uniaze | Unsorted

Telegram-канал uniaze - Azərbaycan Universitetləri

32216

Ölkənin İLK, ƏN BÖYÜK və ƏSAS təhsil səhifəsi! Müəllif hüquqları qorunur! © #eduaz #azerbaycanuniversitetleri Kanalda reklam: 055 814 10 81 (wp)

Subscribe to a channel

Azərbaycan Universitetləri

BDU iyul ayının təqaüdünü ödədi.
Xeyirli olsun ❗

Читать полностью…

Azərbaycan Universitetləri

Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbdə 100 min manatdan artıq mənimsəmə aşkarlanıb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılır

Читать полностью…

Azərbaycan Universitetləri

❗MİQ nəticələri açıqlandı.

2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərildi. 26-31 iyul tarixlərində keçirilmiş vakansiya seçimində 5619 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə etmişdir.

Читать полностью…

Azərbaycan Universitetləri

📣QARŞILAYIN!

🇦🇿🇺🇲 ABŞ və Avropanın 23 universitetindən təqaüdlə qəbul alan Əli Məmmədov.

🇺🇲Onun seçimi ABŞ-nin University of Wisonsin-Madison oldu. O, bu universitetdə magistr təhsili alacaq ilk azərbaycanlı oldu.

🎓Əli ADA Universitetinin məzunudur.

🚨O, həm də Xaricdə Təhsil üzrə Dövlət Proqramının qaliblərindən biridir. Təbriklər!

Читать полностью…

Azərbaycan Universitetləri

1️⃣Bu gün magistratura pilləsinə qəbul olan şəxslərin qeydiyyatı başa çatır.

2️⃣Bu gün transfer pəncərəsi bağlanır.

Читать полностью…

Azərbaycan Universitetləri

Kolleclərə ixtisas seçimi başlayıb
son tarix: avqustun 7-si saat 23:59

Читать полностью…

Azərbaycan Universitetləri

📌“2022-2026-cı illər üçün Dövlət Proqramı”-nın ilk məzunlarından biri Leyla Tahirzadədir.

📣O, İstanbul Universitetindən “Səhm bazarlarında sürü davranışının müəyyən olunması” adlı diplom işini müdafiə edərək məzun oldu.

🎓Leyla Tahirzadə Bakalavr təhsilini UNEC-in Türk Dünyası İqtisad Faküktəsində (TUDİFAK) alıb. Təbriklər!

Читать полностью…

Azərbaycan Universitetləri

İmtahandan keçəndən sonra əzbərlədiyim testlərin yadımdan çıxma müddəti MİDA-nın evləri satma müddəti qədərdir.

Читать полностью…

Azərbaycan Universitetləri

"Bu gün dövlət ali məktəbə büdcə xətti üzrə köməklik etmir. Universitetlərə maliyyə dövlət sifarişinə ayrılan yerlərə görə olunur. Bir də ödənişli təhsildən daxil maliyyə gəliri var. ADPU-nun builki qəbul planı 2500 nəfərdir, ötən il isə 2470 idi. Təhsil haqqı 2019-cu ildən sonra sabitləşib: 2.000 manatdır. Bunu artırmağı hələ ki düşünmürük. Amma Dövlət sifarişi üzrə bir tələbəyə görə ödənilən ödəniş 2000 min deyil, 1750 manatdır. Deməli, dövlət sifarişi ilə oxuyan hər bir tələbəyə görə, 250 manat itiririk."

- ADPU-nun prorektoru Eldar Aslanov

Читать полностью…

Azərbaycan Universitetləri

AzTU-da külək qurğuları quraşdırılıb.👍🏻

Читать полностью…

Azərbaycan Universitetləri

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gəncə şəhər təşkilatının sədri Bəxtiyar Yusubovla partiyanın fəal üzvü Ramiz Abdullayev arasında əlbəyaxa dava olması barədə məlumat yayılıb.

• Bildirilir ki, Bəxtiyar Yusubov Ramiz Abdullayevə 2000 manat faizə borc pul vermiş, lakin sonradan Ramiz ona verilən borcun AXCP üzvləri tərəfindən toplanmış vəsait olduğunu öyrənib və aralarında mübahisə düşüb.

• Məsələ ilə bağlı partiyanın fəal üzvləri tərəfindən aparılan araşdırma zamanı Bəxtiyar Yusubovun məqsədyönlü şəkildə partiya üzvləri tərəfindən toplanan pulların qeydiyyatını aparmadığı və əldə olunan vəsaitinin böyük hissəsini gizli şəkildə AXCP sədri Əli Kərimliyə ötürdüyü aşkarlanıb.

