полностью…

İctimai TV

🇷🇺🇦🇲Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilir.

Читать полностью…

İctimai TV

Müharibə iştirakçılarına qarşı dələduzluq edənlərin məhkəməsi bitib

Читать полностью…

İctimai TV

Serbiya Kosovo ilə sərhədə uzaqmənzilli haubitsalar yerləşdirir

Читать полностью…

İctimai TV

🇹🇷🇮🇱 İsrailin Ankaradakı yeni səfiri İrit Lillian Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana etimadnaməsini təqdim edib.

Читать полностью…

İctimai TV

❗ Ceyhun Bayramov:

▪ Delimitasiya prosesində 8 kənd Azərbaycana qaytarılmalıdır

▪ Azərbaycanın Qarabağdakı ermənilərlə təmasları olub

▪Aİ-nin Ermənistana göndərdiyi missiya ilə bağlı məsələlər Azərbaycanla razılaşdırılmalıdır

Читать полностью…

İctimai TV

⚡️ Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra infrastruktur obyektlərinin inşası tamamlanıb

Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra tikililər, avtomobil yolları və digər infrastruktur işləri tamamlanıb.

Dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev burada görülən işlərlə tanış olub, Bakı Ağ Şəhər Qarabağ Atları Kompleksinin təməlini qoyub.

Читать полностью…

İctimai TV

❗❗❗Ceyhun Bayramov deyib ki, Laçın dəhlizinə alternativ yolun tikilməsi müsbət bir təcrübə idi: “Bu yol ermənilərin yaşadıqları ərazilərdən keçirdi. Yolun tikintisi zamanı yerli ermənilərin müraciətləri nəzərə alınıb. Bu yolun tikilməsi zamanı inşaatda çalışanlarla ermənilər arasında normal bir ünsiyyət var idi. Yaxud Sərsəng su anbarı ilə bağlı müzakirələr aparıldı ki, torpaqların suvarılması üçün nə qədər su götürülsün, elektrik enerjisi istehsalı necə təmin edilsin. Ancaq ləkəli keçmişi olan şəxs (Ruben Vardanyan-red.) bölgəyə göndərilir, Azərbaycan belə təxribatların qarşısını almağa hazırdır. Bu şəxsin Azərbaycana gəlişindən sonra Azərbaycanın sərvətlərinin istismarında fəallaşma müşahidə olunur, Azərbaycanın bunu monitorinq etmək imkanı var. Həmin şəxsin Qarabağda başqa qanunsuz fəaliyyəti də istisna deyil".

Azərbaycan bu şəxsi axtarışa verə bilərmi sualı ilə bağlı XİN başçısı deyib ki, bu istisna deyil və həmin şəxs həm Azərbaycan qanunvericiliyinə əsasən, həm də beynəlxalq prinsiplərə görə məsuliyyətə cəlb oluna bilər.

Ceyhun Bayramov əlavə edib ki, Vardanyanın bu regionla heç bir bağlılığı yoxdur, o, orada doğulmayıb və bu regionda qanunsuz məskunlaşıb.

Читать полностью…

İctimai TV

❗🇦🇿❗Qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması məsələsində bizim mövqeyimiz tam qətidir. Üçtərəfli bəyanat da buna cavab verir.

Bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında azad edilmiş ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsinin necə həyata keçiriləcəyi barədə suala cavabında deyib.

Nazir bildirib ki, bir çox hallarda Ermənistan rəsmiləri bunun Ermənistan silahlı qüvvələrinə şamil olunmasını iddia edirlər: “Amma heç bunun özünü onlar yerinə yetirməyiblər. Çox saylı dəlillər sübut edir. Ancaq üçtərəfli bəyanatda erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasından söhbət gedir. Bütün silahlı birləşmələr sülhməramlı kontingent orada yerləşdirilən zaman çıxarılmalı idi”.

