*Müdafiə Nazirliyindən bildirilib:*
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya yanvarın 6-sı saat 13:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xocavənd rayonunun Çörəkli yaşayış məntəqəsi ərazisində təsərrüfat işləri görən texnikanın atəşə tutulması ilə bağlı yayılan məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.
Bu məlumatı qəti surətdə təkzib edirik.
❗❗❗Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən nisbətən mülayim hava şəraitindən sonra yanvarın 08-dən başlayaraq hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, şimal-şərq küləyi 7-si axşamdan 9-u gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq.
Yanvarın 8-i axşamdan 12-dək yolların buz bağlaması ehtimalı var.
Dünya bazarında buğdanın 1 tonunun qiyməti 440 dollardan 320 dollaradək enib.
Türkiyə kənd təsərrüfatı nazirliyi bildirib ki, buna taxıl sazişinin hesabına nail olmaq mümkün olub.
Rusiya XİN-in korpuslarından birində yanğından mühafizə sistemi işə düşüb.
Ehtimala görə buna qısaqapanma səbəb olub. Xəsarət alan yoxdur.
❗❗🇹🇷✈🇦🇲Türkiyə ilə Ermənistan arasında hava yolu ilə yükdaşımalar başlayır.
Bu barədə “Habertürk” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, iki ölkənin xüsusi nümayəndələri arasında aparılan görüşlərin nəticəsində 1 yanvar 2023-cü ildən etibarən Türkiyə ilə Ermənistan arasında birbaşa hava yolu ilə yükdaşımaların mümkün olduğu qeyd edilib.
Diplomatik mənbələr, bu məsələnin Türkiyə Ticarət Nazirliyi tərəfindən Türkiyə İxracatçılar Birliyinə elan olunduğunu vurğulayıb.
Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atanlardan biri cərimələndi, digəri həbs edildi
Читать полностью…❗❗Vətən müharibəsi iştirakçılarından 84423 nəfərin adı "Zəfər" altsisteminə daxil edilib
Читать полностью…Rumıniya səfiri: “Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu hər gün artır”
Читать полностью…