• Eyni zamanda Bəxtiyar Yusubovun anası Mehriban Rzayevanın da Gəncə şəhərində məhşur sələmçi kimi tanındığı məlum olub.

• Hazırda partiya üzvləri arasında gərginlik olduğu bildirilir

👉Ətraflı

Читать полностью…

Azərbaycan Universitetləri

👨🏻‍🏫"Gənc müəllimlər" layihəsinin növbəti qonağı Əhədov Eltac

👶🏻2 noyabr 1997-ci ildə anadan olub,
👨🏻‍🎓2014-2018 ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetin Fizika müəllimliyi təhsilini alıb,
🏢2020-ci ildə müəllimlərin işə qəbul imtahanında iştirak edərək Saatlı rayon 4 saylı tam orta məktəbində Fizika müəllimi kimi fəaliyyətə başlayan Eltac,
🏢STEAM təlimlərində iştirak edərək 2021-ci ildə həmin məktəbdə STEAM müəllimi kimi də fəaliyyətə davam edib.
🎉2022-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə SAF (STEAM Azərbaycan Festivalı) 2022-də rəhbərlik etdiyi “Balaca dronçular” komandasının “Edu Dron kateqoriyasi” Energy team nominasiyasına laiq görülmüşdür.

Uğurlar arzulayırıq ❗

Читать полностью…

Azərbaycan Universitetləri

AzMİU-da:
.
* Magistratura səviyyəsinə qəbul planı 96,6%>
* MBA proqramı üzrə magistratura səviyyəsinə qəbul planı isə 100% dolub.

Читать полностью…

Azərbaycan Universitetləri

📍“Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlərin qeydiyyatı başlayıb

Читать полностью…

Azərbaycan Universitetləri

✍️❗Prezident İlham Əliyevin fərmanı ilə, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yaradılıb.

Читать полностью…

Azərbaycan Universitetləri

Əla xəbər!

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) məzunu Xədicə Novruzlu Dövlət Proqramının qalibi olub! 🤩

O, Böyük Britaniyanın Mançester Universitetində "Quantitative Finance" ixtisası üzrə magistr təhsili alacaq!🇬🇧

Məzunumuzu təbrik edirik, təhsilində uğurlar arzulayırıq!🎉

#unec #məzun #UniversityofManchester

Читать полностью…

Azərbaycan Universitetləri

❗️Bu dəfə daha üst səviyyəli saxtakarlıq...

🇺🇸Stanford Universitetini tanıyırsız - Dünyanın ən nüfuzlu 5 universitetindən biridir. Stanford Universitetinin prezidenti Marc Tessier-Lavigne həm-müəllif olduğu 5 məqalədə tədqiqat nəticələrinin saxtalaşdırılmasına görə istefa verib.

⌛️Burada da iki məqam ortaya çıxıb:

🛑1. Hesab edilir ki, saxtakarlığı bilavasitə onun özü etməyib. Amma Professor hesab edib ki, bu hadisə Stanfordun nüfuzuna təsir edə biləcəyi üçün bundan sonra o, prezident ola bilməz. Fərdin sosial məsuliyyət nümunəsi.

🛑2. Saxtakarlığı 18 yaşlı 1-ci kurs Stanford tələbəsi aşkara çıxarıb. Güclü ictimai nəzarət mexanizminin nümunəsi.

Читать полностью…

Azərbaycan Universitetləri

AXCP-nin sonuncu qurultayında çıxış etmiş keçmiş Nəzarət-Təftiş Komissiyasının sədri Aydın Əliyevin qurultayın saxta olması, partiya nizamnaməsinin pozulması ilə sədr seçilmiş Əli Kərimlini məhkəməyə verəcəyi barədə səs yazısı yayılıb.

Aydın Əliyevin qurultaydakı çıxışına aid səs yazısında deyilir ki, qurultay tamamilə saxta sənədlər əsasında təşkil olunub. Rayon və şəhər təşkilatlarında konfranslar keçirilməyib, qurultaya nümayəndələr tapşırıq əsasında seçilib. AXCP-nin qurultayı saxtakarlıqla təşkil olunub, Əli Kərimli isə saxta yollarla sədr seçilib. Əli Kərimli alternativlərin irəli sürülməsinə mane olub, yalnız onu dəstəkləyəcək (səs verəcək) şəxslərin qurultayda iştirakını təmin edib. Eyni zamanda, qurultayda ilk dəfə olaraq səsvermənin gizli keçirilməsi də Əli Kərimlinin sədrliyə gedən yolunun ən böyük saxtakarlığı olub.

