“Brent” markalı neftin bir barelinin qiyməti 80 dollardan aşağı düşüb.
Читать полностью…⚠️ İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Səfir nazirə iki ölkə arasında baş verən son hadisələrin hesabatını təqdim edib, nazir isə səfirə Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi üçün göstəriş verib.
Konyada hərbi avtomobil yük maşını ilə toqquşdu, 2 əsgər şəhid oldu
Читать полностью…Bakı İrəvanın Laçın yolu ilə bağlı bəyanatına cavab verib.
Azərbaycanın XİN-i Ermənistan Xarici İşlər Nazirliyinin Laçın yolunda etirazlar ilə əlaqədar növbəti bəyanatını tamamilə əsassız hesab edir. Bildirilib ki, sözügedən bəyanat beynəlxalq tərəfdaşlar arasında məsələ ilə bağlı çaşqınlıq yaratmaq və vəziyyəti süni gərginləşdirmək məqsədi daşıyır.
"Görünür ki, Ermənistan tərəfi hələ də Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərin davam etməsində maraqlıdır", - nazirl bəyan edib.
Rəsmi Bakı bir daha İrəvanı, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərdən çəkinməyə, təcavüzkar siyasi və hərbi təxribatlarını dayandırmağa çağırır.
Türkmənistan Türkmənbaşı-Bakı xətti ilə dəniz fider daşımalarına başlayıb.
Türkmənbaşı Beynəlxalq Dəniz Limanı ildə 400 minə qədər konteynerin daşınması üçün artıq lazım olan şəraiti yaradıb.
Konteyner terminalında quraşdırılmış STS tipli yanalma kranları saatda 15 konteynerə qədər daşımaq qabiliyyətinə malikdir.
Konteyner sahiblərinin rahatlığı üçün terminalda pulsuz saxlanma müddəti 60 günə qədər artırılıb.
Beynəlxalq fider daşınmalar sayəsində əsas yüklər konteynerlərdə müntəzəm daşıma xətləri vasitəsilə səmərəli şəkildə çatdırılır.
🇹🇷🇮🇷🇦🇿Ərdoğanın sözçüsü: "İranın bəzi ermənipərəst mövqeyi Azərbaycan tərəfi kimi bizi də narahat edir"
“İranda baş verənlər üzücü və narahatedicidir”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, İranda əxlaq polisi ilə bağlı bəzi müzakirələr başladı.
“Ümid edirəm ki, bu, əsas hüquq və azadlıqları qoruyan bir struktura çevriləcək. İran administrasiyasının bu istiqamətdə qətiyyətinin olduğunu görürük. İranın bəzi ermənipərəst mövqeyi Azərbaycan tərəfi kimi bizi də narahat edir”,- deyə Kalın bildirib.
Onun sözlərinə görə, bunlar İran tərəfi ilə müzakirə olunur.
⚡️Xəzər rayonunda intihara cəhd olub
Orta yaşlı kişi Binə körpüsünün üstünə çıxaraq özünü atmaq istəyib.
Əraziyə polis əməkdaşları cəlb olunub.
Polis əməkdaşlarının müdaxiləsi nəticəsində intiharın qarşısı alınıb.
‼️‼️Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 24 gündür davam edir.
Читать полностью…Bu gün sülhməramlıların 5-ci konvoyu aksiya ərazisindən keçib
Читать полностью…TƏBİB: Bəzi kəndlərimizdə tibb məntəqələri, personalın səviyyəsi qənaətbəxş deyil
Читать полностью…Əfsanəvi braziliyalı futbolçu Pele ilə vida mərasimi başa çatıb.
Futbolun kralı ilə vidalaşmağa 230 mindən çox insan gəlib.
Paytaxtın Babək prospektində 3 avtomobil toqquşub.
İlkin məlumata görə, 1 nəfərin xəsarət aldığı bildirilir.
Azad edilmiş ərazilərdə nağdsız ödənişlər zamanı ƏDV-nin qaytarılan hissəsi digər bölgələrdəkindən xeyli çox olacaq.
Bunu millət vəkili Vüqar Bayramov bildirib.
