❌ Sahil qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
➡️ Bildirilib ki, Qaradağ rayonundakı "Sahil QTM"-də aparılacaq təmir-bərpa işləri ilə əlaqədar, sentyabrın 26-ı saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Qaradağ rayonu, Sahil qəsəbəsindəki istehlakçıların qaz təchizatında müvəqqəti fasilə olacaq.
"Dedi oğlun döyüşdədir, sonra isə zəng etdi ki, gəl nəşini apar” 🇦🇿
🚨Rabitəçi baş leytenantın son döyüşü
https://musavat.com/news/dedi-oglun-doyusdedir-sonra-ise-zeng-etdi-ki-gel-nesini-apar-rabiteci-bas-leytenantin-son-doyusu_1104655.html
🇮🇷 İranın Qeşm şəhərindəki qədim bazarda səhər saatlarından başlayan yanğın 7 nəfərin xəsarət alması ilə nəticələnib 🔥
Yanğınsöndürənlər gəlmədiyinə görə, yanğının hələ davam etdiyi bildirilir.
🐟❌ Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
Xəzər dənizinin Lənkəran, Siyəzən və Xaçmaz rayonlarının inzibati ərazisindəki akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Bildirilib ki, araşdırma zamanı həmin şəxslərin Lənkəran rayon sakinləri Asif Qasımov, Musa Əhmədov, Siyəzən rayon sakini Bəxtiyar Eyvazov, Şabran rayon sakinləri Eldar Əliyev, Sehran Bəşirov və Fizuli Quliyev olduğu müəyyən edilib.
🚰❌ Sabah Bakının 3 qəsəbəsində su kəsiləcək
Sabah Bakının Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.
Bildirilib ki, su anbarından çıxan xəttin üzərinə sayğacın quraşdırılması səbəbilə sentyabrın 26-sı saat 06:00-dan 20:00-a qədər təmir işləri aparılacaq.
💨 Şərqi Yavada güclü külək həyatı iflic edib
🌳❌Təbiət hadisəsi nəticəsində insanların hərəkəti çətinləşib, ağaclar aşıb
📍İndoneziya
🟢İlham Aslanov SOCAR-dakı vəzifəsindən uzaqlaşıb
Bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, İlham Aslanov öz xahişi ilə SOCAR-da tutduğu vəzifəsindən uzaqlaşıb və hazırda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) rəisinin müşaviri vəzifəsində çalışır.
Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi İlqar Musayevdir.
‼️Gözlər Vaşinqtonda: Bayramovla Mirzoyan BU SAATLARDA nələr danışacaq? “Ana Xəbər”
⚡️⚡️⚡️⚡️
📺https://www.youtube.com/watch?v=Qhso4ps_pwQ&ab_channel=TvMusavat
🟢https://www.facebook.com/tvmusavat/videos/851877887048525/
👉https://musavat.com/news/gozler-vasinqtonda-bayramovla-mirzoyan-bu-saatlarda-neler-danisacaq-ana-xeber_1104690.html
‼️Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Kanada xarici işlər nazirinin bəyanatına cavab şərhi:
Kanadanın xarici işlər naziri Melani Jolinin 22 sentyabrın tarixində verdiyi bəyanatı qətiyyətlə pisləyir və tamamilə rədd edirik.
Kanadanın xarici işlər naziri beynəlxalq hüququn norma və prinsipləri əsasında 4 il əvvəl Ermənistanla Azərbaycan arasında münaqişənin bitdiyi regionumuzdakı reallıqlarla tanış olmaq əvəzinə, növbəti dəfə manipulyasiya və faktları təhrif etməklə məşğuldur. O həmçinin 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna və onun ərazimizdə dəstək verib saxladığı separatçı rejimə son qoyulduğu Qarabağ bölgəsi üzərində Azərbaycanın suverenliyinin tam bərpa olunması faktından da xəbərsizdir.
Kanada xarici işlər nazirinin Qarabağ bölgəsi ilə bağlı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan, separatizmi dəstəkləyən iddiaları Kanadanın xarici siyasətinin nə qədər “dahi” və “uzaqgörən” olduğunu nümayiş etdirir.
Təəssüflər olsun ki, Kanada rəsmiləri Ermənistanın 30 ilə yaxın hərbi təcavüzü zamanı azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə, qırğınlar və bəşəriyyətə qarşı cinayətlər barədə susmaqla yanaşı, Azərbaycanın öz suveren ərazilərində heç bir mülki şəxsi hədəf almadan həyata keçirdiyi antiterror tədbirləri barədə erməni diasporu tərəfindən təbliğ olunan yalan rəvayətlər yayırlar.
