🇸🇾🇮🇷 "Biz İranın regionda təhlükəli planını məğlubiyyətə uğratdıq"
Suriyadakı "Hərbi Əməliyyatlar İdarəsi"nin komandiri Əhməd əl-Şarə deyib.
O, deyib: "Suriyada baş verənlər İranın bölgəni təhlükəli şəkildə təhdid edən yaramaz planı üzərində qələbə idi. Bizim iranlılarla problemimiz yoxdur və biz Tehrana yox, öz şəhərlərimizə qayıtdıq".
Gürcüstan seçkisi, Azərbaycan-Ermənistan sülh prosesi və Suriya məsələsi 🔥‼️
🗣Rauf Arifoğlunun iştirakı ilə "PEŞƏKAR MÜBAHİSƏ"🗣
CANLI 📺👇🏼
https://musavat.com/news/gurcustan-seckisi-azerbaycan-ermenistan-sulh-prosesi-ve-suriya-meselesi-rauf-arifoglunun-istiraki-ile-pesekar-mubahise_1127987.html
Gəncədə qəza olub
Bu gün günorta saatlarında Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində 2 saylı "ASAN xidmətin qarşısında olub. "KİA" və "LADA Priora" markalı maşınlar toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
❗️ Suriya Rusiyaya Suriya xalqı ilə münasibətlərə yenidən baxmaq imkanı verdi
Bunu Suriya müxalifətinin lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani) Suriya televiziyasına bildirib.
“Biz rusları təxribat etməməyə çalışdıq və onlara bizimlə münasibətlərinə yenidən baxmağa imkan verdik”.
🇷🇺 Putinin çıxışı - hakimiyyəti onlara verir
⚡️⚡️⚡️⚡️
✅ Rusiya prezidenti “Vahid Rusiya” partiyasının qurultayında ölkəni kimlərə etibar edə biləcəyini anons etdi
🛑Bu gün “Vahid Rusiya” partiyasının XXII qurultayında çıxış edən prezident Vladimir Putin hakimiyyətin gələcəyi ilə bağlı da önəmli açıqlamalar verib. Putin Federal Məclisə bu ilin fevralında müraciətində kadrların hazırlanmasında, mühüm vəzifələrə təyinatda Ukrayna müharibəsi iştirakçılarına önəm verilməsinin vacibliyini bir daha vurğulayıb. Deyib ki, partiya üçün bu, sadəcə olaraq prioritet deyil, ümuniyyətlə, ölkənin gələcəyi bu kadrların yerləşdirilməsindən asılıdır.
⤵️⤵️⤵️
👉https://musavat.com/news/putininin-cixisi-hakimiyyeti-onlara-verir_1128052.html
🇦🇲 İrəvanda Türkiyəyə qarşı təxribatçı toplantı - Daşnaklar niyə əl-ayağa düşüb?
⚡️⚡️⚡️⚡️
✅Rusun, farsın və erməninin sadiq dost-müttəfiqi, türk düşməni Bəşər Əsədin Suriyadan rüsvayçı qaçışından, qardaş Türkiyənin Suriya məsələsində tarixi uğurundan (demək, uduşda olan həm də Azərbaycandır) ən çox təlaşlanan, hətta şoka düşən üç ölkə artıq məlum. Bu - İran, Rusiya və bir də başına gələn faciələrdən hələ də dərs götürməyən və bu gün də böyük güclərin əlində maşa olmağa davam edən, “boyundan yuxarı” iddialarla yaşayan cırtdan Ermənistan.
⤵️⤵️⤵️
👉https://musavat.com/news/iervanda-turkiyeye-qarsi-texribatci-toplanti-dasnaklar-niye-el-ayaga-dusub_1128032.html
⚠️"Prius" indi də xəndəyə düşdü
⚡️Qəzanın hansı şəraitdə baş verdiyi hələ ki məlum deyil
➡️🔴🔵 Mixail Kavelaşvili: Gürcüstan prezidentliyinə ORTA TƏHSİLLİ namizəd - DOSYE
➡️ Gürcüstan prezidentliyinə yeganə namizəd olan Mixail Kavelaşvili, keçmiş peşəkar futbolçu, tanınmış siyasi xadim və ənənəvi dəyərlərə bağlılığı ilə seçilən şəxs kimi diqqət çəkir.
