Ölkənin İLK, ƏN BÖYÜK və ƏSAS təhsil səhifəsi! Müəllif hüquqları qorunur! © #eduaz #azerbaycanuniversitetleri Kanalda reklam: 055 814 10 81 (wp)
❗RƏSMİ! Xarici dövlətlərdə ali təhsil alanların diplomlarının tanınması qaydaları dəyişdi.
‼️Bu kifayət qədər müsbət dəyişiklikdir və insanların təhsil hüququnun təmin olunmasıdır.
📌Dəyişikliyə görə: (loru dildə izahla:)
⚠️1. Tədris dili üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə mərhələsi ləğv olunub.
Yəni daha təhsil aldığınız dildən imtahan verməyəcəksiniz. Bu çox yaxşı haldır. Amma əvəzində bəzi ixtisaslar üzrə DİM tərəfindən həmin peşə ixtisasları üzrə təşkil olunan qiymətləndirmə imtahanlarında iştirak etməlidirlər.
⚠️2. Səhiyyə və tibb peşə sahələri üzrə ixtisasların qiymətləndirilməsi zamanı Səhiyyə Nazirliyinin rəyinin alınması da nəzərdə tutulub. Bu doğru addımdır.
⚠️3. Təhsilalanın hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yalnız yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınma haqqında müsbət rəy üçün kifayət hesab ediləcək. Yəni əvvəllər qiyabi təhsil alan mütləq şəkildə semestr ərzində 15 gün, əyani təhsil alan 90 gün olmalı idisə, indi bu rəqəm yarıya qədər azaldılıb ki, bu çox yaxşı dəyişiklikdir.
⚠️4. Xarici ali təhsil müəssisələrinin rus, ingilis və türk dillərində təqdim etdikləri təhsil sənədlərinin notarial qaydada tərcümə olunmuş təsdiqinə ehtiyac olmayacaq.
⚠️5. Müvafiq ali təhsil səviyyəsi üçün müəyyən edilmiş minimal kredit sayını toplamayan və (ya) dissertasiya işi yazmayan (magistratura pilləsi üzrə) şəxslərin ali təhsil kvalifikasiyalarının şərti tanınması həyata keçiriləcək. Belə ki, həmin şəxslər yerli ali təhsil müəssisələrinin birində çatışmayan kreditləri toplamalı (praktik dərslərdə) və (ya) magistr dissertasiyası hazırlayaraq müdafiə etməli olacaqlar. Şərtlər yerinə yetirildikdə həmin şəxslərin ali təhsil kvalifikasiyalarının tam tanınması mümkün hesab ediləcək.
⚠️6. Xarici dövlətdə natamam ali təhsil almış şəxslərin ali təhsil kvalifikasiyalarının qismən tanınması həyata keçiriləcək. Başqa sözlə, həmin şəxslərin ali təhsil kvalifikasiyaları üzrə xaricdə toplanmış kreditlərinin tanınması həyata keçiriləcək və onlara qismən tanınma haqqında müvafiq sənəd təqdim olunacaq. Nəticə etibarilə, vətəndaşlar təhsillərinin qalan hissəsini Azərbaycan Universitetlərinin birində davam etdirmək üçün müraciət etmək hüququna malik olacaqlar.
Tarixə nəzər salsaq:
Spitak zəlzələsi zamanı(7 dekabr 1988-ci il) Bakıdan göndərilən “İL-76” təyyarəsinin Ermənistanda vurulması nəticəsində 78 nəfər könüllü həlak olub.
#unutmadıq #unutdurmarıq
❗️⚠️Malatyadakı 4 nəfər tələbəmizi xilasedicilər tapıblar. Dağıntılar altında olan tələbələrimizin adları səslənib, tələbələr cavab veriblər. Çox şükür, tələbələrin hər biri sağdır.
Читать полностью…Türkiyədə 4 azərbaycanlı tələbə dağıntılar altındadır.
Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə Malatyadakı İnönü Universitetinin tələbələridir.
⚡️Paşinyan: Ermənistan Türkiyəyə yardım göndərməyə hazırdır.
🤦🏻♂️
🆘DİQQƏT! Sonra Deməyin Ki Xəbərim Olmayıb! (hər il olduğu kimi ənənəmiz davam edir)
✅️Faydasını əvvəlki ilin tələbələrindən soruşa bilərsiniz!
✅️Son 2 Həftəni Yorğan-Döşəyinizi Hazırlayın, Kanalımızın Qapısı Hamınıza Açıqdır!
✅️Paylaşın ki, hər kəs faydalana bilsin 🙃
🔷️@fazailzakariyya
Diqqət!
Karyera və İşə Hazırlıq Mərkəzi 3-14 İyul tarixində Bakı İstanbul Liseyində "Gənc müəllimlər üçün I YAY MƏKTƏBİ" təşkil edəcək.
Cəmi 30 yer açılıb. Dəyərləndirin.
Ətraflı məlumat və qeydiyyat üçün linkə daxil olun.
https://forms.gle/FB8YtncgY2z3cgJWA
🧑🏻🎓👩🏻🎓 Məzunlar üçün Təcrübə proqramları.
Daha çox iş elanları və təcrübə proqramları üçün kanalımıza abunə olun: /channel/jobsearchazerbaijan
Tələbələrə xüsusi endirim!
İndi hər kəsin sevərək dinlədiyi və izlədiyi Mahsun Kırmızıgül, Özcan Dəniz və Haluk Ləvəntin uğur hekayəsini izləmək üçün "Prestij Meselesi" filmini qaçırmayın 🤩🎬
Biletləri Park Cinema kassalarında və ya parkcinema.az saytına keçid edərək əldə edə bilərsiniz 🎫.
#parkcinema
Naxçıvan Dövlət İmtahan Mərkəzində yoxlamalar başlayıb.
Читать полностью…DİA yanvar ayının təqaüdünü ödədi.
Xeyirli olsun ❗
❗Bu gündən etibarən metro və avtobuslarda gediş haqqı 40 qəpikdir.
Sabahınız xeyir 😐
🚇 Bakı sərnişinlərinin nəzərinə! ! !
Daha sərfəli gediş haqqı üçün Kartmane kartı ictimai nəqliyyat və ölkədaxili bütün qatar gedişləri üçün edilən ödənişlərdən 5% keşbek qazandırır!
Kartmane kartına əlavə edilmiş digər yeni keşbek növləri.
İctimai nəqliyyat-5%
Kinoteatrlar-10%
Kitab mağazaları-5%
Bərbər, gözəllik salonları, Spa-5%
Kart sifarişi üçün
https://rbt.az/km-azeuni
#Rabitəbank #Üstünlüklərləyaşa #Kartmane
👨🏻🎓Tələbə deyir:
"Gənclər günü" münasibəti ilə gənclərin önünü kəsən bütün qocaların Allah həmin gənclərə möhtac etsin, qollarından sistem, ciblərindən dərman əskik olmasın.
📣Azərbaycanın ən dəyərli insan kapitalları:
O, 2009-cu ildə 638 balla ATU-ya qəbul olub,
🗣️Bakalavr pilləsini bitirdikdən sonra bir neçə nüfuzlu xarici universitetə o cümlədən Kopenhagen Universitetinə qəbul aldı .Lakin maliyyə dəstəyi olmadığı üçün həmin universitetlərdə təhsil ala bilməyib.
👨🏻🎓2015-ci ildə Azərbaycan Tibb Universitetindən məzun olan Elnur Nəsibli 5 il sonra heç bir kursda hazırlaşmadan 95 bal yığaraq ÖLKƏ BİRİNCİSİ oldu.✅
👨🏻🎓2022-də Əczaçılığın təşkili ixtisasını 100 ortalama ilə Qırmızı diplomla bitirib.