Onun dediyinə görə, bu halda ƏDV-nin 30%-nin geri qaytarılması nəzərdə tutulur.
Digər hallarda isə bu əvvəlki kimi 15% yox 17,5% olacaq. Nağd ödənişlərdə isə qaytarılan hissə 10%- dən 5%-dək endirilib.
Sabah hava şəraiti əsasən yağmursuz keçəcək.
Bakıda və Abşeronda gecə 5-8° isti, gündüz 8-12° isti olacaq.
Bəzi şərq rayonlarında hava şəraitinin az yağıntılı olacağı gözlənilir.
Ölkənin rayonlarında gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti müşahidə ediləcək.
Dağlıq rayonlarda zəif qar yağacaq.
ABŞ-də şəhərin mərkəzindəki Portlend kilsəsində yanğın
Читать полностью…“İsrail Azərbaycana işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhərlər”in yaradılması sahəsində əməkdaşlıq təklif edib”. Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
O söyləyib ki, İsrail əvvəllər öz şirkətlərinin Qarabağda infrastrukturun bərpası prosesində iştirak etməyə hazır olduğunu açıqlayıb və indi də bunu edir.
“Bir İsrail şirkəti Zəngilan rayonunun Ağalı kəndində süd ferması tikib. İştirak etdiyimiz və ya iştirak imkanlarını müzakirə etdiyimiz digər layihələr su idarəçiliyi, bərpa olunan enerji mənbələri və kənd təsərrüfatı ilə bağlıdır. Biz həmçinin “ağıllı şəhərlər” sahəsində əməkdaşlıq üçün bəzi imkanlar təqdim etmişik və cavab gözləyirik”, - səfir bildirib.
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
Читать полностью…❗️ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays:
▪️ABŞ, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu asanlaşdırmaq üçün Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla və ATƏT kimi beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələri davam etdirir.
▪️Cənubi Qafqaz regionu üçün təhlükəsiz gələcəyin təşviqinə sadiqik.
Azərbaycanın müdafiə naziri Quru Qoşunlarının səfərbərlik təminat bazasında olub.
Zakir Həsənov bazanın silahlanmasında olan artilleriya vasitələrinə, döyüş və avtomobil texnikasına baxış keçirib, onların texniki vəziyyəti ilə maraqlanıb və heyətlərinin hazırlıq səviyyəsini yoxlayıb.
🇹🇷🇮🇷İran prezidentinin yaxın həftələrdə Türkiyəyə səfəri gözlənilir
Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalının efirində bildirib.
‼️🇷🇺🔥🇺🇦
Ukraynanın Makeyevka şəhərində raket hücumu nəticəsində ölən rus hərbçilərinin sayı 89-a çatıb.
Ölənlər arasında alayın komandirinin müavini, polkovnik-leytenant Baçurin də var.
Makeyev faciəsinin səbəbi hərbçilərin kütləvi şəkildə mobil telefonlardan istifadə etməsi olub.
RF MN
Volodimir Zelenski: "Son iki gündə İran istehsalı olan 80-dən çox pilotsuz uçuş aparatı məhv edilib”
Читать полностью…Laçın Xankəndi yolunda Azərbaycan himni səslənməyə davam edir
Читать полностью…🦠 Azərbaycanda Koronavirus. Operativ Qərargah 3 yanvara olan məlumatı yaydı:
Gün ərzində:
Yoluxanların sayı — 16
Sağalanlar — 93
Testlərin sayı – 973
Ölənlər – 0
Xəstələnənlərin ümumi sayı – 826 462
Sağalanlar – 816 054
Ölüm halları – 10 008
Aktiv xəstə sayı – 400
Testlərin ümumi sayı — 7 433 695
Azərbaycanda un ucuzlaşıb, şirkətlər qiymətləri dəyişir.
"Karat Holding" unun bir kisəsinin qiymətini 40,7-dən 37,95 manata endirib.
Keçən il ölkənin un istehsalçıları az qala ziyana işləyiblər.
Hazırda dünya taxıl bazarındakı vəziyyət və rublun manata qarşı məzənnəsi unun hər tonunda 55 manatlıq qiymət azalmasına gətirib.