tvmusavat | Unsorted

Telegram-канал tvmusavat - Musavat.com

12509

Yeni Musavat Media Qrupu Web: Musavat.com YouTube: https://www.youtube.com/user/TVmusavat Wikipedia: https://az.wikipedia.org/wiki/Yeni_M%C3%BCsavat_(q%C9%99zet)

Subscribe to a channel

Musavat.com

Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

Avqustun 17-də saat 15 radələrində Sabunçu rayonu ərazisində 1970-ci il təvəllüdlü Ceyran Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1968-ci il təvəllüdlü Həsənbala Rəhimovun arvadı Ceyran Rəhimovaya bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır. Həsənbala Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

Читать полностью…

Musavat.com

🦠Meymunçiçəyi virusu Afrika qitəsindən kənarda üç ölkədə aşkar olunub. Bunlar İsveç, Avstraliya və Pakistandır. Bununla da meymunçiçəyi virusunun aşkar edildiyi ölkələrin ümumi sayı 16 olub. Bu günə qədər Avstraliyada 93, Pakistanda 3 və İsveçdə 1 yoluxma halı qeydə alınıb.

Читать полностью…

Musavat.com

Teleqram messencerin təsisçisi Pavel Durov Bakıya gəlib.

Читать полностью…

Musavat.com

❗️Azərbaycanda hüquqi şəxslərə hərbi texnikaların satın alınması hüququ verilib.

Prezident İlham Əliyev bununla bağlı yeni Fərman imzalayıb.

Belə ki, “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Fərmana 3-1-ci hissə əlavə edilib.

Sənədə əsasən, döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının Azərbaycanın ərazisində satın alınması yalnız Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanları, həmçinin müdafiə təyinatlı məhsulların istehsalını və təmirini tamamlamaq məqsədilə müvafiq fəaliyyət növləri üçün lisenziya almış və ya lisenziya alınması tələbinin şamil olunmadığı hüquqi şəxslər tərəfindən həyata keçirilir.

Читать полностью…

Musavat.com

❗️Hərbi texnika və silahla əlaqədar lisenziya verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşib

Читать полностью…

Musavat.com

Bakıda 3 maşın bir-birinə çırpıldı - ÖLƏN VAR

‼️ Bu gün saat 13:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisindən keçən hissəsində Ordubad rayon sakini Nəcəfli Damət Elşad oğlunun idarə etdiyi “Renault” markalı, 77-CV-128 dövlət qeydiyyat nişanlı avtomobil yolu nəzərdə tutulmayan yerdən keçən 1960-cı il təvəllüdlü Əsgərova Tahirə Mirzə qızını vurub. Piyada hadisə yerində həyatını itirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəzadan sonra “Renault” markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan 99-UB-743 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı, 10-VM-056 dövlət qeydiyyat nişanlı “MITSUBİSHİ” markalı və 77-MG-570 dövlət qeydiyyat nişanlı “Opel” markalı nəqliyyat vasitələri zəncirvari toqquşub.

Toqquşma nəticəsində Hüseynov Rahim Nəriman oğlunun idarə etdiyi “Opel” markalı avtomobil yol kənarında dayanan Əlizadə Eminbəy Faiq oğlunu vurub. Xəsarət alan E.Əlizadə xəstəxanaya yerləşdirilib.

Читать полностью…

Musavat.com

Bakının Qaradağ rayonu ərazisində ağır qəza olub.

Bakı istiqamətində hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyadanı vurub.

Bunun ardınca daha 3 maşın bir-birinə dəyib. Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

Читать полностью…

Musavat.com

⚡️ Bakıda qadının 225 manatını almaqda şübhəli bilinən şəxs tutulub

Paytaxtın Yasamal rayonunda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Rayon ərazisində naməlum şəxsin bir qadını aldadaraq hesabına 225 manat ödətdirməsi barədə polisə məlumat daxil olub.

Yasamal polisi dələduzluq əməlini törətməkdə şübhəli bilinən O.Səlimzadə müəyyən olunaraq saxlanılıb.

Читать полностью…

Musavat.com

ℹ️ NEW YORKERdə geyinmə otaqlarına kamera qoyulub.

Читать полностью…

Musavat.com

Şimali Koreya beş illik pandemiya qapanmasından sonra qapılarını turistlərin üzünə dekabr ayında açacaq.

İlkin olaraq yalnız Samjiyon şəhəri turistlərin üzünə açılacaq, lakin tezliklə paytaxt Pxenyana da səfər etməyin mümkün olacağı gözlənilir.

