İşğaldan azad edilmiş Talış kəndinə qaz xəttinin çəkilişi başa çatıb.
Bu barədə "Azəriqaz"dan məlumat verilib.
🇦🇿Azərbaycan XİN:
"Azərbaycan mülki vətəndaşlarının qayıdacaqları rayonların operativ, təhlükəsiz və effektiv şəkildə minalardan təmizlənməsi istiqamətində Ermənistanın dərhal lazımi addımlar atması, mülki əraziləri mina və digər partlayıcı maddələrlə hədəfə almaması və bu xüsusda Laçın yolundan istifadəni dayandırması məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.
Azərbaycan tərəfi beynəlxalq insan hüquqları hüququnu pozduğuna görə Ermənistanın məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək".
🇺🇦🇷🇺Ukrayna hər hansı “atəşkəs” elan etmək niyyətində deyil.
Atəşkəs Rusiya qoşunlarının ölkəni tərk etməsindən sonra mümkündür
Ukrayna Prezident Ofisi
Naxçıvan Televiziyası:
Naxçıvanda ticarətçilər etiraz aksiyası keçirib
‼ Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atılıb, iki nəfər xəsarət alıb.
İlkin araşdırmalar nəticəsində hadisənin Binnət Qarayev və Nəsib Heydərov sonuncuya məxsus “VAZ 2107” markalı avtomobildə olan zaman B.Qarayevin əlindəki qumbaranın partlaması nəticəsində baş verdiyi məlum olub.
‼️🇷🇺🇺🇦Putin Ukraynada bütün cəbhəboyu atəşkəs elan edib.
Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhələrdə atəşin dayandırılması barədə göstəriş verib.
Rusiya Ukraynanı Ka-52 hücum helikopterləri ilə vurur
Читать полностью…🇹🇷 🇬🇷 "Bayraktar" PUA-sı ilə çəkilən kadrlar sübut edir ki, yunan sərhədçiləri qanunsuz miqrantları qayıqlara dolduraraq, gətirib Türkiyənin ərazi sularında buraxırlar.
Читать полностью…❗❗❗Mətbuat Şurası “Charlie Hebdo” dərgisi ilə bağlı bəyanat yayıb:
"Charlie Hebdo”nun 2023-cü ildəki ilk sayında yayımlanmış “Pantürkizm yenə erməni meyitləri üzərində möhkəmlənmək istəyir” sərlövhəli yazıda yaşadığımız Cənubi Qafqaz regionundakı gərginliyi artırmaq, Azərbaycana və Türkiyəyə münasibətdə mənfi beynəlxalq ictimai rəy formalaşdırmaq istəkləri, aşkar şəkildə, özünü göstərməkdədir. Nəşrin yanaşması, eyni zamanda, bölgədə sülhün bərqərar olması naminə həyata keçirilən fəaliyyəti heçə saymaqdır.
“Charlie Hebdo” jurnalının Fransanın ermənipərəst dairələrinin mövqeyini əsas tutması, bu dairələrin regiondakı münaqişə ocağından yeni müharibə mühiti formalaşdırmaq istəklərinin ifadəçisi qismində çıxış etməsi, onun seçdiyi üslubdan da aydın görünməkdədir.
Ümumən İslam dünyasına münasibətdə əvvəllər də qərəzli, təfriqəçi, həqarət dolu baxışları ilə seçilmiş “Charlie Hebdo”nun qeyri-peşəkar təqdimat tərzini davam etdirməsi təəssüf doğurmaqdadır. İndiki halda nəşrin reallıqları və həqiqətləri nəzərə almaması, manipulyativ mahiyyət daşıyan dəst-xətti peşəkar jurnalistika prinsiplərinə meydan oxumaqdır.
O da təəssüf doğurur ki, ali dəyərləri təbliğ və təlqin etdiyini bildirən Fransada dərginin satira adı altında söz və ifadə azadlığından aşkar sui-istifadə cəhdlərinə qarşı zəruri ictimai reaksiya yoxdur, qanuni ölçü tədbiri görülmür.
