tvmusavat | Unsorted

Telegram-канал tvmusavat - Musavat.com

12509

Yeni Musavat Media Qrupu Web: Musavat.com YouTube: https://www.youtube.com/user/TVmusavat Wikipedia: https://az.wikipedia.org/wiki/Yeni_M%C3%BCsavat_(q%C9%99zet)

Subscribe to a channel

Musavat.com

⚡️⚡️Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı şəhərində PKK-nın liderlərindən olan, “Tekin Guyi” ləqəbli, Türkiyə Daxili İşlər Nazirliyinin tərəfindən axtarışda olan terrorçu Əbdülhəmid Kaparı zərərsizləşdirib.

Bu barədə "Anadolu" agentliyi təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən xəbər yayıb.

Qeyd olunur ki, Türkiyənin xüsusi xidmət orqanları cinayətkar təşkilatının sıralarında maddi-texniki təminat və maliyyələşdirməyə cavabdeh olan terrorçu Kaparın uzunmüddətli müşahidədən sonra məhvi üçün əməliyyat təşkil edib.

Kapar PKK-ya 1992-ci ildə qoşulub. Uzun illər İraqda təşkilatın sıralarında “xidmət edib”, 2018-ci ildə Suriyaya köçüb. O, 1992-ci ildə Türkiyənin Şırnak vilayətinin Uludere bölgəsində türk jandarmına qarşı, təhlükəsizlik qüvvələrinin 26 əməkdaşının həyatını itirdiyi, daha ikisinin isə qaçırıldığı hücumun təşkilatçısı olub.

Читать полностью…

Musavat.com

🔴‼️ Rusiyanın Parisdəki səfirliyi Fransa Xarici İşlər Nazirliyinə nota göndərərək "Telegram" mesencerinin təsisçisi Pavel Durovla konsulluq əlaqəsi tələb edib.

Читать полностью…

Musavat.com

⚠️ Zelenskinin müsahibəsində diqqət çəkən məqamlar:

⏺ Ukrayna Sumiyə edilən hücumun qarşısını aldı. Müdafiə qüvvələri qabaqlayıcı hərəkət etdi;

⏺ Kursk əməliyyatı böyük hərbi-siyasi və hərbi-diplomatik əməliyyatın tərkib hissəsidir. Nəticəni daha sonra görəcəksiniz;

⏺ Rusiyada hava hücumundan müdafiənin harada olduğunu bilirik. Bu, Putinin daçasının ətrafında, Moskva və Sankt-Peterburqun ətrafındadır, amma kiçik şəhərlərdə, məsələn, getdiyimiz Kursk vilayətində heç nə yoxdur;

⏺ Hindistan Putinin müharibə iqtisadiyyatını milyardlarla gəlirdən məhrum edə bilər;

⏺ Biz müxtəlif sülh təkliflərini müzakirə etməyə hazırıq. Amma biz ərazilərimizi, xalqımızı, dəyərlərimizi, azadlığımızı, demokratiyamızı sülhə dəyişmirik.

Читать полностью…

Musavat.com

‼️ Rusiyanın Parisdəki Səfirliyi Fransa Xarici İşlər Nazirliyinə nota göndərərək teleqram messencerinin saxlanılan həmtəsisçisi Pavel Durovla konsulluq əlaqəsi tələb edib.

Bunu "Rossiya-24" telekanalının efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Parisdəki səfirliyimiz bu məlumatı alan kimi dərhal yerli tərəflə əlaqə saxlayıb və Fransa Xarici İşlər Nazirliyinə giriş tələbi ilə nota göndərib", - o deyib.

Читать полностью…

Musavat.com

‼️‼️Rusiya prezidenti Vladimir Putinlə sonuncu dəfə iyulun 24-də paytaxt Moskvada görüşən Suriya lideri Bəşar Əsəd o vaxtdan bəri görünmür. 6 gün əvvəl Dəməşqdə keçirilən parlamentin andiçmə mərasiminə qatılmayan Əsədin Rusiyada olduğu öyrənilib.