Uğurlar arzulayırıq❗
Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərər çəkənlərə humanitar yardım göstərmək istəyən ölkə vətəndaşlarına müraciət edib.
▪️Qurbanların daha çox qış geyimləri, o cümlədən pencək, şalvar, əlcək, corab lazımdır. Bundan əlavə, çətin vəziyyətə düşən insanlara çadır, çarpayı, adyal, döşək, fənər, generator, portativ şarj cihazları lazımdır.
▪️Yardım Bakı şəhəri, Babək prospekti, 27 ünvanında yerləşən Doğtaş mebel mağazasında toplanır.
📣Bütün universitet tələbələrinin nəzərinə: qrup, patok halında yardımlar edərkən bunu qısa video halına gətirib bizə göndərin.
❗Türkiyə Universitetlərində 26.700 azərbaycanlı tələbə təhsil alır.
‼️✍️ Fəlakət zonasında olan və xilas olmuş tələbələrlə təmasdayıq.
🗣️Adminlərdən:
📣Təqaüdlərin gecikdirilməsi ilə bağlı xeyli şikayət daxil olub.
Əziz universitet rəhbərlikləri, avtobus, metro qiymət artımının fonunda tələbələrin yanında olmanızı, təqaüdləri vaxtlı-vaxtında ödəməyi rica edirik.
ADA Universitetində rektor Hafiz Paşayevlə qrossmeysterimiz Teymur Rəcəbov şahmat oynayıb. 🙂
Читать полностью…Yanındayıq, Türkiyə! 🇦🇿🇹🇷
#BDU #BakuStateUniversity #BakıDövlətUniversiteti #Tələbə #Education #Təhsil #Baku #Turkish #Azerbaijan
XIII əsr Azərbaycan şairi İzəddin Həsənoğlunun İrandakı məzarı dağıdılıb
Читать полностью…"Gənc müəllimlər" layihəsinin növbəti qonağı Səbuhi Quliyev
👶🏻28.03.1998-ci ildə Ağcabədi rayonu Rəncbərlər kəndində anadan olub.
👨🏻🎓2015-ci ildə Rəncbərlər kənd tam orta məktəbi fərqlənmə attestatı ilə başa vuraraq, 619 bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub,
🔴2019-cu ildə qırmızı diplomla bitirib.✅
👨🏻🎓2019-2021 illərdə UTECA İnformasiya Texnologiyaları ve Telekommunikasiya sistemləri mühəndisliyi ixtisası üzrə magistr pilləsinə yiyələnən Səbuhi,
🔴Magistr pilləsinidə qırmızı diplomla bitirib.✅
📚O, 1 elmi məqalə, 2 tezis müəllifidir.
🏢2022-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi flialında pedaqoji fəaliyyətinə start verib.
Uğurlar diləyirik ❗
✍️Gənclər üçün Prezident mükafatçılardan daha biri - Şahin Xəlilov.
❗Azərbaycan Texniki Universiteti SABAH qruplarının 2017-ci il məzunu. Kompüter mühəndisliyi ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
‼️Təhsil aldığı müddətdə Azercell təqaüd proqramının, “SEEDS FOR THE FUTURE” Proqramının qalibi olmuşdur.
‼️Yaratdığı "Wake me up " komandası ilə birlikdə "Ağıllı eynək" startapı ilə bir çox uğurlar qazanmışdır.
‼️Şahin magistr təhsilini Çində "Computer engineering" ixtisası ilə davam etdirib.
Təbriklər!
❗✍️2023-cü il Gənclər üçün Prezident mükafatçılarından daha biri - Günay İmanzadə
‼️🎓 Bakı Dövlət Universitetinin 2017-ci ildə Kimya ixtisası üzrə (ingilis bölməsi) SABAH qruplarını bitirib.
‼️İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müsabiqəsində "İlin İKT sahibkarı" seçilib.
