tvictimai | Unsorted

Telegram-канал tvictimai - İctimai TV

4150

Subscribe to a channel

İctimai TV

Azərbaycanda 2023-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyindəki 4 saylı Doğum Evində dünyaya gəlib.
Bu gün saat 00:01-də doğulan körpənin cinsi oğlan, çəkisi 2 kq 700 qramdır.
Qeysəriyyə əməliyyatı ilə doğulan uşaq ananın üçüncü hamiləliyi olub.
Yenidoğulmuşun və ananın vəziyyəti sabitdir.

Читать полностью…

İctimai TV

Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır.
Prezident İlham Əliyev

Читать полностью…

İctimai TV

Şuşada atəşfəşanlıq olub

Читать полностью…

İctimai TV

‼️🇦🇿Prezident İlham Əliyev:

Mən bu ili “Şuşa İli” elan etmişdim. Şuşanın 270 illiyini biz çox geniş və böyük təntənə ilə qeyd etdik. Gələn il isə “Heydər Əliyev İli” elan edilib. Gələn il biz Ulu Öndərin 100 illik yubileyini qeyd edəcəyik. Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb.

Читать полностью…

İctimai TV

‼️🇦🇿Prezident İlham Əliyev:

Əlbəttə, biz ümid edirik ki, beynəlxalq donor təşkilatları öz diqqətini bizə də istiqamətləndirəcəklər. Çünki bu dərəcədə böyük dağıntılar tarixdə olmayıb. Yəni, Azərbaycan böyük ekoloji fəlakətlə, urbisidlə üzləşib. Ancaq əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə bir manat, ya bir dollar kömək etməyiblər. Nəinki donor təşkilatları, heç kim bizə kömək etmir, bütün bərpa işlərini öz hesabımıza aparırıq və aparacağıq.

Читать полностью…

İctimai TV

🇦🇿Prezident İlham Əliyev:

Azad edilmiş ərazilərdə bizim tarixi binalarımız, o cümlədən məscidlərimiz əsaslı şəkildə bərpa edilir və yenidən inşa olunur. Mən bu rəqəmi səsləndirmişdim, ermənilər işğal dövründə 67 məsciddən 65-ni tamamilə yerlə-yeksan etmişlər. Onların bərpası, yenidən qurulması faktiki olaraq artıq başlamışdır və təmirə ehtiyacı olan məscidlər də təmir edilir. Onu da bildirməliyəm, bizim dini abidələrimizin inşası və təmiri ilə bağlı əsas rolu Heydər Əliyev Fondu oynayır. Faktiki olaraq bütün məscidlər Heydər Əliyev Fondunun xətti ilə yenidən inşa edilir.

Читать полностью…

İctimai TV

🇦🇿🇦🇿Prezident İlham Əliyev:
Əfsuslar olsun ki, Ermənistan bizə dəqiq mina xəritələrini verməyib, 300-ə yaxın azərbaycanlı müharibədən sonrakı dövrdə mina faciəsi nəticəsində ya həlak olmuş, ya da ağır yaralanmışdır.

Читать полностью…

İctimai TV

‼️🇦🇿Prezident İlham Əliyev:

Bu il bir neçə hərbi əməliyyat keçirildi və bu əməliyyatlar döyüş qabiliyyətimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədi. Fərrux əməliyyatı, “Qisas” əməliyyatı, eyni zamanda, sentyabr ayında Azərbaycan və Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar bizim növbəti parlaq qələbəmizlə nəticələndi. Sərhəd toqquşmaları nəticəsində Azərbaycan bir çox əlverişli strateji yüksəkliklərdə öz mövqelərini daha da möhkəmləndirə bilmişdir.

Читать полностью…

İctimai TV

‼️🇦🇿Prezident İlham Əliyev:
İki il əvvəl döyüş meydanında qazandığımız tarixi Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik. Bu ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Hesab edirəm ki, bundan sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi və Azərbaycan tərəfindən təklif olunmuş məlum beş prinsip əsasında sülh müqaviləsi imzalana bilər.

Читать полностью…

İctimai TV

Prezident: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlana bilər. Ermənistan Azərbaycanın irəli sürdüyü 5 təklifi qəbul edib.

Читать полностью…

İctimai TV

Azərbaycan Prezidenti: Biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq

Читать полностью…

İctimai TV

‼️🇦🇿Prezident İlham Əliyev xalqa müraciət edir!

Читать полностью…

İctimai TV

İrəvanda bir qrup etirazçı Qarabağdakı ermənilərə dəstək məqsədi ilə yürüş keçirir

Читать полностью…

İctimai TV

Limitin yenilənməsi ilə bağlı “Azəriqaz”dan AÇIQLAMA

Читать полностью…

İctimai TV

Qubada iki avtomobilin toqquşması nəticəsində 200 abonent qazsız qalıb.

Nəqliyyat vasitələrindən birinin qaz xəttinin üzərinə düşməsi nəticəsində Timiryazev qəsəbəsinin abonentləri qazsız qalıb.