Musavat.com "Türkiyegazetesi"nə istinadən xəbər verir ki, Suriya lideri İranın sui-qəsd cəhdindən və ya çevriliş təşkil etməsindən qorxduğu üçün Sankt-Peterburqdakı malikanədə yaşayır.

Qeyd olunur ki, son vaxtlar Tehranla Dəməşq arasında münasibətlər bir neçə səbəbdən pisləşib. Buna səbəb isə odur ki, Əsəd Suriyada "Hizbullah" və digər iranyönlü qrupların fəaliyyətinə məhdudiyyətlər qoyub.

Məlumata görə, Tehran administrasiyası İsrailin Suriyada öldürülən yüksək rütbəli iranlı diplomat və komandirlərə hücumlarına görə Əsədin çevrəsindən bəzi şəxsləri məsul hesab edir.

Читать полностью…

Musavat.com

🇦🇲🇺🇲 Qarabağ erməniləri beynəlxalq himayə altında Azərbaycana qayıdacaqlar?!

ABŞ Konqresi 2024-cü il sentyabrın 19-da tədbir keçirəcək.

Konqresin liderləri, icma fəalları və koalisiya tərəfdaşları sentyabrın 19-da Kapitolidə toplaşaraq Ermənistana miqrasiya etmiş ermənilərə həsr olunmuş proqramda yerli ermənilərin qlobal mandat altında və guya beynəlxalq müdafiə ilə təhlükəsiz qayıtmasına çağıracaqlar.

©️ Bu barədə Amerika Erməni Milli Komitəsi (ANCA) məlumat yayıb.

Читать полностью…

Musavat.com

⭕️*Səttar Möhbalıyev Həmkarlar Konfederasiyasındakı kabinetini boşaltdı*

"Kurort canavarı" HƏBS oluna bilər‼️

⚡️⚡️⚡️

Ətraflı 👉👉 https://musavat.com/news/settar-mohbaliyev-hemkarlar-konfederasiyasindaki-kabinetini-bosaltdi-hebs-oluna-biler_1096126.html

Читать полностью…

Musavat.com

🇦🇿 Cənab İlham Əliyev

Читать полностью…

Musavat.com

🗣🎙 Ukraynanın Rusiyaya qaytardığı əsirlərdən biri danışır ki, "onlar sərhəddən 500 metr məsafədə dayanmışdılar. Ukrayna ordusu hücuma keçəndə, bir mayorumuz əllərini qaldıraraq təslim oldu və dedi ki, bizdə burda çağırışçılar var. Biz təslim oluruq. Beləliklə, o bütün şəxsi heyətin həyatını xilas etdi.

Amma bir başqa komandir axıra qədər döyüşməyi əmr etmişdi. Həmin bölükdən çoxu sağ qalmadı. Sağ qalanlar danışır bunu".

Ölkəsinə qaytarılan rusiyalı əsgərin sözlərinə görə, Ukraynada hazırda xeyli gənc çağırışçı əsir var. Onların hamısı Kursk əməliyyatında əsir düşüb.

Читать полностью…

Musavat.com

SON DƏQİQƏ! Zelenski elə bir MƏLUMAT AÇIQLADI Kİ...

https://musavat.com/news/son-deqiqe-zelenski-ele-bir-melumat-aciqladi-ki-video_1096123.html

Читать полностью…

Musavat.com

🔴 İrandan MÜHÜM İsrail AÇIQLAMASI - Vaz keçməmişik...

🔻🔻 İranın xarici işlər naziri Abbas Əraqçi Britaniya və Fransadan olan həmkarları ilə telefon danışığı zamanı bildirib ki, İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsrailə cavab zərbəsi endirməkdə mütləq hüququndan əl çəkməyəcək.

Читать полностью…

Musavat.com

ABŞ Qafqazı yenə "keçmişə" qaytarmağa çalışır: Bakının sərt reaksiyası isə Ağ Evi və İrəvanı "labirintə" salıb

🔻🔻🔻🔻🔻

🟢Ağ Evdən verilən açıqlamada ABŞ-ın Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləmək üçün istənilən formatda əməkdaşlığa hazır olduğu vurğulanır...

