tvictimai | Unsorted

Telegram-канал tvictimai - İctimai TV

4150

Subscribe to a channel

İctimai TV

Bazar qiymətindən xeyli ucuz mənzillər satışa çıxarılacaq

Читать полностью…

İctimai TV

Qarabağdakı "Qızılbulaq" və "Dəmirli" yataqlarının istismarı dayandırılıb.

Azərbaycanın Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarını qanunsuz istismar edən "Base Metals" şirkəti fəaliyyətini dayandırdığını açıqlayıb.

Şirkətin yaydığı məlumatda azərbaycanlı ekoaktivistlərin Laçın-Xankəndi yolunda keçirdiyi aksiya ilə əlaqədar şirkət rəhbərliyinin mədən fəaliyyətlərini müvəqqəti dayandırdığı və ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət etmək qərarına gəldiyi bildirilib.

"Base Metals" şirkəti ermənilərin
"Vallex Group" konqlomeratının törəməsidir.

Читать полностью…

İctimai TV

Dövlət Vergi Xidmətinin iki vəzifəli şəxsi rüşvət ittihamı ilə həbs olunub

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə vətəndaşlardan rüşvət alan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Adilov Zaur Sefi oğlu və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi Əliyev Əjdər Nəsib oğlunun qanunsuz əməlləri ifşa edilib.

Məlumata görə, həyata keçirilmiş operativ əməliyyat tədbirləri nəticəsində cari ilin dekabr ayında Zaur Adilov və Əjdər Əliyevin qabaqcadan əlbir olaraq Məhdud Məsuliyyətli Cəmiyyətdə səyyar vergi yoxlamasının keçirilməməsi müqabilində külli miqdarda rüşvət istəmələri və almalarına əsaslı şübhələr müəyyən edilib.

Читать полностью…

İctimai TV

Vətən uzaqda deyil. İsveçin azərbaycanlı deputatı Aida Kərimli ilə eksklüziv müsahibə

Читать полностью…

İctimai TV

Aqrar sığorta ödənişlərində problemlər nədən yaranır?

Читать полностью…

İctimai TV

❗️ Azərbaycan Fransaya nota verib

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və Fransanın Avropa və Xarici İşlər Nazirliyinə ünvanlanmış etiraz notası qarşı tərəfə təqdim olunub.

Görüş zamanı, Fransa hökumətinin zəruri cavab reaksiyasının olmaması fonunda Fransanın müxtəlif siyasi qüvvələri tərəfindən Azərbaycana qarşı açıq böhtan və qərəz əsasında qurulmuş kampaniyanın genişlənərək davam etməsindən dərin narahatlıq ifadə olunub və məktubda əks olunmuş iddialar qətiyyətlə rədd edilib.

Читать полностью…

İctimai TV

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib.

Читать полностью…

İctimai TV

❗❗❗Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış fəaliyyəti çərçivəsində Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əliyev Eşqin Əlirza oğlu vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.

Baş Prokurorluqdan verilən məlumata görə, əməliyyat tədbirləri ilə Eşqin Əliyevin cari il ərzində vətəndaşlara təqaüdün təyinatı, xəstəliklərə dair göndərişin elektron informasiya sisteminə yüklənməsi, eləcə də qeyd edilən tibb müəssisəsində şəxslərin işə qəbul edilməsi, ixtisasının dəyişdirilməsi müqabilində müxtəlif məbləğlərdə rüşvət almasına əsaslı şübhələr müəyyən edilmişdir.

Читать полностью…

İctimai TV

Dövlət Gömrük Komitəsində sədr müavinləri işdən çıxarılıb.

Prezidentin sərəncamları ilə İqbal Babayev və Əsgər Abdullayev DGK sədrinin müavini vəzifəsindən azad ediliblər.

Digər sərəncamla Natiq Şirinov komitə sədrinin müavini təyin edilib.

