Azərbaycanlı sahibkarlar öz məhsullarını "Trendyol"da satmağa başlaya bilərlər.
Bunu Türkiyənin "Trendyol" elektron ticarət platformasının idarə heyətinin üzvü Ozan Açar qeyd edib:
"Belə bir addım iş adamlarına öz məhsullarını təkcə Türkiyə bazarında deyil, həmçinin Avropaya satmaq üçün imkanlar yaradacaq. Platformaya daxil olmaq üçün azərbaycanlı satıcılar Türkiyədə nümayəndəliklərini açmalıdırlar".
Bakıda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən beş nəfərin kimliyi MƏLUM OLUB‼️
Hadisə “Mercedes” markalı avtomobilin “Toyota”nın qarşısına çıxması nəticəsində baş verib.
Nəticədə onlardan üçü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib. Bunlar “Mercedes” markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, onun sərnişinləri - 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova və 2001-ci il təvəllüdlü Könül Namazova, həmçinin “Toyota” markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Pərviz Əlizadədir.
Faktla bağlı cinayat işi başlanılıb, araşdırma aparılır.
TƏBİB: Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb
Yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib: "Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq, yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində 1-nin müalicəsinə davam edilir.
Qeyd edək ki, hadisə nəticəsində həkimə qədər üç nəfər dünyasını dəyişib.
Sabahın hava proqnozu açıqlanıb
Yanvarın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3°-dək şaxta olacaq.
⚡️ HADİSƏ necə olub:
Polisdən verilən məlumata görə, qəza zamanı “Toyota Prius” və “Mercedes” avtomobilləri toqquşub:
“İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə “Mercedes”in manevr qaydalarını pozması nəticəsində baş verib. Belə ki, “Koroğlu” metrosu istiqamətində “Mercedes” markalı avtomobil sürətlə gələrkən maneəyə çırpılaraq yolun ortasına düşüb. Arxadan gələn “Toyota Prius” avtomobili “Mercedes”ə çırpılıb. Üç nəfər hadisə yerində ölüb. “Toyota Prius”un içində olanlar təcili xəstəxanaya aparılıb. Onların vəziyyəti ağırdır”.
🇦🇿 Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb.
Eyni zamanda xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il yanvarın 1-dən 30-dək ehtiyata buraxılırlar.
🇹🇷🇷🇺 Rusların ən çox səyahət etdiyi xarici ölkə Türkiyədir.
OneTwoTrip məlumatlarına görə, ikinci yerdə Ermənistan, üçüncü yerdə Taylanddır.
‼️‼️İlin ilk gününə olan hava proqnozu
Bakıda və Abşeron yarımadasında yanvar ayının 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, axşam bəzi yerlərdə duman olacaq.
Cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-12° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 778 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3°-dək şaxta olacaq.
‼️Azərbaycanda miqrasiya orqanlarının işçiləri bu ildən hər ay vəzifə maaşlarının 1,1 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.
Bununla bağlı Prezident İlham Əliyev ötən il dekabrın 20-də “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik barədə qanunu imzalayıb.
‼️🇸🇪🇪🇺İsveç yanvarın 1-dən Aİ Şurasına sədrliyi qəbul edib
Читать полностью…🔥 Ölkə ərazisində istifadə olunan smart-kart tipli qaz sayğaclarının tarif limiti bu gecədən etibarən avtomatik olaraq sıfırlanıb.
Читать полностью…Bakıda 5 nəfərin həlak olduğu qəzanın görüntüləri yayılıb.
Читать полностью…💥 Dünən Novosibirskdə fişənglərin düzgün quraşdırılmaması bir neçə eyvanın və mənzilin yanması ilə nəticələnib.
Читать полностью…Bu il güclü maqnit qasırğasının olacağı tarix açıqlanıb.
"Gismeteo" portalında məlumat verir ki:
▪️ yanvarın 3-ü, zəif maqnit qasırğası,
▪️ yanvarın 7-də isə güclü maqnit qasırğası proqnozlaşdırılır.
Maqnit qasırğanın ən çox müşahidə edilən əlamətləri baş ağrısı, ürəkbulanma, yüksək qan təzyiqi, ürəkdə ağrı, yorğunluq, yuxusuzluqdur.
