❗Azərbaycanda hərbçilərə güzəştli ipoteka kreditləri üçün maliyyə dəstəyinin şərtləri məlum olub
Qaydada nəzərdə tutulan hərbi qulluqçulara güzəştli ipoteka kreditinin verilməsi proseduru və şərtləri dövlət başçısının 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” ilə müəyyən edilir. Qaydada istifadə olunan anlayışlar İpoteka kreditinin verilməsi Qaydasında müəyyən edilmiş mənaları ifadə edir. Onun müddəaları 2024–2025-ci tədris ilindən başlayaraq dövlətlərarası müqavilə əsasında xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən ölkə vətəndaşları olan hərbi qulluqçulara da şamil edilir.
🇦🇿 Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək.
ƏTRAFLI: https://musavat.com/news/prezident-muhum-qanunu-tesdiqledi-bu-sexsler_1099899.html
❗️İran Rusiyaya yüzlərlə ballistik raket verib
“The Wall Street Journal” yazır ki, İran Rusiyaya “bir neçə yüz” qısa mənzilli ballistik raket verib. Mənbələr nəşrə bildiriblər ki, silahlar artıq Rusiyaya gəlib və Tehran Moskvaya mərmi tədarükünü davam etdirmək niyyətindədir.
Avropa rəsmiləri nəşrə bildiriblər ki, onlar “amerikalı həmkarları” ilə birlikdə artıq bu məsələyə cavab üzərində işləyirlər. Qeyd edilir ku, yeni məhdudiyyətlər çərçivəsində İranın milli aviadaşıyıcısı “Iran Air”in Avropa hava limanlarına uçuşu qadağan ediləcək.
Zelenski müttəfiqlərini Rusiya ərazisinə zərbələr endirməyə inandıra bilmədi - The Washington Post
🔴 Qəzetin məlumatına görə, Ukrayna prezidenti ilə Pentaqonun rəhbəri Lloyd Ostin arasında Ramşteyndəki Amerika aviabazasında keçirilən görüşdən sonra Qərb Ukrayna prezidentinin uzaq mənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbə endirmək qadağasını ləğv etmək çağırışına məhəl qoymayıb.
🔵 Qeyd olunur ki, belə bir qadağanın nə vaxt aradan qaldırılacağı və ya ümumiyyətlə götürülüb-götürülməyəcəyi barədə məlumat yoxdur.
‼️ Ukraynanın Konstantinovka şəhəri artilleriya atəşinə tutulub, 3 nəfər ölüb, 3 nəfər yaralanıb
Читать полностью…Böyük Qayıdış: Şuşa şəhərinə daha 91 nəfər yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı sentyabrın 7-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 27 ailə - 91 nəfər köçürülüb.
İndiyədək Şuşa şəhərinə 203 ailənin, yəni 760 nəfərin daimi məskunlaşması təmin edilib.
🇦🇿 Mehriban Əliyeva Azərbaycan paraatleti Lamiyə Vəliyevanı təbrik edib:
“Paris-2024” Yay Paralimpiya Oyunlarında dünya rekordunu yeniləmiş qızıl mükafatçımız Lamiyə Vəliyevanın növbəti qələbəsi! Gümüş medal! Azərbaycanı layiqincə təmsil edən idmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji və yeni qələbələr arzulayıram!
🔴 Ermənistanda İrəvan Ağsaqqallar Şurasının üç müxalifət üzvünü mandatdan məhrum etmək istəyirlər
Bildirilib ki, hakim partiya “Milli Tərəqqi” fraksiyasının rəhbəri Qriqor Yeritsyanın, “İctimai səs” fraksiyasının üzvləri Anuş Xudaverdyan və Anuş Qinosyanın səlahiyyətlərini vaxtından əvvəl dayandırmaq istəyir.
Məlumata görə, qərar layihəsi Şuranın sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.
🔴 Ukraynanın “FPV” tipli kamikaze dronu Rusiyanın “Lancet” kamikaze dronunu havada məhv edib.