🔵 Musavat.com onun həyatı, karyerası və baxışları haqqında maraqlı məqamları təqdim edir.
🔻🔻🔻🔻👇👇👇🔻🔻🔻🔻
https://musavat.com/news/mixail-kavelasvili-gurcustan-prezidentliyine-orta-tehsilli-namized-dosye_1127997.html
Gürcüstan parlamentində keçirilən prezident seçkiləri başa çatıb.
Qaydalara əsasən, səsvermə başa çatdıqdan sonra MSK-nın iclası keçiriləcək və nəticələr hesablanacaq, müvafiq yekun protokol tərtib olunacaq.
MSK nümayəndələri daha sonra parlamentin iclas zalına qayıdaraq prezident seçkilərinin nəticələri barədə ictimaiyyəti məlumatlandıracaqlar.
⚡️🇦🇿Prezident İlham Əliyev Gürcüstanın yeni seçilən prezidenti Mixeil Kavelaşvilini təbrik edib.
Qeyd edək ki, Kavelaşvili keçmiş futbolçu olub və Dinamo Tbilisi, Mançester Siti və Bazel kimi klublarda oynayıb.
🇦🇿🥈Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli gümüş medal qazanıb
Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında Dadaş Dadaşbəyli toplam 404 kq (183+221) nəticə ilə yekun sıralamada ikinci yeri turub.
109 kq çəki dərəcəsində "körpücük" üzərinə çıxan atlet 183 kq-ı ram edib və bu hərəkətdə dördüncü olub.
O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğur əldə edib. 221 kq-ı başı üzərinə qaldıran Dadaşbəyli bu hərəkətdə mundialın gümüş medalına sahib çıxıb.
❗️💬Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə britaniyalı həmkarı Con Hili arasında telefon danışığı olub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər Suriyadakı son durumu müzakirə ediblər.
Onlar həmçinin regional, beynəlxalq təhlükəsizlik və müdafiə məsələləri barədə fikir mübadiləsi aparıblar.
"1970-lərdə "Çarlston"a, "Mahbuba"ya dingildəyənlər indi ağsaqqal olub, gəncliyə ağıl verirlər"
Rauf Arifoğlundan maraqlı açıqlamalar
✅1970-ci illərdə “Çarlston” və “Mahbuba” rəqsləri ilə gəncliyini keçirən, hind mahnılarına dingildəyən və onları əzbərləyib, oxuyan nəsil bu gün ağsaqqal olub, gəncliyi tənqid edir, onların sosial media və internet istifadəsinə qarşı çıxır və “indiki gənclik...” rədifli ifadələrlə mənfi mövqe sərgiləyir...
🔻🔻🔻
https://musavat.com/news/1970-lerde-carlston-a-mahbuba-ya-dingildeyenler-indi-agsaqqal-olub-gencliye-agil-verir-video_1128054.html
🇸🇾🇦🇲 Əsəd İrəvanı çarpaz zərbələrə hədəf etdi: Suriyanı uduzan Kreml indi Ermənistanı "vurmağa" məcburdur
🔻🔻🔻🔻
✅Suriyada bütün hərbi bazaları çıxarıldıqdan sonra Rusiya öz geopolitik hədəflərini yalnız Ermənistan üzərində indeksləşdirmək məcburiyyətində qala bilər...
🛑Cənubi Qafqazdakı mövqelərini Azərbaycan-Türkiyə İttifaqına təhvil verməkdə olan Rusiya üçün Qərbin nəzarəti altına düşən Ermənistan indi yeganə regional istinad məkanına çevrilmək üzrədir...
