Ölkənin İLK, ƏN BÖYÜK və ƏSAS təhsil səhifəsi! Müəllif hüquqları qorunur! © #eduaz #azerbaycanuniversitetleri Kanalda reklam: 055 814 10 81 (wp)
Xatirəsi ağ-qara şəkillər olan son nəsil bizik.
#nostalji
Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan uşaqlardan biri iddia edir :
“Uşaq evinə gələn ərzağı aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar”.
O qeyd edib ki, direktor onun ömürlük psixi sağlamlıq mərkəzinə yerləşdirilməsi üçün polis bölməsinə müraciət edib və telefonunu əlindən alıb.
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı süi-qəsd olub. O, evinin qarşısında güllələnib. 2 güllə yarası alıb.
Parlamentdə təhsil problemlərini tez-tez dilə gətirən Fazil bəyə şəfalar diləyirik!
İfaları bütün gənclərin, tələbələrin qəlbini fəth etmiş ifaçıların ən çox gözlənilən konserti!
21 may Elektra Events Hall-da baş tutacaq MadTeen, Rəssam və Barss'ın "Mən istədim" adlı ilk solo konsertinə hər birinizi dəvət edirik.
Biletləri iticket.az saytından əldə edə bilərsiniz.
Bilet al: bit.ly/3M0kDuM
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmədən müvafiq ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavrların ərizələrinin qəbulu aprel ayının sonu may ayının əvvəlində internet vasitəsilə aparılacaq. Konkret tarixlər müəyyən olunan kimi məlumat veriləcək.
Читать полностью…Bu gün Azərbaycanda Elm Günüdür.
🛑“Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, 2023-ci ilin ilk 3 ayı ərzində BDU-nun Hirş indeksi artaraq 56 olub.
🛑Hər bir əsərə istinadların orta sayı 6.81-ə qədər yüksəlib.
🛑BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 3761 elmi əsər nəşr edilib.
🛑Bu əsərlərə 25629 dəfə istinad edilib.
🛑Təkcə 2022-ci ildə “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 254 əsər (2022-ci il üzrə yekun nəticələr tam deyil, 2023-cü ilin ilk yarımilliyində tamamlanacaq) nəşr edilib və nəşr edilən əsərlərə 5603 dəfə istinad olunub ki, bu da 2018-ci ildə edilən istinadların sayından 2.5 dəfə çoxdur.
❗Qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan Universitetləri arasında yenə liderdir.
❗Bütün qruplara yeni ixtisaslar əlavə olunub.
Читать полностью…9 günlük bayram tətilinin sonuncu günü. 🙂
Sabahdan dərslər davam edəcək.
🛑Azərbaycanın ən şərəfli insan kapitalları!
📌Bu gün 17 il şərəfli xidmət həyatı keçən "Qoca Canavar" ləqəbli Pəncəli Teymurovun doğum günüdür.
❗2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçən Pəncəli, 20 erməni əsgərinin olduğu maşını partladaraq onların hamısını məhv edir.
❗Ermənilərə göz dağı olan Pəncəlinin başına bir milyard dram qoyulsa da, heç kəs onun nə ölüsünü nə də dirisini əldə edə bilmir.
‼️2016-cı ilin aprel döyüşlərinin ilk günü Pəncəli öz döyüş yoldaşları ilə erməni təxribatının qarşısını almağa yola düşür. Düşmənə qan udduran Pəncəli, ermənilərin bir neçə canlı qüvvəsini və texnikasını məhv edir. Mühasirəyə düşən Pəncəli Teymurov, əsir düşməmək üçün son damla qanına kimi, döyüşür. Komandiri ilə şəhid olan Pəncəlinin nəşi bir neçə gün erməni tərəfində qalsa da, aprelin 10-da onun nəşi alınaraq doğulduğu Astara rayonuna gətirilir.
Ruhu şad olsun!
QÜRURLA ANIRIQ!
📌Daha bir TARİXİ AN!