Kim Çen Inın göstərişi ilə Cənubi Koreyadan başqa bütün ölkələrdən turistlərin qəbul ediləcəyi nəzərdə tutulur. ABŞ isə öz vətəndaşlarına bu ölkəyə səfər etməyi qadağan edir.

Читать полностью…

Musavat.com

⚜️DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib:

🎖polkovnik Bəhmən Rza oğlu Babayev

🎖polkovnik Əyyub Vəli oğlu Məmmədov

🎖polkovnik Nəsib Tahir oğlu Mirzəyev.

Читать полностью…

Musavat.com

📣 Baş Dövlət Yol Polisi İdarəsindən yollardakı vəziyyətlə bağlı MÜRACİƏT‼️

"Müşahidələr göstərir ki, həftənin şənbə və bazar günləri əhalinin bölgələrə, bağ massivlərinə, istirahət və əyləncə məkanlarına üz tutması avtomobil yollarında hərəkət intensivliyini əhəmiyyətli dərəcədə artırır.

Nəqliyyat axınının tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülsə də, təəssüf ki, bəzən sürücülər tərəfindən yol hərəkəti qaydalarına riayət edilməməsi, tələskənliyə, diqqətsizliyə yol verilməsi səbəbindən həftəsonu ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin şahidi oluruq.

Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara mənzil başına təhlükəsiz çatmaq üçün nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, sürət rejiminə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, yol və hava şəraitini nəzərə almağı, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edir".

Читать полностью…

Musavat.com

ABŞ silahları Rusiyaya girdi, HİMARS Kursku DAĞITDI, Putin TƏCİLİ Bakıya gəlir ‼️

CANLI📺

🔵⭐️FACEBOOK🔻

https://www.facebook.com/tvmusavat/videos/864994565574007

🔴⭐️YOUTUBE🔻

https://www.youtube.com/watch?v=WdA4rNN49NY

Читать полностью…

Musavat.com

‼️🇦🇿Meymunçiçəyi ilə bağlı HƏYƏCAN TƏBİLİ! - Azərbaycanda...

🦠Türkiyədə bir nəfər meymunçiçəyinə yoluxma şübhəsi ilə karantinə alındı; həkimlərdən SOS!: “Əgər buna əməl edilməzsə, yaxın aylarda...”

ƏTRAFLI BU YAZIDA 🔻

https://musavat.com/news/meymunciceyi-ile-bagli-heyecan-tebili-azerbaycanda_1093990.html

Читать полностью…

Musavat.com

“Azeri Light” nefti ucuzlaşıb

Azeri Light markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,82 dollar azalaraq 83,72 dollar təşkil edib.

Qeyd edək ki, Azeri Light-ın bir barelinin ən aşağı qiyməti 2020-ci ilin aprelində 15,81 dollar, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar təşkil edib.

Читать полностью…

Musavat.com

❗️İşğaldan azad olunmuş torpaqlarda xeyli sayda silah-sursat aşkar olunub

Читать полностью…

Musavat.com

Hər kəsin toxunmaq istədiyi “qadının” sirli hekayəsi - Old Budva haqda ŞOK DETALLAR

🔴 https://musavat.com/news/her-kesin-toxunmaq-istediyi-qadinin-sirli-hekayesi-old-budva-haqda-sok-detallar_1094088.html

Читать полностью…

Musavat.com

⚡️⚡️⚡️ "Neftçi" - "Sabah" oyununun yeri növbəti dəfə dəyişdirilib.

Bu barədə PFL rəsmi saytı məlumat yayıb.

📍Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi "Liv Bona Dea Arena"da deyil, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq.

"Zirə" klubu UEFA Konfrans Liqasındakı oyun üçün stadionun ot örtüyünün qorunması məqsədi ilə "Neftçi"yə müraciət edib.

Qeyd edək ki, "Neftçi" - "Sabah" görüşü sabah saat 20:30-da start götürəcək.

Читать полностью…

Musavat.com

‼️ Azərbaycanla Pakistan turizm sahəsində əməkdaşlıq edəcək

Читать полностью…

Musavat.com

Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" markalı yük maşını ilə "VAZ 2106" markalı minik maşını toqquşub. Qəza zamanı minik maşınının sürücüsü, Tovuz rayonu Alakol kənd sakini Şakir Abbasov adlığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Читать полностью…

Musavat.com

🔴 HƏMAS-ın mərhum rəhbəri İsmayıl Haniyənin böyük oğlu atasının idarəolunan raketlə öldürüldüyünü bildirib.