Azərbaycan Mətbuat Şurası “Charlie Hebdo” satirik jurnalının təfriqəçi mövqeyini qətiyyətlə pisləyir. Şura Fransa hakimiyyətini, cəmiyyətini, həmçinin, bütövlükdə, Avropanın mütərəqqi ictimaiyyətini bu dərginin həm mənəvi, həm də hüquqi baxımdan yolverilməz sayılan fəaliyyət tərzinə biganə qalmamağa, belə meyillərə qarşı yerli qanunlarla və beynəlxalq hüquq normaları ilə müəyyənləşmiş qaydada tədbirlər həyata keçirilməsinə baxmağa çağırır".
Hulusi Akar: "Türkiyə və Rusiyanın Suriyada birgə patrul xidməti həyata keçirməsi bərpa oluna bilər"
Читать полностью…❗❗Əmək pensiyasının minimum məbləği 280 manata çatdırılacaq.
Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Bayden Rusiyanın atəşkəs təklifini “nəfəs dərmək” cəhdi adlandırdı
“Düşünürəm ki, o, bir az nəfəs dərməyə çalışır”, - deyə ABŞ prezidenti bəyan edib.
Almaniya Ukraynaya “Marder” PDM-lərini və “Patriot” zenit-raket kompleksləri verəcək.
Norveç isə 10 min artilleriya mərmisi göndərib.
‼️🇦🇿〽️🇦🇲Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı ikinci müraciətini təqdim edib.
Azərbaycan XİN-in məlumatına görə, məqsəd "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiya çərçivəsində təcili tədbirlərin görülməsidir.
Xüsusilə, Ermənistanın 2021-ci ildən başlayaraq Azərbaycan ərazisində mina və mina tələləri yerləşdirməyə davam etdiyinə dair yeni sübutlar var.
▪️ Ermənistan tərəfi üçtərəfli bəyanatı kobud şəkildə pozaraq hərbi təxribatlarını davam etdirir. Ötən ilin avqustundan bəri Azərbaycanda 2021-ci ildə Ermənistanda istehsal edilən 2700-dən çox mina aşkar edilib.
▪️ Bu minaların yarıdan çoxu azərbaycanlı məcburi köçkünlərin geri qayıtmalı olduğu ərazilərdə tapılıb.
▪️ Bu minaların və digər silahların daşınması üçün Ermənistan açıq şəkildə sırf humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan istifadə edir.
▪️ Mülki ərazilərin minalanması sülh sazişini təhlükə altına qoyan bir təxribatdır.
Azərbaycan Ermənistanla bağlı təcili olaraq lazımi addımların atılması tələbi ilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.
Azərbaycan tərəfi beynəlxalq insan hüquqları hüququnu pozduğuna görə Ermənistanın məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək.
Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sıradadır
Bu barədə hərbi sahədə ixtisaslaşmış “Global Firepower” portalı məlumat yayıb.
2023-cü ildəki beynəlxalq reytinqə görə Azərbaycan 145 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Gürcüstan reytinqdə 85-ci, Ermənistan 94-cü yerdədir.
Siyahıda ilk üçlükdə ABŞ, Rusiya və Çin silahlı qüvvələri yer alıb. Qardaş ölkə Türkiyə 11-ci sıradadır.
"Sputnik Litva"nın baş redaktoru Marat Kasem Riqada xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.
O, casusluq ittihamı ilə 20 ilə qədər həbs edilə bilər.
Rusiya XİN problemin həllinə beynəlxalq təşkilatların cəlb olunmasını tələb edir.
Putin yanvarın 6-sı Moskva vaxtı ilə saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək Ukraynada tərəflər arasında bütün cəbhə boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib, Ukraynanı da atəşkəsə əməl etməyə çağırıb.
Bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.
Argentinada qarğıdalı sahəsində Messinin portreti çəkilib
Читать полностью…FIFA-nın çağırışı ilə stadiona Pelenin adını verən artıq ilk ölkə məlumdur – Kabo Verde.
Əhalisi 600 min civarında olan ölkənin 15 minlik Milli stadionu futbol əfsanəsinin adının daşıyacaq.
FIFA rəhbəri Canni İnfantino əfsanəvi futbolçunun 29 dekabrda vəfatından sonra federasiyalarla hər ölkədə bir stadiona Pelenin adının verilməsi barədə danışıqlar apardığını bildirmişdi.
Xəbərdarlıq: Bakıya qar yağacaq, temperatur 10-12 dərəcə enəcək
Читать полностью…❗❗Prezident İlham Əliyevin sərəncamına əsasən, Nazirlər Kabineti 10 gün müddətində sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Читать полностью…❗❗Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Читать полностью…