ŞOK‼️
🚨Pezeşkian İranın paytaxtını dəyişir:
🗣"Başqa yolumuz yoxdur..."
https://musavat.com/news/sok-pezeskian-iranin-paytaxtini-deyisir-basqa-yolumuz-yoxdur_1099982.html
⚽️❗️UEFA Millətlər Liqası: Gürcüstan millisi böyük hesablı qələbə qazandı.
Gürcüstan 4:1 Çexiya
🇦🇿🥉Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paracüdoçusu İlham Zəkiyevin “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı paylaşım edib.
Musavat.com paylaşımı təqdim edir:
"Növbəti qələbəmiz! İlham Zəkiyev “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazandı! Gərgin əməyinə və qələbə əzminə görə paracüdoçumuza təşəkkür edirəm! Milli yığmamızın bütün üzvlərinə yeni qələbələr və nailiyyətlər arzulayıram!".
❗️🥋 Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazana bilməyib.
+70 kq çəkidə yer alan idmançı üçüncü yer uğrunda görüşdə ABŞ təmsilçisi Kristella Qarsiya ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan İsmiyevə turniri mükafatsız başa vurub.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
❗️🇦🇲Paşinyanın COP29 HİYLƏSİ - Görün nələrə əl atıb...
Erməni baş nazir gözdən pərdə asmağı, daxili siyasi imkanlarını gücləndirməyi və Qərbdən tam dəstək almağı hədəfləyir
Ermənistan rəhbərliyinin dünyanın gözündən pərdə asmaq üçün sülh oyunbazlığı davam edir. Artıq şəkk-şübhə yox ki, rəsmi İrəvan Bakı ilə bölgədə uzunmüddətli sülhə və əməkdaşlığa xidmət edəcək sülh müqaviləsi imzalamaqda maraqlı deyil. Çünki hələ də revanşist planlarından tam əl çəkməyib…
ƏTRAFLI (ŞƏRH)🔻
https://musavat.com/news/pasinyanin-cop29-hiylesi-gorun-nelere-el-atib_1099824.html
❗️Rusiya geri çəkilir, Qərbi İstanbul masasına çağırır: Kreml NATO-nun dağıdıcı zərbə planından xəbər tutub
Kremldə anlayırlar ki, Qərb nə vaxtsa Ukraynaya ən müasir hücum silahları göndərəcək və ardınca da Rusiyanın uzaq dərinliklərinə dağıdıcı zərbələr təlimatı verəcək...
Müqavimət potensialı tədricən zəifləməkdə olan Rusiyanın hakim siyasi dairələri ABŞ və Qərblə sülh danışıqlarına hazır olduğuna eyham vurmağa başlayıb...
TƏHLİL 🔻
https://musavat.com/news/rusiya-geri-cekilir-qerbi-istanbul-masasina-cagirir-kreml-nato-nun-dagidici-zerbe-planindan-xeber-tutub_1099936.html
Putin Zatulinə CƏZA verəcəkmi⁉️
Bakının səbrini daşıran SƏBƏB❗️
ƏTRAFLI🔻
https://musavat.com/news/putin-zatuline-ceza-verecekmi-bakinin-sebrini-dasiran-sebeb_1099827.html
🥉🇦🇿 İlham Zəkiyev bürünc medal qazandı
İkiqat paralimpiya çempionu üçüncü yer uğrunda görüşdə Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gəlib.
Rəqibini məğlub edən Zəkiyev bürünc mükafata sahib çıxıb.
❗️🇦🇲🇫🇷Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın yeni Baş naziri Mişel Barnyeni İrəvana dəvət edib.
Paşinyan yeni Baş nazirə ünvanladığı təbrik məktubunda Ermənistan-Fransa çoxprofilli gündəliyinin birgə səyləri ilə genişləndirilməsinə və yeni proqramların həyata keçirilməsinə sadiqliyini vurğulayıb.
❗️Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Braziliyanı Milli Günü münasibətilə təbrik edib.
Bu barədə XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Braziliya hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik”, - paylaşımda vurğulanıb.
Azərbaycanın növbəti COP tədbirinə ev sahibliyi edəcəyini öyrənmək məni çox sevindirir. Bu, böyük bir addımdır və ciddi öhdəlik tələb edir. Açıq-aydın görünür ki, Azərbaycan bu məsuliyyəti öz üzərinə götürmək üçün lazım olan potensiala malikdir
Bu sözləri Böyük Britaniyanın Lafboro (Loughborough) Universitetinin professoru və İqlimə Uyğun İnkişaf Proqramının (The Climate Compatible Growth Programme) direktoru, akademik Mark Hovells AZƏRTAC-a açıqlamasında deyib
📶Hazırda metronun “Koroğlu” stansiyasının qarşısı.