❗Azərbaycan Universitetləri üzrə dünya reytinqində ən yaxşı göstəricidə olan universitetimiz!
🛑Azərbaycan Dillər Universiteti müasir dillər üzrə QS reytinqində 301-340-cı yerlərində qərarlaşıb.
‼️Bildirək ki, QS sahələr üzrə dünya universitetlərinin reytinqi 5 kateqoriyada qruplaşdırılmış 54 sahəni əhatə edir. Reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq) nəzərə alınır.
TƏBRİKLƏR, ADU!
❗Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "kino və dram rejissorluğu" fakültəsinin 1992-ci il məzunu, tanınmış rejissor, əməkdar mədəniyyət işçisi Oqtay Əliyev bu gün Bakı-Sumqayıt yolunun Saray qəsəbəsi ərazisində yol qəzasında faciəvi şəkildə dünyasını dəyişdi.
📌Oqtay Əliyev müasir televiziyanın tarixində bir çox layihələrlə ilklərə imza atan bir şəxs olub.
‼️Ruhu şad olsun!
❗Sumqayıt Dövlət Universitetinin Fizika fakültəsinin I kurs tələbəsi Şirinzadə Allahverdi dünən Tərtərdə ehtiyatsızlıqdan dərəyə yuvarlanıb və başından ağır zərbə alaraq dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Dostlar, tətil necə gedir?
PS: magistraturaya qəbul imtahanına hazırlaşanlar xaric🙂
Uçmağa hazırsan? 🚀
Möhkəm ol, çünki populyar Zeppelin oyunu artıq Misli_az-dadır! Zeppelin uçacaq, sən isə həm əylənəcək, həm də qazanma şansı əldə edəcəksən! 🤑
Aşağıdakı linkə kliklə və oyna! 😉
✅ Bu linkdən daxil olun: http://bit.ly/3Tx06zy
📞 *2080
Misli_az kanalına abunə ol və yeniliklərdən xəbərdar ol!
➡️ t.me/misliaz
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın əmri ilə, Təhsil-2 fakültəsinin üçüncü kurs tələbəsi Jalə Eyvazova oxuduğu fakültənin ictimai əsaslarla dekan müavini təyin olunub.
Читать полностью…SDU mart ayının təqaüdünü ödədi.
Xeyirli olsun ❗
SDU mart ayının təqaüdü ən geci sabah günortaya kimi hesablara yükləyəcək
Читать полностью…Ölkənin ən gənc dosentlərindən biri!
27 yaşında filologiya üzrə fəlsəfə doktoru, 32 yaşında isə dosent elmi adını alan Mehman Həsənli❗
👶🏻1989-cu ildə Bakı şəhərində anadan olub.
🎓Bakı Dövlət Universitetinin Filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr,
🎓 həmin fakültəni Türk xalqları ədəbiyyatı istiqaməti üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirib.✅
🎓 2014-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna Türk xalqları ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olub və 2017-ci ildə müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərcəsinə yiyələnib.
🎓2021-ci ildə dosent elmi adını alıb.
📚3 monoqrafiya, 2 tərtib, 2 tərcümə kitabının, 70-dən çox elmi və 30-dan çox publisistik məqalənin müəllifidir.
🏢Hazırda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktorudur.
Uğurlar diləyirik ❗
Peşə Təhsili üzrə Dövlət Agentliyində yoxlama aparılıb, materiallar Baş Prokurorluğa göndərilib
Читать полностью…"ABŞ-ın Stenford Universitetinin dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısında 12 Azərbaycan alimi yer alıb."
- Professor Məhəmməd Babanlı
Martın 24-də Bakı şəhər Dənizkənarı Milli Parkda özünü dənizə ataraq intihar edən Lənkəran rayon sakini 50 yaşlı Rəhimov Rasim coğrafiya müəllimi olub.
O, xeyli vaxt Lənkəranda pedaqoji fəaliyyət göstərdikdən sonra paytaxta köçərək hazırlıq kursunda çalışırmış.