‼️🇦🇿 Bakıda ötən il keçirilmiş "Texnofest-2022" müsabiqəsinin qalibi olub.
Təbrik edirik!
ADPU yanvar ayının təqaüdünü ödədi.
Xeyirli olsun ❗
❗Baş Prokurorluqdan RƏSMİ məlumat!
❌Tələbələrdən rüşvət alan Aqrar Universitetinin dekanı saxlanılıb.
‼️Onun rəhbərlik etdiyi fakültənin bəzi tələblərinin dərslərdə iştirak etməməsi və imtahanlarda məqbul qiymətlər yazılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. O, vəzifədən kənarlaşdırılıb və barəsində ev dustaqlığı seçilib.
❗Naxçıvan Universitetinin yeni rektoru Anar Kazımov təyin edildi.
❌ Əvvəlki rektor Nurlana Əliyeva isə prorektor kimi işinə davam edəcək.
📣 Azərbaycanın Ən Gənc alimlərindən biri Səmədova Validə
👶18.10.1990-cı ildə anadan olub.
🎓2012-ci il Xəzər universitetinin “İngilis dili və ədəbiyyatı” ixtisasını fərqlənmə diplomu ilə bitirib.
🎓2015-ci il “Dilşünaslıq” (İngilis dili üzrə) ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib.
🎓2016-cı il doktorantura pilləsinin “German dilləri” ixtisasına daxil olub. 2022-ci ildə elmi dərəcəyə yiyələnib.
🏢2012-ci ildən Xəzər Universiteti, Humanitar və Sosial elmlər fakültəsi dekanlığında laborant, baş laborant, dekan köməkçisi vəzifələrində çalışıb.
🏢2017-2019-cu illər ərzində isə Humanitar və Sosial elmlər fakültəsinin dekanlığında dekan müavini vəzifəsində çalışıb.
🏢2015-ci ildən müxtəlif Universitetlərdə müəllim kimi fəaliyyət göstərməkdədir.
📚45 elmi məqalə (yerli və xarici jurnallarda), 10 tezis (yerli və xarici konfranslarda), 1 kitab (Alminayada çap edilib) müəllifidir.
📚Beynəlxalq dərəcəli IGCSE və SAT English sertifikatlarının sahibidir.
🏢Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tərkibində olan “Pedaqogika” jurnalının məsul katibi və “Xarici dillər” bölməsinin rəhbəridir.
🎓5708.01-German dilləri ixtisasında filologiya elmləri elm sahəsi üzrə fəlsəfə doktorudur.
Uğurlar arzu edirik❗
🗣️Məleykə Abbaszadə: Buraxılış imtahanlarını kompüterlə keçirmək gələcək 5 ildə mümkün olmayacaq.
Читать полностью…Möhtəşəm xəbər!
❗🇦🇿🇺🇲 BANM-ın ABŞ-da təhsilini davam etdirən məzunu dünyaca məşhur Linux əməliyyat sistemində 2 kritik xəta aşkarlayıb.
‼️Bakı Ali Neft Məktəbinin 2022-ci il məzunu və hazırda Mərkəzi Florida Universitetində Kibertəhlükəsizlik üzrə doktorantura təhsili alan Sənan Həsənov cəmi 5 ayda yazdığı proqram vasitəsilə Linux əməliyyat sistemində 2 kritik boşluq tapıb. Sənan Həsənovun adı verilən reportlara görə, Mərkəzi Florida Universitetinin rəhbərliyi, kibertəhlükəsizlik laboratoriyası və Linux proqramçıları təşəkkür və təbriklərini çatdırıb.
💰💥Qeyd edək ki, Sənan Həsənov Bakı Ali Neft Məktəbinin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasından birbaşa illik 100.000 dollardan çox təqaüd alaraq birbaşa doktorantura pilləsinə qəbul almışdı.
🇦🇿Qürur duyuruq!