tvmusavat | Unsorted

Telegram-канал tvmusavat - Musavat.com

12509

Yeni Musavat Media Qrupu Web: Musavat.com YouTube: https://www.youtube.com/user/TVmusavat Wikipedia: https://az.wikipedia.org/wiki/Yeni_M%C3%BCsavat_(q%C9%99zet)

Subscribe to a channel

Musavat.com

Azərbaycan gimnastları Portuqaliyada 4-cü qızıl medalı əldə ediblər

🔴 Raziyə Seyidli və Ağasif Rəhimovdan ibarət qarışıq cütlük yüksək nəticə göstərərək qarışıq hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Читать полностью…

Musavat.com

❗️İranın şərqindəki Cənubi Xorasan əyalətinin Təbəs şəhərindəki mədəndə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb

Читать полностью…

Musavat.com

🇦🇿🇮🇷Azərbaycan XİN kömür mədənindəki partlayışla bağlı İrana başsağlığı verib.

Читать полностью…

Musavat.com

Kürdəxanıda təhlükəli tapıntı

Читать полностью…

Musavat.com

🇺🇦🇷🇺Ukrayna ordusu Kursk istiqamətində gedən döyüşlərdə 16 mindən çox hərbçisini itirib - Rusiya MN

Читать полностью…

Musavat.com

❗️❗️❗️Şamaxıda torpaq sürüşməsi sürücülər üçün təhlükəli vəziyyət yaratdı

Читать полностью…

Musavat.com

🚨 DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

🇮🇷 İranda kömür mədənində ölən işçilərin cədədləri çıxarılıb 😱😢

Bu gün Təbəs kömür mədəninin B blokunda metan qazından boğulan işçilərin cədədləri xilasetmə qrupları tərəfindən çıxarılıb.

Məlumata görə, mədənin C blokunda isə xilasetmə işləri hələ də davam edir.

Qeyd edək ki, ötən gecə Təbəs kömür mədəninin iki blokunda qəza baş verib. Qəza nəticəsində 30 nəfər ölüb, 17 nəfər isə yaralanıb. (SNN.ir)

Читать полностью…

Musavat.com

🇮🇱 İsrail SQ Qətərin Əl-Cəzirə telekanalının ofisinə basqın edib

İsrail əsgərləri Qətərin Əl-Cəzirə telekanalının Fələstinin Ramallah şəhərindəki ofisini ələ keçirib. Silahlı əsgərlər içəri girərək sənədləri ələ keçirib və ərazidə kanalın yayımını dayandırıblar.

Читать полностью…

Musavat.com

❗️Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşa rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Turşsu kəndi ərazisində “Ford Tranzit” markalı mikroavtobus aşıb, azı beş sərnişin yaralanıb. Yaralılar Xankəndi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Şuşa Rayon Polis şöbəsində araşdırma aparılır.

Читать полностью…

Musavat.com

❗️ Parlament seçkilərinin yekunlarına dair protokola Konstitusiya icraatı qaydasında baxılıb

Читать полностью…

Musavat.com

🔈 Konstitusiya Məhkəməsi Plenumunun parlament seçkiləri ilə bağlı iclası başlayıb

Читать полностью…

Musavat.com

🇦🇿🇺🇳 Azərbaycan BMT-də mina qurbanlarının hüquqlarının müdafiəsi üzrə birgə bəyanatın təşəbbüskarı olub.

Bəyanatı Xorvatiyanın nümayəndəsi sənədin təşəbbüskarları qrupu - Albaniya, Azərbaycan, Çili, Mozambik, Panama və Xorvatiya adından səsləndirib.

Yayıldığı anda bəyanat Avropa, Afrika, Latın Amerikası və Asiyanı təmsil edən 65 ölkədən ibarət geniş regionlararası qrup tərəfindən dəstəklənərək imzalanıb.

Читать полностью…

Musavat.com

🇦🇿🇹🇷Nazir: Türkiyə və Azərbaycan hərbçiləri üç ölkə ilə birlikdə hərəkət etməyə hazırdır

Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.

💬 “Ortaq əməliyyat nəticəsində gördük ki, adı çəkilən ölkələrin hərbi birləşmələri birgə hərəkət edə bilərlər”.

Читать полностью…

Musavat.com

Rusiyanın bu şəhəri də VURULDU, Zelenskidən TƏCİLİ açıqlama - CANLI

https://www.youtube.com/watch?v=8s-Wl-zg6Sg&t=0s

Читать полностью…

Musavat.com

Daha 6 minaaxtaran it əməliyyatlara cəlb olunacaq

Читать полностью…

Musavat.com

‼️ Sabah YAP-ın parlamentin sədri və sədrin I müavini postuna namizədləri müəyyənləşəcək

Читать полностью…

Musavat.com

🔴🔴Şuşada qəzada xəsarət alanların SON VƏZİYYƏTİ açıqlandı.