Faktla bağlı araşdırmalar davam etdirilir
"İmtahan sessiyası nəzərə alınmadan ali təhsildə dərs ili 40 həftədən ibarətdir. Tədris planı da məhz 40 həftə üçün nəzərdə tutulur. Reallıqda 40 həftəlik dərs ili ərzində qeyri iş günü olan bayramlar olduğu üçün faktiki dərs ili 40 həftədən az olur. Məsələn, 2022/2023-cü tədris ilində qeyri iş günü olan bayramların sayı 12 gün və ya 2,4 həftədir. Başqa sözlə nəzərdə tutulmuş 40 həftəlik dərs ili faktiki olaraq 37,6 həftədir. Həmin 2,4 bayram həftəsi üçün nəzərdə tutulmuş mövzular üzrə dərslər ən yaxşı halda faktiki olaraq 37,6 həftəlik dərslərlə birləşdirməklə "tədris olunur". Başqa sözlə, "40 həftəlik plan vaxtından əvvəl, yəni 37,6 həftədə yerinə yetirilir". Bu yanaşmanın təhsilin keyfiyyətinə mənfi təsiri bəllidir. Nə etməli?
1. Akademik -təqvim plan universitetlər tərəfindən sərbəst olaraq təsdiqlənə bilər. Yəni, 40 həftəlik dərs ilinin başlama və bitmə müddəti bayram günləri nəzərə alınmaqla müəyyən edilə bilər. Belə olduğu halda, dərs ili qeyri iş günləri nəzərə alınmadan 40 həftə müəyyən edilə bilər.
2. Dərs ili faktiki dərs ili kimi müəyyən edilsin. Belə olduğu halda, faktiki dərs ili 40 həftə deyil, faktiki dərs günləri qədər, yəni bayram günləri çıxmaqla 40 həftədən az (məsələn, cari tədris ilində olduğu kimi 37,6 həftə) müəyyən edilə bilər və tədris planları da buna uyğun olaraq ixtisar edilə bilər.
Həftəlik dərs yükünün artırılması da arzuolunmayan variantlar sırasındadır.
Beləliklə, təhsil hesabına bayram etmək yanaşmasına son qoymaq vaxtıdır! Təhsili bayrama çevirmək daha yaxşı variantdır!"
- UNEC rektoru Ədalət Muradov
KİV: Azərbaycan ordusu Laçın dəhlizindən şimalda yerləşən yolları (Xankəndi-Kosalar-Mirzələr-Turşsu, Xankəndi-Xəlfəli-Turşsu) nəzarətə götürüb
Читать полностью…📌❗Beynəlxalq Unirank reytinq agentliyi 2023-cü il üzrə Azərbaycan Universitetlərinin reytinq sıralamasını dərc edib.