Əhalinin təbii qazla təminatını bərpa etmək üçün qəza briqadası hadisə yerində çalışır.

Читать полностью…

İctimai TV

Prezident İlham Əliyevin Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciəti

Читать полностью…

İctimai TV

Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikindən:

▪️Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də.

▪️Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır.

▪️Əminəm 2023-cü ildə laçınlılar Laçına qayıdacaq. Orada genişmiqyaslı bərpa işləri aparılır.

▪️Laçın rayonundakı beynəlxalq hava limanı maksimum iki il sonra fəaliyyət göstərəcək.

Читать полностью…

İctimai TV

‼️🇦🇿Prezident İlham Əliyev:

Bu il Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Qurultayı tarixi hadisə idi. Bu qurultayın məhz Şuşada keçirilməsi çox böyük rəmzi məna daşıyırdı. Necə ki, Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları bir yumruq kimi birləşib, əminəm, dünya azərbaycanlıları, onların mütləq əksəriyyəti də eyni yanaşma göstərəcəklər. Hər halda güclü Azərbaycan dövləti onlar üçün böyük dayaqdır.

Читать полностью…

İctimai TV

🇦🇿Prezident İlham Əliyev:

Azərbaycan dünya bazarlarına öz təbii qazının ixracatını artırır. Bu ilin sonunda - dekabrın 17-də isə yeni böyük meqalayihəyə start verildi. Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi imkan verəcək ki, Azərbaycan bu sahədə də öz rolunu daha geniş miqyasda oynasın. Çünki bu elektrik enerjisinin əsas təchizatçısı Azərbaycan olacaq və bu, yaşıl enerji olacaqdır. Mən artıq bir neçə dəfə demişdim ki, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası olmalıdır. Artıq biz buna nail oluruq və olacağıq. Eyni zamanda, Azərbaycanın çox geniş bərpaolunan enerji mənbələri həm ölkəmiz üçün, həm də dünya üçün böyük əhəmiyyət kəsb edir. Mən bu rəqəmləri bu yaxınlarda səsləndirmişdim, təsdiq edilmiş bərpaolunan enerji mənbələrinin potensialı 184 min meqavatdır. Bunun 157 mini Xəzər dənizinin Azərbaycan sektorunda mövcuddur. Yəni, bu, ölkəmizi əvəzolunmaz tərəfdaşa, enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevirəcəkdir.

Читать полностью…

İctimai TV

🇦🇿Prezident İlham Əliyev:

Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil. Əgər bu ilin iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, postpandemiya dövrü üçün nəticələr qənaətbəxşdir. İqtisadiyyat təxminən 5 faiz artıb, qeyri-neft sektorunda 9 faizdən çox artıb. Bununla bərabər, bizim ümumi daxili məhsulumuz bu il rekord həddə – 130 milyard dollara çatıb. Bu, tarixi nailiyyətdir. Bununla paralel olaraq bizim xarici dövlət borcumuz xeyli azalıb. Bu vəzifəni bir neçə il bundan qabaq mən hökumət qarşısında qoymuşdum ki, bizim xarici borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olmalıdır. Keçən il 17 faiz idi, bu ilin son nəticələrinə görə 9,5 faizdir. Müqayisə üçün deyə bilərəm ki, bəzi inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsulun 100, 120, hətta 150 faizini təşkil edir. Yəni, biz tamamilə beynəlxalq maliyyə institutlarından asılı deyilik.

Читать полностью…

İctimai TV

🇦🇿Prezident İlham Əliyev:

Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir. Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır.

Читать полностью…

İctimai TV

🇦🇿🇦🇿Prezident İlham Əliyev:
Avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir. Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar.

Читать полностью…

İctimai TV

‼️🇦🇿Prezident İlham Əliyev:

Bu il biz hərbi gücümüzü daha da artırmışıq, bu sahəyə daim böyük diqqət göstərilir. Azərbaycan həm İkinci Qarabağ müharibəsi dövründə öz hərbi gücünü göstərmişdir, eyni zamanda, müharibədən keçən iki il ərzində biz aparılan islahatlar nəticəsində, yeni silahlı birləşmələrin yaradılması nəticəsində, silahlar və müasir texnika ilə ordumuzu təchiz etməyimiz nəticəsində daha da böyük hərbi potensiala malik olduq.

Читать полностью…

İctimai TV

Prezident İlham Əliyev xalqa müraciət edib.

Читать полностью…

İctimai TV

Prezident: Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır.

Читать полностью…

İctimai TV

Prezident İlham Əliyev: Döyüş meydanında qazandığımız tarixi Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik

Читать полностью…

İctimai TV

Bakının mərkəzi küçələrində izdiham

Читать полностью…

İctimai TV

Hazırda Bakıda izdiham yaşanır

Читать полностью…

İctimai TV

🇦🇿📺Saat 23:43-də Prezident İlham Əliyevin xalqa müraciəti olacaq.

Читать полностью…

İctimai TV

Yeni il qabağı paytaxt Bakı

Video: Bakı Media Mərkəzi

Читать полностью…
Subscribe to a channel