XİN rəhbəri qeyd edib ki, davamlı görüşlərdə bu məsələni qaldırırlar: “Rusiya tərəfinin mövqeyi ondan ibarətdir ki, bu üçtərəfli bəyanatdır və bura imza atan Ermənistan da var. Bu, Ermənistanın öhdəliyidir və erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasını Ermənistan təmin etməlidir. Bu həqiqətən də Ermənistanın öhdəliyidir və onlar bu öhdəliyi pozur. Buna paralel olaraq bölgədə davamlı olaraq gərginlik yaradır. Bir çox hallarda Qarabağda gərginliyə səbəb qanunsuz silahlı birləşmələrin oradakı fəaliyyətidir”.

Читать полностью…

İctimai TV

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı təxribatçı adlandırıb.
D.Peskov Ermənistanın saytına açıqlamasında A.Qriqoryanın fikirlərinə münasibət bildirib.

“Bu bəyanat həqiqətə uyğun olmayan təxribat sayıla bilər”, - Kreml sözçüsü vurğulayıb.

D.Peskovun sözlərinə görə, A.Qriqoryanın fikirləri həqiqətə uyğun deyil: “Rusiyanın rəsmi şəxslərindən heç kim, heç bir vasitə ilə Ermənistan tərəfə bu barədə bir söz deməyib”.

Xatırladaq ki, A.Qriqoryan “Azadlıq” radiosuna müsahibə verib. O deyib ki, Rusiya Ermənistanın strateji müttəfiqidir. Təhlükəsizlik Şurasının katibi daha sonra əlavə edib ki, Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə və yaranmaqda olan Rusiya-Belarus ittifaq dövlətinə qoşulmağa məcbur edir.

Читать полностью…

İctimai TV

“Azərbaycan və ABŞ enerji sektoru, terrorizmlə mübarizə, humanitar və digər sahələrdə əməkdaşlıq edir”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan təkcə region ölkələri üçün deyil, bir çox digər ölkələr üçün də mühüm enerji tərəfdaşıdır.

"Bundan başqa, ABŞ regionda sülhün bərqərar olması üçün bir sıra mühüm təşəbbüslər irəli sürüb. İki ölkə arasında əməkdaşlıq perspektivləri böyükdür və Azərbaycan bunda çox maraqlıdır", - XİN rəhbəri əlavə edib.

Читать полностью…

İctimai TV

Ukrayna ordusu fransız artilleriyasından istifadə edir.

Читать полностью…

İctimai TV

❗❗Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə 2023-cü ilin yanvar ayına olan biletlər 28 dekabr 2022-ci il saat 16:00-da satışa çıxarılacaq.

Читать полностью…

İctimai TV

Xarkovda Ukrayna ordusu tam gücü ilə müdafiə olunur

Читать полностью…

İctimai TV

⚡Putin Paşinyanla görüşündə "Dağlıq Qarabağ" ifadəsi işlətmir:

"Əlbəttə, əsas məsələ bütövlükdə Cənubi Qafqazdakı vəziyyətin və Ermənistan-Azərbaycan münasibətlərinin, Qarabağla bağlı hər şeyin nizamlanmasıdır”-deyə o vurğulayır.

Читать полностью…

İctimai TV

❗❗❗Azərbaycanda pensiya amnistiyası tətbiq ediləcək.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilib.

Dəyişikliyə əsasən, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur. Belə ki, qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. Dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq. Hazırda isə artıq ödənilən bütün məbləğ geri tutulur.

Dəyişikliyə əsasən, həmçinin daha az məbləğdə pensiya alanlardan 10%, daha çox pensiya alanlardan isə 20% məbləğ tutulacaq.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.

Читать полностью…

İctimai TV

Bərdədə polis və sərnişin maşını toqquşdu

Читать полностью…

İctimai TV

Bu səbəbdən Laçın yolu tamamilə bağlana bilər

Читать полностью…

İctimai TV

Parkda tikinti işləri aparılır, sakinlər etiraz edir

Читать полностью…
Subscribe to a channel