TƏBİB-dən verilən məlumata görə, 21 sentyabr 2024-cü il tarixində Şuşa şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb. Onlar dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıblar. Yaralılardan 4-ü kişi, 1-i qadındır.

Qeyd edilib ki, xəsarət alanlardan birinin vəziyyəti ağır qiymətləndirilir, digər 4 nəfərin vəziyyəti isə orta-ağırdır. Hazırda xəstələrə lazımi tibbi xidmətlər göstərilir.

Читать полностью…

Musavat.com

❗️Yol polisi piyadalara müraciət etdi:

Piyadavurma hadisələrinin sayının azaldılması sürücülərlə yanaşı, həm də piyadalar arasında fərdi məsuliyyət hissinin formalaşdırılmasından birbaşa asılıdır.

Yol saldığımız həftə ərzində 6 nəfərin həyatını itirməsi, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən 9 piyadavurma hadisəsi qeydə alınıb ki, həmin hadisələrin mütləq əksəriyyəti sutkanın qaranlıq vaxtına təsadüf edib.

Читать полностью…

Musavat.com

‼️ İlqar Məmmədov siyasətdən getdiyini açıqlayıb

Читать полностью…

Musavat.com

❗️16 yaşlı Şərur sakini turşudan zəhərlənərək vəfat edib

Hadisə rayonun Kürkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Gülnaz Cəmil qızı Ələkbərova konserviləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib.

Səhhəti pisləşən Ələkbərova Gülnaz Cəmil qızı xəstəxanaya yerləşdirilib. Onu xilas etmək mümkün olmayıb.

Читать полностью…

Musavat.com

‼️İranda kömür mədənindəki partlayışda ölənlərin sayı 50 nəfəri ötüb

İranın şərqindəki Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb.

Bu barədə İranın Mehr agentliyi məlumat yayıb.

“Təbəsdəki şaxtada baş vermiş insident nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb, daha 20 nəfər yaralanıb”, - agentlik bildirib.

Читать полностью…

Musavat.com

☀️ Sabah Bakıda 27, rayonlarda isə 30 dərəcə isti olacaq

Читать полностью…

Musavat.com

Azərbaycanın əməkdar artisti, xanəndə Kifayət Gəncəli bu gün ürək çatışmazlığı səbəbilə vəfat edib.

Bu barədə mərhumun qızı Elza Məmmədova məlumat verib.

Bildirilib ki, K.Gəncəli bu gün doğulub boya-başa çatdığı Gəncə şəhərində torpağa tapşırılacaq.
Qeyd edək ki, K.Gəncəli 1937-ci ildə Gəncə şəhərində anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda muğam təhsili alıb. Əhməd Bakıxanov, Əliağa Quliyev, Ağası Məşədibəyov, Əhsən Dadaşov, Baba Salahov və İslam Rzayevin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının solisti olub. Azərbaycan Televiziyasının Qızıl fondunda 300-ə yaxın səs yazısı qorunub saxlanılır.

Allah rəhmət eləsin!

Читать полностью…

Musavat.com

SON DƏQİQƏ❗️Bakıda yük avtomobili dərəyə yuvarlandı - ÖLƏN VAR

Bakda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, qəza paytaxtın Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, yol-nəqliyyat qəzası nəticəsində yük avtomobili dərəyə yuvarlanıb. Sürücünün meyiti nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Читать полностью…

Musavat.com

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib.

Bildirilib ki, Həmas əl-Fəlah məktəbindən İsrailə qarşı hücumlar planlaşdırmaq və həyata keçirmək üçün istifadə edirdi.

Читать полностью…

Musavat.com

❗️ETSN-də I müavin vəzifəsi təsis olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi dəyişib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsi təsis olunub.

Qeyd edək ki, hazırda ekologiya və təbii sərvətlər nazirinin 4 müavini var.

Читать полностью…

Musavat.com

🌥Bazar günü hava necə olacaq?

Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

Читать полностью…

Musavat.com

🌧⚡️ Güclü yağışlar təbii fəlakət riski yaradıb

📍 Yaponiyada daşqınlara səbəb olan leysan yağışlara görə 30 minə yaxın insan təxliyyə edilib.

Читать полностью…

Musavat.com

DSX tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında dəyəri təqribən 300.000 AZN məbləğində aksiz markasız 146.790 (yüz qırx altı min yeddi yüz doxsan) qutu tütün məmulatı aşkar olunaraq götürülüb!

Читать полностью…

Musavat.com

Yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsilə zənglər olunur. Hətta süni intellekt vasitəsilə səslər eyniləşdirilir və onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib, yardım göstərilməsi üçün pul tələb edilir.

Əziz vətəndaşlar, bu kimi hallarla qarşılaşdıqda DİQQƏTLİ OLUN! Heç bir halda ödəniş etməyin!

Читать полностью…
Subscribe to a channel