🔴Bu isə o deməkdir ki, ABŞ Minsk Qrupunun yenidən regional geopolitik məkana qaytarılmasında maraqlıdır və böyük ehtimalla bu barədə rəsmi İrəvana artıq qəti təlimatlar da göndərilib...

👉DAHA ƏTRAFLI
BURADA

Читать полностью…

Musavat.com

SON DƏQİQƏ ‼️

❌Ukraynadan Kursk AES-ə DƏHŞƏTLİ HÜCUM planı!

5 min rus əsgəri Ukrayndan ÇIXARILDI

Sevinc Telmanqızı ilə "ŞƏNBƏ XƏBƏR" - CANLI

🔻🔻🔻
https://www.youtube.com/watch?v=vzC8-14eNTw

Читать полностью…

Musavat.com

🇷🇺🇺🇦 Girov götürülən kadırovçuların yeni VİDEOSU

Читать полностью…

Musavat.com

‼️🔴 Bakı sakinlərinə su ilə bağlı ŞAD XƏBƏR

🔴🔵 Oğuz-Qəbələ-Bakı kəmərindəki təmir-bərpa işlərinin yekunlaşmasından sonra ərazilərə suyun qrafikə uyğun verilməsi tam bərpa olunub.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı kəmərindəki təmir-bərpa işlərinə görə paytaxt ərazisinə suyun verilməsində bir neçə gün idi problemlər yaşanırdı.

Читать полностью…

Musavat.com

‼️⚡️"Telegram"ın həbsdə olan təsisçisi Pavel Durovun işinin təhvil verildiyi Paris prokurorluğu avqustun 26-da mətbuata açıqlama verməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a prokurorluqdan məlumat verilib.

"Tam mətbuat bəyanatı sabah yayımlanacaq", - TASS-ın sorğusuna cavab olaraq bildirib.

Читать полностью…

Musavat.com

‼️Rusiyanın Belqorod vilayəti ATƏŞƏ TUTULDU, savaş ŞİDDƏTLƏNİR - Putini dayandıracaq adamı TAPDILAR

⚡️⚡️⚡️

📺
https://www.youtube.com/watch?v=FjF74cLSSjs

👉
https://musavat.com/news/rusiyanin-belqorod-vilayeti-atese-tutuldu-savas-siddetlenir-putini-dayandiracaq-adami-tapdilar_1096148.html

Читать полностью…

Musavat.com

❗️❗️❗️Astarada dənizin nəzarətsiz sularında boğulan 29 yaşlı Şamxal Həsənzadənin meyiti tapılıb.

Onun əmisi İdrak Həsənovun verdiyi məlumata görə, Şamxal nişanlı olub və payızda toyu olacaqdı.

"O dünən nişanlısı və qayınanasını evlərində qoyub. Sonra dostları ilə dənizə çimməyə gedib. Dostlarla birlikdə dənizdə çimərkən Şamxal suda itib. Dostları qışqıraraq onu səsləyiblər".

Читать полностью…

Musavat.com

‼️Putin üçün Bakıya gələn, Fransada tutulan Pavel Durov kimdir? Telegram əfsanəsinin həzin sonu? DOSYE

👉
https://musavat.com/news/putin-ucun-bakiya-gelen-fransada-tutulan-pavel-durov-kimdir-telegram-efsanesinin-hezin-sonu-dosye_1096135.html

Читать полностью…

Musavat.com

Pavel Durov 41 cinayət əməli ilə mühakimə ediləcək.
Zormaladan tutmuş narkotik və adam qaçırma falan filan. Bu Durov nə imiş belə? Deyəsən dünyada bütün cinayətləri o törədib. Əslində bu olay dünyaya Fransanın iç üzünü açıb tökdü. Putinə qarşı olan Durovu heç Putin cəzalandırmadı. Bu addım Fransanın dözümsüzlüyü və söz azadlığına vurduğu zərbədir. Fransa imicini itirməkdə davam edir. Makron Avropanın köpəyi rolunda çıxış edə edə beynəlxalq arenada çox güc itirdi. Afrikada Rusiyaya uduzan Fransa indi hirsini Durovdan çıxır.

