⚡️⚡️Paşinyan ATƏT-in Minsk Qrupunun ləğvi məsələsinə toxunub:
"Biz Azərbaycanın bu mövqeyini başa düşürük, əgər münaqişə yoxdursa, onda münaqişənin həlli ilə bağlı formatın olmasının nə mənası var?"
⚡️Baş nazir Əli Əsədov Qahirədə:
"Azərbaycan bu ağır dövrdə Qəzzanın sakinləri ilə həmrəyliyini ifadə edir".
🎥 TikTokun Azərbaycan seqmentində dəhşətli hadisələr baş verir. Ölkə xaricində yaşayan "azərbaycanlı" adını daşıyan məxluqlar, hazırda Azərbaycanda yaşayan insanları şantaj edərək, qazilərin kartlarına pul köçürülməsini tələb edirlər. Daha sonra isə o pullar qazilərin əlindən alınır. İlqar adlı şəxsin başında durduğu bu dəstə öz murdar oyunlarına qaziləri də, alət ediblər. Digər tərəfdən isə "Yarışma" adı altında verliş keçirən şəxslər barədə məlumatlar bizə daxil olub. Gün ərzində 3 milyon jeton təxmini 70000 manat pulu verlişdə kiminsə adına xal yazdırmaq adı ilə göndərirlər. İş orasıdır ki, o pulu göndərən xaricdə yerləşən kazinodur. Beləliklə xaricdən çirkli pulların Azərbaycana tiktok vasitəsilə göndərilməsi prosessi davam edir. Bu barədə vizual görüntü və sübutlar vardır. Onları da, dərc edəcəyik.
(c) FAKTLARLA
Baş nazir Əli Əsədov Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində bir sıra görüşlər keçirib.
Читать полностью…Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub - FOTO
Bakıda daha bir gənc qız plastik əməliyyatın qurbanı olub.
Hadisə Mərcan klinikasında baş verib.
Belə ki, 23 yaşlı Nərmin İsgəndərova doktor Nurlan Həsənliyə qarın gərmə və bədən şəkilləndirmə əməliyyatı etdirib.
Qızın anası Şahnaz Mehdiyevanın sözlərinə görə, qızı əməliyyata görə 5000 manat ödəniş edib.
Əməliyyatdan bir müddət sonra xəstənin yarasından çirkli su axmağa başlayıb. Xəstə bu barədə həkimə məlumat versə də, təəssüf ki, həkim xəstəsinə laqeyd yanaşıb. Ailəsi bildirir ki, gənc qız öz hesabına irin axan yarasına dərmanlar tapmağa çalışıb. Lakin yolda halı pisləşib və ordaca dünyasını dəyişib.
Qeyd edək ki, vəfat edən Nərmin Mehdiyeva bloger fəaliyyəti ilə məşğul olub. Bir qızı var.
💬 DİM sədri: Məktəbi bitirən kimi dərhal əmək bazarına gedən şəxslər hələ də var
Təhsilini 9 və ya 11-ci sinifdə bitirəndən sonra heç bir orta, yaxud ali təhsil almadan birbaşa əmək bazarına gedən şəxslər var.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu göstərici ildən-ilə azalsa da, hələ də belə şəxslər var.
🇦🇿 Prezidentin DÜNYANI SİLKƏLƏYƏN açıqlamaları
🔽🔽🔽🔽
✅ İlham Əliyev olduqca mühüm bəyanatlar, mesajlar səsləndirdi, “bəşəriyyət üçün fəlakətli olan tendensiyanı tərsinə çevirə biləcəyik” dedi
🛑Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib.
DAHA ƏTRAFLI: 👉https://musavat.com/news/prezidentin-dunyani-silkeleyen-aciqlamalari_1129287.html
🇦🇿🇹🇷Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb. Görüşdə Suriyada cari vəziyyət və ölkələrimiz arasında mümkün əməkdaşlıq sahələri, eləcə də Suriyada humanitar yardım istiqamətində planlar müzakirə edilib.
Читать полностью…Azərbaycan bu gündən etibarən D-8 təşkilatına üzv qəbul edilib. Bu, Azərbaycan üçün geniş perspektivlər vəd edir. Bu həm də D-8 yarandığı gündən təşkilatın sıralarının ilk genişlənməsi kimi əlamətdardır.
D-8 üç qitəni əhatə edir. 4 trilyon ABŞ dollarından artıq ÜDM-ə malikdir. Eyni zamanda, 130 milyard ticarət dövriyyəsi həyata keçirir, üzv ölkələrin əhalisinin sayı ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edir. Bu isə həm də o deməkdir ki, D-8 böyük iqtisadi potensiala malikdir.
⚡️Baş nazir Əli Əsədov Qahirədə:
"Qəzza və digər Fələstin ərazilərində on minlərlə günahsız insanın həyatını itirməsi, mülki infrastrukturun dağıdılması ilə müşayiət olunan böhranın humanitar nəticələri kritik səviyyəyə çatıb".
‼️Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenin oğlu Hanter Baydeni əfv etməsinə münasibət bildirib.
Moskva müxbiri xəbər verir ki, Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Baydeni oğlunu əfv etdiyinə görə qınamadığını deyib.
🔴 1970-ci illərdə Bakı Neftayırma Zavodu işçilərinin idman fəaliyyətləri – AzTV-nin “Qızıl Fond”undan
Читать полностью…Putin: "Bəşər Əsədlə hələ görüşməmişəm"
Putin bu barədə ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında qeyd edib.
"Əsəd Moskvaya gəldikdən sonra onu hələ də görməmişəm. Lakin onunla görüşməyi planlaşdırıram", - Putin vurğulayıb.
⚡️Paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilir. Yeni yolun tikintisi ilə əlaqədar Keşlə bazarının sökülməsi nəzərdə tutulur.
Читать полностью…❗️PKK terror təşkilatının daha bir "məsul" şəxsi Türkiyə ordusuna təslim olub.
Araşdırma nəticəsində olun 2018-ci ildən PKK-ya qoşulduğu müəyyən edilib.
Xatırladaq ki, iki gün öncə də PKK-nın qadın sui-qəsdçilərindən biri Şanlıurfada keçirilən əməliyyat zamanı inandırma söhbəti nəticəsində Türkiyə hərbçilərinə təslim olub.
Qadın terrorçunun İraqdan Suriyaya göndərildiyi, bölgədəki insanları terror təşkilatına qoşulmağa məcbur etdiyi və təşkilatın qatilləri arasında olduğu müəyyən edilib.
‼️Rusiyada böyük neftayırma zavodu YANIR – ŞİDDƏTLİ HÜCUM BAŞLADI – Rostov BOMBALAR ALTINDA!!!
🔽🔽🔽
📺https://www.youtube.com/watch?v=aQDiXpOszog&ab_channel=TvMusavat
👉https://musavat.com/news/rusiyada-boyuk-neftayirma-zavodu-yanir-siddetli-hucum-basladi-rostov-bombalar-altinda_1129320.html
❗️ "Neolit" restoranında yanğının yayılmasının qarşısı alınıb
Paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə baş verən yanğının ətrafa yayılmasının qarşısı alınıb.
Qeyd edilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində şadlıq evinin anbar hissəsində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.