⛔️Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 7 sentyabr saat 22:00-dan 8 sentyabr saat 03:00-dək paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın intellektual idarə edilməsi üzrə monitorinqlər keçirəcəyi ilə əlaqədər məlumat yaymışdı.
⚠️Bu məqsədlə Heydər Əliyev prospekti (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindən başlayaraq), Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkət istiqaməti dəyişdirilib.
✈️ Türkiyədən Rusiyaya gələn təyyarə ilə bağlı dəhşətli kadrlar yayıldı
Sərnişin təyyarəsinin pilotları Qroznıda (Çeçenistan, Rusiya) tikilməkdə olan uçuş-enmə zolağına eniş etmək istəyiblər.
Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.
Təyyarə həmin vaxt sahədə işləyən üç ekskavator və bir minik avtomobili ilə toqquşmaq təhlükəsi ilə üzləşib. O ikinci cəhddən sonra düzgün zolağa enməyi bacarıb.
Hava gəmisinin Türkiyədən gəldiyi və "Utair" şirkətinə məxsus olduğu bildirilib.
Lakin sonradan şirkət məlumatı təkzib edib. Bildirilib ki, bu, iyunun 24-də baş vermiş hadisədir və həmin vaxt pilotlar güclü küləyə görə manevr ediblər.
🇮🇷 İsfahanda tibb işçiləri etiraza qalxıblar 🧑⚕️
İsfahan Universitetinin qarşısında toplaşan narazı tibb işçiləri əməkhaqlarının yetərsiz olması və iş rejiminin ağır olmasından şikayətləniblər.
🇦🇲 Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto sentyabrın 10-da Ermənistana səfər edəcək.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Onun sözlərinə görə, Siyarto Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.
‼️Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar.
Raman Saley (S12 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.
İdmançı 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə bürünc mükafata sahib çıxıb.
‼️İran hökuməti HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək fikrindən əl çəkməyib.
Musavat.com “Sky News”a istinadən xəbər verir ki, bunu şənbə günü Britaniya Xarici Kəşfiyyat İdarəsinin (MI6) rəhbəri Riçard Mur deyib.
"Güman edirəm ki, bunu etməyə çalışacaqlar və buna görə də rahatlaşa bilmirik", - deyə o bildirib.
❗️Bakıda tanışı ilə narkotik satan qız tutuldu
Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlə narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuşlar Elvin İsmayılov və tanışı S.Gözəlova saxlanılıblar. Onların üzərindən 2 kiloqramdan çox narkotik vasitə olan heroin aşkarlanıb.
❗️İki aydan çoxdur ki, metronun “28 May” stansiyasının qarşısında aparılan təmir işləri oktyabrda başa çatacaq.
Читать полностью…🇦🇿 Avropa çempionatı: Azərbaycan cüdoçuları fərdi yarışı 8 medalla birinci pillədə başa vurublar
Bu gün tatamiyə çıxan idmançılardan Aslan Kotsoyev gümüş, Tuncay Şamil (hər ikisi 90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc mükafata sahib çıxıblar.
Beləliklə, komanda medal sıralamasında ilk sırada qərarlaşıb.
❗️Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim DANIŞDI
Məsud Aşina: "Bu, planetdə hər yeddinci şəxsin əziyyət çəkdiyi xəstəlikdir, indi isə..."
ƏTRAFLI🔻
https://musavat.com/news/miqrenin-mualicesinde-inqilabi-kesfe-imza-atan-azerbaycanli-alim-danisdi_1099931.html
Moskva vilayətinin Odintsovo şəhərində baş verən yanğın nəticəsində iki nəfər ölüb
Odintsovo şəhərində yerüstü parkinqdə yanğın baş verdiyi barədə məlumat daxil olub: “Dərhal hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Yanğın 713 kvadratmetr sahədə lokallaşdırılıb. Təəssüf ki, iki nəfər həlak olub”.
Qeyd edilib ki, hadisə yerində dörd texnika və 20 canlı qüvvə çalışır.
❗️Nizam Osmanovun vəzifəsi bu generala tapşırıldı
Müdafiə Nazirliyinin (MN) Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini general-mayor Eldəniz Yəhyayev icra edir.
“Report”un əldə etdiyi məlumata görə, E.Yəhyayev bir müddət öncə bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, Eldəniz Telman oğlu Yəhyayevə 2022-ci ildə Prezident İlham Əliyevin "Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında" Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.
O, daha əvvəl nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, bir müddət öncə Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov vəzifəsindən azad edilib.
❗️Təbrizin yaxınlığında Sərdəri qəsəbəsində qazıntı zamanı bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən bədbəxt hadisə baş verib
Читать полностью…