Читать полностью…

Musavat.com

İsrail ordusu Livanın cənubundakı bir neçə bölgədə Hizbullahın atış məntəqələrinə zərbələr endirib

Ordunun mətbuat xidməti bu barədə məlumat verib və əlavə edib ki, Əl-Xiyam kəndi ərazisində İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə bir qrup yaraqlıya hücum edib.

Читать полностью…

Musavat.com

‼️💬 Fransa teleqramın həmtəsisçisi Pavel Durovu Paris hava limanında saxlamaqla özünün “tiran təbiətini” dünyaya nümayiş etdirdi.

Bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində yazıb.

"Bu, çox ciddidir, Fransa dünyaya öz tiran təbiətini göstərdi. Senzura görüntüsü. Rəqəmsal Xidmətlərdə senzura aktı Fransada söz azadlığına qarşı getdikcə daha qəddar basqılara təkan verir. Sual verirəm: əgər "X" sosial şəbəkəsinin sahibi İlon Mask Fransaya gəlsə, onu eyni şəkildə saxlamaq və həbsə atmaq olarmı?”, - o paylaşımda yazıb.

Читать полностью…

Musavat.com

📢 Amerikalı iş adamı, "X" sosial şəbəkəsinin sahibi İlon Mask “FreePavel” həştəqi ilə bir gün əvvəl Fransada saxlanılan teleqram messencerinin təsisçisi Pavel Durovun azadlığa buraxılmasına çağıran sosial şəbəkə istifadəçilərini dəstəkləyib.

Bu barədə Mask "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Читать полностью…

Musavat.com

‼️ İsraildə 48 saat ərzində “xüsusi vəziyyət” rejimi tətbiq edilib.

Читать полностью…

Musavat.com

⛈Sabah Bakıda yağış yağacaq, külək əsəcək

Читать полностью…

Musavat.com

💥💥Livanda 10 nəfərin ölümü ilə nəticələnən hücuma cavab olaraq "Hizbullah" İsrailə 55 raket zərbəsi endirib.

🔥İsrailin şimalına atılan raketlərin bəziləri boş ərazilərə düşüb və yanğınlara səbəb olub.

◼️Ayelet Hashahar, Mishmar Hayarden və Mahanayim yaxınlığındakı açıq ərazilərdə yanğınların söndürülməsi üçün işlər davam edir.

◼️"Hizbullah" ilk dəfə Ayelet Hashahar yaşayış məntəqəsinə "Katyuşa" raketləri ilə hücum etdiyini bildirib.

◼️Bununla yanaşı, "Hizbullah" İsrailin Misgav Am yaşayış məntəqəsinin şimalında yerləşən hərbi bazaya da pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.

◼️İsrail ordusu hücum nəticəsində iki əsgərin yaralandığını açıqlayıb.

Читать полностью…

Musavat.com

❗️✍🏻 Rusiya xarici işlər nazirinin müavini Sergey Putin diplomatik qurumun rəhbərinin birinci müavini təyin edilib.

Məlumata görə, müvafiq sərəncamı Rusiya Prezidenti Vladimir Putin imzalayıb.

"Sergey Vladimiroviç Putin Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini təyin edilsin", - sənədin mətnində deyilir.

Читать полностью…

Musavat.com

🇷🇺🇺🇦Ukraynadakı hərbi əməliyyatların Rusiya ərazisinə sıçraması səbəbindən qarşı tərəfin Silahlı Qüvvələrinin 5000 nəfərədək şəxsi heyəti Ukrayna ərazisindən çıxarılıb.

Читать полностью…

Musavat.com

Dünya Qadın Seriyası: Azərbaycan millisi ilk oyunda məğlub olub

Читать полностью…

Musavat.com

📍⚽️ Səməd Vurğun parkının yaxınlığındakı yolun təmirə bağlanmasından istifadə edən sakinlər futbol oynayıblar.

📱Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Читать полностью…
Subscribe to a channel