O, bəzi KİV-lərin Haniyənin qaldığı iqamətgaha əvvəlcədən bomba qoyulması ilə bağlı yaydığı iddiaları təkzib edib.

Читать полностью…

Musavat.com

👤 Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşı Anar Cəbrayıllı işindən ayrıldığını elan edib.

Bununla bağlı o, sosial şəbəkə hesabında məlumat verib.

⚡️13 il yarım işlədiyi su təsərrüfatı sahəsindəki fəaliyyətinə son verdiyini bildirən Anar Cəbrayıllı qısamüddətli istirahətdən sonra yola davam edəcəyini də vurğulayıb.

Читать полностью…

Musavat.com

🇺🇸ABŞ Dövlət Departamenti ATƏT-in Minsk Qrupunun sonrakı taleyinə münasibət bildirib

📌Rəsmi Vaşinqton Azərbaycan və Ermənistanla istənilən formatda işləməyə hazırdır.

📌ABŞ hökuməti Azərbaycanla Ermənistanın dayanıqlı və əlverişli sülhün əldə olunması istiqamətindəki səylərini dəstəkləyir. Biz hər iki tərəflə onların razılığa gələ və irəliləyişə nail ola biləcəyi istənilən formatda işləməyə hazırıq.

Читать полностью…

Musavat.com

❗️Bakıda qadınların yaşadığı evə gecə saatlarında basqın edilib

Avqustun 16-da gecə saat 2 radələrində Qaradağ rayonu ərazisində evlərin birinə daxil olaraq orada yaşayan 2 qadına kəsici alətlə xəsarət yetirib soyuducu, televizor və kondisioner oğurlanması ilə bağlı polisə məlumat daxil olub:

"Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Hətəmov, M.Nağıyev və T.Nağıyev müəyyən edilərək saxlanılıblar".

Araşdırma aparılır.

Читать полностью…

Musavat.com

‼️Şuşadan Laçına gedən yolun kənarında yerləşən bulaq və onun ətrafı zibilliyə çevrilib

Buraya səfərə gələn bəzi şəxslər plastik torbaları, su qablarını yolun kənarına atırlar nəticədə videoda görünən mənzərə yaranıb.

Читать полностью…

Musavat.com

🇮🇷İran prezidentindən gözlənilməz açıqlamalar

İran parlamentin bugünkü plenar iclasının əvvəlində 14-cü hökumətin başçısı Məsud Pezeşkian təklif etdiyi Nazirlər Kabinetini müdafiə etmək üçün tribuna qarşısına keçib.

Çıxışında ölkədə insanlara qarşı ədalətsiz rəftar edildiyinə toxunan İran prezidenti deyib:
“Bütün söhbət ədalətdən gedir. İnsanlar bu gün narazıdırlar və bu, Amerikanın deyil, bizim günahımızdır. Bununla belə, xalqa xidmət etmək lazımdır. Heyvan kimi insanlara hücum edib onları parçalamaq olmaz”.

Mənbə: "Azad İran"

Читать полностью…

Musavat.com

⚡️Həftəsonu havanın temperaturu yüksələcək.

Paytaxt zonasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Bakıda və Abşeronda gecə 20-25° isti, gündüz 28-32° isti təşkil edəcək.

Bölgələrdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək.

Читать полностью…

Musavat.com

🇷🇺‼️🔥Moskva NÜVƏLƏRİ hazırladı - Müharibə əndazədən çıxdı

🚨Zelenski Kurskun mərkəzi Suca şəhərinin nəzarətə götürüldüyünü açıqladı, ordu 80-dən çox yaşayış məntəqəsini kontrolda saxlayır; analitiklər Putinin strateji uğursuzluğunun səbəbləri və Kremlin son anda atacağı addımları təhlil edib.

DAHA ƏTRAFLI 🔻

https://musavat.com/news/moskva-nuveleri-hazirladi-muharibe-endazeden-cixdi_1093991.html

Читать полностью…

Musavat.com

Hava hücumundan müdafiə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

Читать полностью…

Musavat.com

⚡️Tovuzda ölümlə nəticələnən yol qəzası olub.

Elton Hüseynovun idarə etdiyi "Hyundai HD-72" markalı avtomobillə Şakir Abbasovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub.

Nəticədə Ş. Abbasov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Читать полностью…
Subscribe to a channel