Читать полностью…

İctimai TV

BQXK-nın daha üç avtomobili Xankəndi-Laçın yolunda maneəsiz şəkildə hərəkət edib

Читать полностью…

İctimai TV

Ceyhun Bayramov: Azərbaycanın Qarabağdakı ermənilərlə təmasları olub

Читать полностью…

İctimai TV

Zəngilanın Ağalı kəndinin soyuq qış səhəri

Читать полностью…

İctimai TV

İcbari tibbi sığorta üzrə xidmət zərfinə hansı sahələr daxil edildi?

Читать полностью…

İctimai TV

‼️Bu gün hava yağmursuz olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 765 mm civə sütunu enəcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Читать полностью…

İctimai TV

Serbiya Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Serbiya XİN rəhbəri İvitsa Daçiç bildirib ki, serblərə silahlı hücum ediləcəyi təqdirdə, Serbiya ordusu Kosovo və Metohiyaya girmək üçün tərəddüd etməyəcək.

Читать полностью…

İctimai TV

Son 11 ildə Ankara ilə Dəməşq arasında ilk rəsmi təmas bu gün Moskvada baş tutub.

Rusiya paytaxtında Türkiyənin müdafiə naziri Hulusi Akar ilə suriyalı həmkarı Əli Mahmud Abbas arasında görüş keçirilib.

Danışıqlarda Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan da iştirak edib.

Читать полностью…

İctimai TV

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Əlahiddə Ümumqoşun Orduda olub.

Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Orduda xidmət şəraiti ilə maraqlanıb.

Читать полностью…

İctimai TV

Niaqara şəlaləsinin möhtəşəm görüntüsü

Читать полностью…

İctimai TV

Erməni mediasının Laçın-Xankəndi yolu ilə bağlı feyklərinin daha bir sübutu

Читать полностью…

İctimai TV

‼️🇦🇲❌🇷🇺Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını blokada ilə hədələyir

Bu barədə Ermənistanın “Milli Demokratik Qütb” siyasi hərəkatının üzvü Vahe Qasparyan bildirib.

Vahe Qasparyan bunu Laçın yolundakı vəziyyətlə əlaqələndirib.

Laçın yolunun guya bağlı olduğunu iddia edən Qasparyanın sözlərinə görə, əgər yaranmış vəziyyət aradan qalxmazsa, Ermənistan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının blokadasını təşkil edə bilər.

“Biz xalqımıza müraciət edərək Gümrüdəki hərbi bazanın blokadaya alınmasına çağırış edəcəyik. Bu məqsədlə MDQ Ermənistanda bir sıra siyasi dairələrlə müzakirələr aparacaq, hansılar ki, vəziyyəti bizim kimi qiymətləndirərək Qarabağın ruslar tərəfindən blokadaya alınması fikrindədir”, - “Qafqaz Bürosu” Telegram kanalı Qasparyandan sitat gətirib.

Читать полностью…

İctimai TV

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru Yayım Şurasına hesabat verdi