1. ADA Universiteti
2. Xəzər Universiteti
3. UNEC
4. Bakı Dövlət Universiteti
5. Azərbaycan Texniki Universiteti
6. Naxçıvan Dövlət Universiteti
7. Bakı Mühəndislik Universiteti
8. Azərbaycan Memarlıq ve Inşaat Universiteti
9. Azərbaycan Tibb Universiteti
10. Azərbaycan Dillər Universiteti
11. Qərbi Kaspi Universiteti
12. Azərbaycan Dövlət Aqrar Universiteti
13. Azərbaycan Dövlət Neft ve Sənaye Universiteti
14. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı
15. Bakı Ali Neft Məktəbi
16. Bakı Slavyan Universiteti
17. Lənkəran Dövlət Universiteti
18. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
19. Azərbaycan Universiteti
20. Bakı Biznes Universiteti
21. Azərbaycan Turizm ve Menecment Universiteti
22. Odlar Yurdu Universiteti
23. Dövlət İdarəçilik Akademiyası
24. Azərbaycan Dövlət Pedaqoji Universiteti
25. Gəncə Dövlət Universiteti
26. İdman Akademiyası
27. Sumqayıt Dövlət Universiteti
28. Bakı Musiqi Akademiyası
29. Milli Aviasiya Akademiyasi
30. Azərbaycan Dövlət Dəniz Akademiyası
31. Azərbaycan Texnologiya Universiteti
32. Mingəçevir Dövlət Universiteti
33. Azərbaycan Milli Konservatoriyası
34. Naxçıvan Universiteti
35. Bakı Avrasiya Universiteti
36. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
37. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı
38. Azərbaycan Dövlət Ressamlıq Akademiyası
39. Naxçıvan Müəllimlər İnstitutu
40. Bakı Qızlar Universiteti
41. Bakı İslam Universiteti.
‼️Ölçü meyarı:
Elm və Təhsil Nazirliyi tərəfindən nizamnamə, lisenziya və ya akkreditasiyaya malik olmaq;
Ən azı 4 illik bakalavr və ya aspirantura dərəcələri (magistr və ya doktorluq dərəcələri) təklif edən;
Tədrisin əsasən ənənəvi, üz-üzə, distant olmayan təhsil formatında aparılması.
✍️Adminlərdən:
🛑Şirkətin bizim universitetlərin hazırki vəziyyətindən çox gümanki xəbəri yoxdur. Fəaliyyəti davam edən Azərbaycan Kooperasiya Universitetini, Azərbaycan İlahiyyat İnstitutunu siyahıya salmayıb. Əvəzinə bir neçə ildir fəaliyyət göstərməyən Bakı İslam Universitetini siyahıya salıb.
🛑Ölçü meyarları isə biabırçılıqdır. Çünki nəinki Azərbaycanda, dünyada olan bütün universitetlər bu meyarlara uyğundur. Bu meyarlarda gözəyarı reytinq siyahısı düzəltməyə ehtiyac yoxdur.
Bu gündən 11 ayın sultanı - Ramazan ayı başlayır.
Читать полностью…🛑TARİXİ HADİSƏ!
❗İqtisad Universiteti (UNEC) QS dünya universitetlərinin reytinq cədvəlində irəliləyərək 501-530-cu yerdə qərarlaşdı❗
‼️QS bu gün sahələr üzrə reytinqini açıqladı. UNEC ilk dəfə olaraq İqtisadiyyat və Ekonometriya üzrə dünyada ən yaxşı 501-530 univetsitetlər qrupuna yüksəldi.
📌Bu nəticə dünyada 2016-2020-ci illərdə dərc olunmuş 16,4 milyon məqalələrin, 2016-2021-ci illərdə 117,6 milyon istinadların QS tərəfindən təhlili nəticəsində müəyyən edilmişdir.
✍️Qiymətləndirmə zamanı, 2018-2022-ci illərdə dünya üzrə 151 000 elm adamlarının və 99 000-dən çox global işəgötürənlərin səsi nəzərə alınmışdır.
TƏBRİKLƏR, UNEC!
📌ABŞ-da yerləşən “Harvey Mudd College”də illik təhsil haqqı orta hesabla 79500 dollardır. Bizim pulla 135 min manat edir.
Burada təhsilin bu qədər baha olma səbəbi universitetin uğurlu statistikaları və ən yaxşı mühəndislik proqramına sahib olmasıdır.
“Harvey Mudd College” mədən mühəndisi Harvey Muddun adını daşıyır.
✅ İstinad: Casita/com
✅ Hazırladı: Albert Eynişeydi
#mühəndislik #universitet #ənbahalı #dünya #təhsil
⚡Azərbaycanda son 3 ildə 80 elmi işin plagiat olduğu üzə çıxıb
Читать полностью…📌Bu günə möhtəşəm xəbər paylaşmalıydıq!
❗11-ci sinif şagirdimiz dünya reytinqinin 6-cı universitetinə qəbul aldı!
‼️Fizika fənni üzrə dəfələrlə milli və beynəlxalq olimpiadalar qalibi, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi SADİQ SADIXZADƏ dünya reytinqində 6-cı olan London İmperial Kollecinə qəbul aldı.
TƏBRİKLƏR! FƏXR EDİRİK!