Читать полностью…

Azərbaycan Universitetləri

Magistratura səviyyəsinə qəbul olunanların qeydiyyat müddəti uzadılıb
Son tarix: 3 avqust saat 18-00

Читать полностью…

Azərbaycan Universitetləri

📝 Prezident sərəncamı: Hər il təntənəli qeyd ediləcək günlər📣

26 avqust – Laçın şəhəri günü
4 oktyabr – Cəbrayıl şəhəri günü
17 oktyabr – Füzuli şəhəri günü
20 oktyabr – Zəngilan günü
25 oktyabr – Qubadlı şəhəri günü
8 noyabr – Şuşa şəhəri günü
20 noyabr – Ağdam şəhəri günü
25 noyabr – Kəlbəcər günü.

Читать полностью…

Azərbaycan Universitetləri

2 il öncə paylaşdığımız Salyan rayonu Qarabağlı kənd Nəsimi Xəlilov adına 1 saylı tam orta məktəbin məzunları bu dəfə də fərqlənmə ilə bitiriblər

👩🏻‍🏫Ağayeva Nərmin hədəf ADA
👩🏻‍🏫Mustafayeva Mənsimə hədəf BDU
👩🏻‍🏫Dəmirov İradə hədəf BDU
👩🏻‍🏫Səlimova Nəzrin hədəf ATU

Uğurlar arzulayırıq ❗
Yeni hədəflərə doğru inamla addımlayın❗
Azərbaycan Universitetləri səhifəsi olaraq hər bir dəstəyimiz sizinlədir❗

Читать полностью…

Azərbaycan Universitetləri

🚨 Görüntülər Babək rayonu, Nehrəm kəndində çəkilib. Azyaşlıların valideynləri saxlanılıb və məsuliyyətə cəlb edilib.

Читать полностью…

Azərbaycan Universitetləri

Azərbaycanın böyük dostu Tomas Qolts vəfat edib

Amerikalı ekspert, müstəqil jurnalist və Azərbaycanın böyük dostu Tomas Qolts vəfat edib.
“Azərbaycan Gündəliyi”ni yazan və erməni işğalını təsvir edən, Azərbaycan neftinin ilk barrelini Ceyhana gətirən, Heydər Əliyevi Naxçıvanda ziyarət edərək Azərbaycanı qlobal xəritəyə salan əfsanəvi Tomas Qolts bu gün vəfat edib”, - ADA Universitetinin prorektoru Fariz İsmayılzadə məlumat verib.

Qoltz Xocalıya səfər edən və orada azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında yazan ilk xarici jurnalistlərdən biridir.

Allah rəhmət eləsin!

Читать полностью…

Azərbaycan Universitetləri

📌 UNEC Elmi Şurasının qərarı və rektor Ədalət Muradovun əmri ilə, universitetdə 4 yeni tədqiqat mərkəzi yaradıldı.

Читать полностью…

Azərbaycan Universitetləri

"Zeppelin"də rekord 675x olub. 😱 Növbəti rekordu qaçırmamaq üçün elə indi oyna! 😜🤑

📲Android və iOS

✅ Bu linkdən daxil olun: https://bit.ly/zeppelin_oyna_
📞 *2080

Ən son yeniliklərdən xəbər tutmaq üçün kanala abunə olun.

➡️ t.me/misliaz

Читать полностью…

Azərbaycan Universitetləri

❗UNEC-in Zaqatala filialının direktoru Orucəli Rzayev UNEC rektorunun əmri ilə vəzifəsindən azad edildi. Təhsilimizdə Orucəli Rzayev erası başa çatdı.

📣Hazırda UNEC-in Zaqatala filialının direktor vəzifəsinin icrası UNEC-in prorektoru Raqif Qasımova həvalə edilib.

📌40 yaşlı Raqif müəllim tələbələrin sevimli müəllimidir. Uğurlar diləyirik!

Читать полностью…

Azərbaycan Universitetləri

Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbində yol verilən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda aparılan araşdırma nəticəsində direktoru vəzifəsində işləmiş Sevda Malışova tərəfindən 2018-2021-ci illər ərzində ümumilikdə 131 min manat maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Читать полностью…

Azərbaycan Universitetləri

❕“Müharibə veteranı” adı almış şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək

Читать полностью…

Azərbaycan Universitetləri

Təhsil və Elm Nazirliyi:
Avqustun 9-da saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.

Читать полностью…

Azərbaycan Universitetləri

Bu gündən bağçalara uşaqların qəbulu başlayır.

Valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün müəssisələrə qəbulla bağlı elektron kabinet yarada biləcəklər.

Читать полностью…
Subscribe to a channel