Читать полностью…🇮🇷 İranda daha bir məhbus işgəncə altında öldürüdlü 😱😢🤬
İranda İnsan Haqları Təşkilatı – HRANA xəbər verir ki, dünən Kermanşah əyalətinin Gilanqərb şəhərində “qəsdən adam öldürmək”də günahlandırılan məhbus işgəncə verilərək qətlə yetirilib.
Məlumata görə, Gilanqərb şəhər prokuroru Səid Xıdırveysi məhbusun ölümü ilə bağlı açıqlamasında ona işgəncə verilməsini inkar edib.
Prokuror bildirib ki, məhbus polisin istintaq şöbəsinə aparılarkən yolda halı pisləşib və dünyasını dəyişib.
Xatırladaq ki, ötən həftə Gilan əyalətinin Lahican şəhərində Mirmusəvi adlı məhbus da polis bölməsində işgəncə altında ölüb.
❗️🇦🇲Paşinyanın COP29 HİYLƏSİ - Görün nələrə əl atıb...
Erməni baş nazir gözdən pərdə asmağı, daxili siyasi imkanlarını gücləndirməyi və Qərbdən tam dəstək almağı hədəfləyir
Ermənistan rəhbərliyinin dünyanın gözündən pərdə asmaq üçün sülh oyunbazlığı davam edir. Artıq şəkk-şübhə yox ki, rəsmi İrəvan Bakı ilə bölgədə uzunmüddətli sülhə və əməkdaşlığa xidmət edəcək sülh müqaviləsi imzalamaqda maraqlı deyil. Çünki hələ də revanşist planlarından tam əl çəkməyib…
ƏTRAFLI (ŞƏRH)🔻
https://musavat.com/news/pasinyanin-cop29-hiylesi-gorun-nelere-el-atib_1099824.html
Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazanmaq şansını davam etdirir.
+70 kq çəkidə yer alan idmançı təsəlliverici görüşdə Venesueladan olan Danitza Yoccelinlə üz-üzə gəlməli idi. Rəqib tatamiyə çıxmadığı üçün İsmiyeva qalib elan olunub.
O, bürünc medal uğrunda ABŞ paracüdoçusu Qarsiya Kristella ilə görüşəcək.
Ermənistan “Ukraynaya qarşı təcavüzlə bağlı BCM-nin təhqiqatı”na dəstək haqqında bəyannaməyə qoşulmayıb.
Читать полностью…Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Hafiz Babalı və Nərgiz Absalamovanın həbs müddəti daha 3 ay uzadılıb
Читать полностью…DƏHŞƏT! Ukrayna parlamentinə ZƏRBƏ endirildi, Kiyevdə PANİKA - CANLI
https://www.youtube.com/watch?v=j8F-3uecwY4
⚡️🎉 Daha bir QIZIL
🇦🇿 Azərbaycan paraatleti Orxan Aslanov Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
🥇 İdmançı uzunluğa tullanma növündə uğurlu çıxış edib. Aslanov 7,29 metr nəticə ilə çempion olub.
🇦🇿 Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
Читать полностью…🇮🇱 İsraildə orta məktəbdə 🇮🇷 “İran” fənni tədris ediləcək 👩🏫
Yeni tədris ilindən paytaxt Təl-Əvivin yaxınlığındakı şəhərlərdən birində yerləşən orta məktəbdə “İran” adlı fənn tədris olunacaq.
Məlumata görə, Xolon şəhərinin “Navon” liseyində şagirdlərə əsas təhsil sahələrindən biri kimi “İran” fənni təklif edilib və 15 əlaçı şagird bunu qəbul edib.
Bildirilib ki, fənnin tədrisi zamanı şagirdlərə SEPAH, Pəhləvi sülaləsi dövründə baş verən etiraz mitinqləri, İranın ali rəhbərinin siyasəti, ölkədə şiə və sünni məsələləri, o cümlədən fars dili öyrədiləcək.
Fənni hazırlayanlar ümid edirlər ki, tədris ilinin sonunadək şagirdlər İsrailin İranla bağlı təhlükəsizlik və kəşfiyyat məsələlərini dərindən öyrəncəklər. (Radio Farda)