Kanadalı nazirin Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərindən olan 1 milyona yaxın məcburi köçkünün və Ermənistandan zorla deportasiya edilmiş şəxslərin vəziyyətinə və ayrılmaz hüquqlarına heç vaxt dəstək və maraq göstərmədiyi halda, regionda humanitar böhranla bağlı iddialar Kanadanın Azərbaycana qarşı açıq qərəzli mövqeyinin göstəricisidir.
Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur.
Bir daha bildiririk ki, bu cür təxribatçı və qərəzli bəyanatlar regionun beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneədən başqa bir şey deyil.
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) küçəyə yarıçılpaq formada çıxıb
Читать полностью…Müdafiə naziri sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olub
Читать полностью…❗️Bayraktar QIZILALMA PT-3 ilk uçuş sınağını həyata keçirib.
Qeyd edək ki, Azərbaycan da QIZILALMA PT-3 layihəsinin hazırlanmasında iştirak edir.
🇦🇿‼️🇦🇲Ərdoğan Paşinyanın ümidlərini yenə “dəfn” etdi: Türk İttifaqı İrəvanın məkrli planını pozur
🚨Baş nazir Nikol Paşinyanın yalnız Ermənistanın maraqlarına uyğun olan hiyləgər və məkrli planının baş tutma ehtimalı artıq inandırıcı deyil, çünki rəsmi Ankaradan sərt və prinsipial xəbərdarlıq mesajı aldı...
🚨Rəsmi İrəvan Türkiyə ilə münasibətləri normallaşdırıb, Ermənistanı inkişaf etdirmək şansı qazanmaq üçün Azərbaycanın dəyişməz xarakter daşıyan, olduqca ağır və haqlı şərtlərini mütləq yerinə yetirməyə məcburdur...
DAVAMI BU YAZIDA 🔻
https://musavat.com/news/erdogan-pasinyanin-umidlerini-yene-defn-etdi-turk-ittifaqi-irevanin-mekrli-planini-pozur_1104753.html
🔴 1970-ci illərdə İsmayıllıda taxıl biçini – AzTV-nin “Qızıl Fond”undan NADİR KADRLAR
Читать полностью…🇦🇿🇵🇰 Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Читать полностью…‼️AYNA: Bakının Zərifə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində 2 hərəkət zolağı saxlanılaraq, ikitərəfli velosiped zolağı təşkil edilib.
Читать полностью…🤝🔈 ABŞ-də Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş keçiriləcək
Nyu-Yorkda sentyabrın 26-da ABŞ-nin Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək.
🇮🇷 İran XİN prezidentin 🇮🇱 İsraillə gərginliyi azaltmağa hazır olması ilə bağlı sözlərini təkzib edib 🤔
İranın xarici işlər naziri Abbas Əraqçı prezident Məsud Pezeşkiyanın #İsraillə münasibətlərdə #gərginliyi/azaltmağa hazır olmasına dair sözləri ilə bağlı “Bloomberg”in yaydığı xəbəri təkzib edib.
“Prezident Məsud Pezeşkian heç vaxt belə bəyanatlar verməyib... ABŞ mediasının bəzi rəhbərləri ilə görüşdə o, “sionist rejimin” Qəzzada törətdiyi cinayətləri və Livana hücumunu qətiyyətlə pisləyib”, - o qeyd edib.
Abbas Əraqçı vurğulayıb ki, İran hökuməti İsrailin Livana son hücumunu cavabsız qoymayacaq və Livanı dəstəkləyəcək. (İRNA)
🇮🇷 İranın Bocnurd şəhərində insanlar zəlzələ qorxusu ilə gecəni parklarda keçirirlər 🔥
Xatırladaq ki, bu gün İranın Bocnurd şəhərində 5,2 bal gücündə zəlzələ olub.
‼️“HƏMAS” hərəkatının siyasi bürosunun yeni rəhbəri Yəhya Sinvarın İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində öldüyü iddia edilir.
Читать полностью…‼️ABŞ hakimiyyəti İsrail və "Hizbullah" arasında genişmiqyaslı müharibə ehtimalı səbəbindən öz vətəndaşlarını dərhal Livanı tərk etməyə çağırıb.
Livanda davam edən hücum zamanı Beyruta endirilən hava hücumu nəticəsində İsrail ordusu "Hizbullah"ın hərbi komandanlığının 16 üzvü, o cümlədən ikinci komandiri İbrahim Aqil öldürülüb.
"Hizbullah" şəxsi heyətinə və obyektlərinə qarşı davamlı hücumlar qrupun imkanlarının kəskin şəkildə itirilməsinə səbəb olub.