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Yayım Şurasının sədri, akademik Muxtar İmanov bildirib ki, gündəlikdə Şirkətin 2022-ci il üzrə fəaliyyətinə dair hesabatın müzakirəsi və 2023-cü il üçün ştat cədvəlinin təsdiqi barədə məsələyə baxılması nəzərdə tutulub.
Sonra İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru Balakişi Qasımov hesabat dövründə görülmüş işlər barədə məlumat verib. Qeyd edilib ki, ötən müddətdə İctimai Televiziya və Radionun verilişlərinin məzmun keyfiyyətinin artırılmasına, daha müasir texnoloji yeniliklərin tətbiqinə xüsusi diqqət yetirilib. Bir sıra verilişlərin virtual studiyadan yayımlanması təmin edilib. Yeni studiyalar dünyanın ən inkişaf etmiş telekanallarının yararlandığı son model texnologiyalar əsasında qurulub. İctimai teleradionun texniki imkanları, yerləşdiyi binanın təmir-tikinti işləri, yeni studiyaları haqqında da danışan Baş direktor bildirib ki, Şirkətin köhnəlmiş binasının bir hissəsi müasir formada təmir olunaraq istifadəyə verilib. Burada yaradılan şərait əməkdaşlara öz vəzifələrini rahat və tələb olunan müasir səviyyədə icra etməyə imkan verir.
Balakişi Qasımov deyib ki, İctimai TV-nin efirində beynəlxalq əhəmiyyətli, yeni lisenziyalı layihələrin həyata keçirilməsinə nail olunub. Məqsəd müasir veriliş və filmlərin hazırlanaraq ictimaiyyətə təqdim edilməsi, intellektual proqramlarla bütövlükdə cəmiyyətin, onun ayrı-ayrı təbəqələrinin müxtəlif sahələrdəki ümumi maraqlarına xidmət etməkdir.
İclasda ayrı-ayrı verilişlər və həyata keçirilməsi planlaşdırılan layihələr haqqında geniş müzakirələr aparılıb. Yayımlanmış veriliş, müzakirə proqramlarının və filmlərin ictimai əhəmiyyəti, aktuallığı və sosial şəbəkələrdə yüksək reytinq göstəricilərinə də toxunulub, baxış sayına görə aylıq hesabatlarda daim ilk yerləri tutması xüsusi qeyd edilib.
Həmçinin bildirilib ki, Sony Pictures, BBC, Discovery və digər məşhur şirkətlərin istehsalı olan ən baxımlı bədii, sənədli filmləri, lisenziyalı xarici serialları peşəkar dublyajla yayımlayan İctimai TV tamaşaçılara özünün istehsalı olan seriallar da təqdim edir.
Müzakirələr zamanı çıxış edən Yayım Şurasının sədri Muxtar İmanov, Şura üzvləri – Zemfira Qafarova, Azər Həsrət, Yusif Babanlı, Sevil Yusifova, Vüqar Zeynalov İctimai Televiziya və Radio Yayımları şirkətində həyata keçirilən layihələri, müasir beynəlxalq təcrübənin tətbiqini və planlaşdırılan işləri yüksək qiymətləndirib, öz fikir və təkliflərini səsləndiriblər. Toplantıda 2023-cü ilə nəzərdə tutulan və digər cari məsələlər haqqında fikir mübadiləsi də aparılıb.
İclasda həmçinin, gələn il üçün ştat cədvəlinə baxılıb və iş əmsalının daha da yüksəldilməsi məqsədilə müvafiq qərar qəbul olunub.

Читать полностью…

İctimai TV

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Respublika Klinik Xəstəxanasına direktor təyin olunub. Tibb müəssisəsinin direktoru vəzifəsini ortoped-travmatoloq Elviz Qasımov icra edəcək.

TƏBİB-dən verilən xəbərə görə, E.Qasımov təyinatından əvvəl Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru olub.

Читать полностью…

İctimai TV

DTX xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələr təyin edəcək

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında” fərman imzalayıb.

Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və kibercinayətkarlığa qarşı mübarizə sahəsində, habelə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (fəaliyyət istiqamətlərinə aid digər sahələrdə əməkdaşlığın səmərəliliyinin artırılması üçün mühüm əhəmiyyət kəsb edən xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda Xidmətin nümayəndələrini Xidmətin təsdiq edilmiş ştat sayı çərçivəsində təyin etmək səlahiyyəti verilib.

Читать полностью…

İctimai TV

Amerikada şaxtalar nəticəsində inəklər buz bağladı

Читать полностью…

İctimai TV

Bakı Ağ Şəhərdə bir sıra infrastruktur obyektlərinin inşası tamamlanıb

Читать полностью…

İctimai TV

Kinematoqrafçılar İttifaqında nə baş verir?

Читать полностью…

İctimai TV

Polislər Santa Klaus paltarı geyinərək uşaqlara hədiyyə paylayıb

Читать полностью…

İctimai TV

Dünyanın ən bahalı və ən gözəl turizm məkanları

Читать полностью…

İctimai TV

"Məni tutsanız, bəlaya düçar olacaqsınız" - deyən falçı tutuldu

Читать полностью…

İctimai TV

Sərhədçilərimizin Azərbaycan-İran sərhədində göz qırpmadan xidməti

Читать полностью…
Subscribe to a channel