Belə günlərdə daha çox su içmək, bitki çayları, siqaret, qəhvə, spirt və enerji içkilərindən imtina etmək tövsiyə olunur.
Gələn il əhalinin gəlirləri bu qədər artacaq. İlkin Manafovla “Biznes Azərbaycan”da.
Читать полностью…Heydər Əliyev prospektində ağır yol qəzası baş verib.
"Toyota Prius" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfərin öldüyü bildirilir.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov: “Həkimlərin əməkhaqları xeyli artıb”
Читать полностью…‼️🇷🇺Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Ermənistanın telegram kanallarının ittihamlarına cavab verib.
Ermənistan hesab edir ki, Rusiyanın mövqeyi səbəbindən təşkilatın Təhlükəsizlik Şurası sədrinin Laçın dəhlizi ilə bağlı bəyanatının qəbulu uğursuz olub.
▪️ Rusiya əvvəlcədən Təhlükəsizlik Şurasının cavab tədbirinin hazırlanması kontekstində konstruktiv işləməkdə qərarlı idi.
▪️ İrəvanın xahişi ilə sözügedən prosesi Təhlükəsizlik Şurasının digər üzvlərinin düzəlişlərini nəzərə alaraq, Rusiyanın təkliflərinin böyük əksəriyyətinə məhəl qoymayan fransızlar tərəfindən koordinasiya edilib. Parisin bu cür üsullarının natəmizliyi göz önündədir.
▪️ Mövcud gərginlikdən asılı olmayaraq, həm Bakı, həm də İrəvan tərəfindən dəstəklənən ən yüksək səviyyədə dörd birgə bəyanat normallaşma üçün əsas olaraq qalmaqdadır.
▪️ Bəyanat üzərində işləyərkən Rusiyanın keçmiş Qərb tərəfdaşları bu sənədləri və Rusiya sülhməramlılarının səylərini qeyd etməyə cəsarət tapmadılar. Qərbliləri münaqişə vəziyyətinin həllindən daha çox Təhlükəsizlik Şurasının hansısa nəticəsini qəbul etmək narahat edirdi.
▪️Rəsmi Moskva qəti şəkildə əmindir ki, Təhlükəsizlik Şurasının reaksiyası tərəflərdən heç birinə damğa vurmadan kompromis tapılmasına və sülh prosesinin bərpasına töhfə verməlidir.
Britaniyanın Skarboro şəhərində Yeni il atəşfəşanlığı morjun sahildə dincəlməsi səbəbindən ləğv edilib.
Yerli hakimiyyət orqanları şəhər sahilində istirahət edən heyvanı qorxutmamaq qərarına gəlib.
‼️2023-cü ildə MDB-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçib.
Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsinin Birliyin sədri kimi MDB-yə üzv dövlətlər arasında mehriban qonşuluq və etimadın möhkəmləndirilməsinə xüsusi diqqət yetirəcəyinə söz verib.
Bişkekin sədrliyi ilə bağlı qərar ötən il oktyabrın 14-də MDB-nin Astanada keçirilən sammitində qəbul edilib. Rusiya və Qazaxıstan həmsədr olacaqlar. Daha əvvəl Birliyin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Qırğızıstanın gələcək sədrliyə hazır olduğunu qeyd edib.
Bu gündən Azərbaycanın işğaldan azad edilən ərazilərində işləyən mütəxəssislərə güzəştlər və imtiyazlar tətbiq olunacaq.
Bu, Prezident İlham Əliyevin Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalaması ilə mümkün olub.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda Əmək Məcəlləsində və digər qanunlarda nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:
- Mütəxəssislərin əmək müqaviləsi bağladıqları işəgötürən işğaldan azad edilən ərazilərdə vergi uçotunda olduqda;
- Mütəxəssislərin əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilən ərazilərdə yerləşdikdə;
- Mütəxəssislər işğaldan azad edilən ərazilərdə məskunlaşdıqda.
Qanun 2028-ci il yanvarın 1-dək qüvvədə olacaq.
‼️🇷🇺Rusiya Silahlı Qüvvələrinin sayının artırılması haqqında fərman qüvvəyə minib
Читать полностью…Şimali Koreya lideri Kim Çen In taktiki nüvə silahının kütləvi istehsalına çağırıb.
Читать полностью…