⤵️⤵️⤵️
DAHA ƏTRAFLI: 👉https://musavat.com/news/esed-irevani-carpaz-zerbelere-hedef-etdi-suriyani-uduzan-kreml-indi-ermenistani-vurmaga-mecburdur_1128050.html
Səkkiz ərəb ölkəsinin XİN rəhbəri Suriyada hərbi əməliyyatların dayandırılmasına çağırıblar
Bu barədə XİN başçılarının İordaniyada keçirilən görüşün yekunları üzrə qəbul etdikləri birgə bəyanatda deyilir.
Bundan başqa, nazirlər terrora qarşı mübarizəyə sadiq olduqlarını təsdiqləyiblər.
‼️Ərdoğan: Suriyada xalq inqilabı baş verdi
Suriyalılar Türkiyəyə ən səmimi niyyətlərlə təşəkkür ifadə edirlər.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Əyalət Konqresindəki nitqi zamanı deyib.
Türkiyə lideri suriyalıların 13 ildən sonra ilk dəfə gələcəklərinə ümid və həyəcanla baxdıqlarını bildirib:
“Amma bəziləri buna dözə bilmir və ağılsız nəzəriyyələr irəli sürürlər. Onlar cəhalət çuxuruna o qədər batıblar ki, burunlarından o tərəfi görə bilmirlər, amma guya Suriyadakı böyük oyunu həll edəcəkdilər”.
Ərdoğan Suriyada, sözün əsl mənasında, xalq inqilabı baş verdiyini ifadə edib.
❗️İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidenti Mixeil Kavelaşviliyə təbrik məktubu göndərib
Читать полностью…🇬🇪Mixail Kavelaşvili Gürcüstanın yeni prezidenti seçildi: Tiflis bu gecə çətin sınaq verəcək
⚡️⚡️⚡️⚡️
✅Gürcüstanda prezident seçkiləri başa çatıb və keçmiş futbolçu, hakim “Gürcü Arzusu” partiyasının namizədi olan Mixail Kavelaşvili ölkənin altıncı prezidenti seçilib.
Musavat.com bildirir ki, 53 yaşlı Kavelaşvili ilk turda seçicilər kollegiyasının səslərinin çoxunu qazanaraq qalib gəlib. Bu seçkilər Gürcüstanda ilk dəfə prezidentin ümumxalq səsverməsi ilə deyil, seçicilər kollegiyası tərəfindən seçilməsi ilə tarixə düşüb.
⁉️Mixail Kavelaşvili kimdir?
DAHA ƏTRAFLI: 👉https://musavat.com/news/mixail-kavelasvili-gurcustanin-yeni-prezidenti-secildi-tiflis-bu-gece-cetin-sinaq-verecek_1128004.html
🇬🇪Hakim "Gürcü Arzusu" partiyasının namizədi Mixeil Kavelaşvili Gürcüstanın altıncı prezidenti seçildi.
Читать полностью…Milli Məclisin gələn il üçün xərclər smetası 1 milyon manata qədər artırılır
“Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında” qərar layihəsinin ilkin variantına əsasən, Milli Məclisin və onun aparatının xərclər smetası 51 851 447 manat olacaqdı.
Həmin vəsaitin 29 396 034 manatı ştatda olan işçilərin əməkhaqqına, 2 235 143 manatı əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə yönəldiləcəkdi.
Dekabrın 16-da plenar iclasda müzakirəyə çıxarılacaq “Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında” qərar layihəsinə əsasən, Milli Məclisin və onun aparatının xərclər smetası 52 850 118 manat olacaq. Beləliklə, Milli Məclisin və onun aparatının xərclər smetası 998 min 671 manat artırılır.
Qurban Qurbanov mükafatlandırıldı
“Komanda.az” saytının jurnalistlər arasında keçirdiyi sorğuda 2024-cü ilin məşqçisi seçilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırılıb.