19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
Читать полностью…⚡️⚡️Paşinyan: Tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, Azərbaycandan qaz almağa hazırıq.
Читать полностью…⚡⚡⚡İş və istirahət günlərinin yerləri dəyişdirilib
Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
🇦🇿Azərbaycanda sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olunub
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Mədəniyyət Nazirliyinə Azərbaycan Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.
💬Hikmət Hacıyev Sərsəng su anbarında görülən işlərlə bağlı Diplomatik korpusun nümayəndələrinə məlumat verib
Читать полностью…❗️COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək
Böyük ziyarətçi axının effektiv şəkildə idarə edilməsi, eləcə də konfrans tarixlərində paytaxtda qonaqların və şəhər sakinlərinin rahat hərəkətinin təmin edilməsi məqsədilə icrası planlaşdırılan tədbirlər çərçivəsində Bakı şəhərinin bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqlarının salınmasına başlanılıb.
COP29 loqosunu əks etdirməklə işarələnən bu zolaqlar sürətli və fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə tədbir nəqliyyatı üçün ayrılıb.
Konfrans zamanı həmin zolaqlardan yalnız ictimai nəqliyyat vasitələri və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələri istifadə edəcək. Konfransa qədər müvafiq yol nişanları quraşdırılmayan zolaqlardan bütün nəqliyyat vasitələri istifadə edə bilər.
Təyin olunacaq əhatəli nəqliyyat marşrutları üzrə tədbir əməliyyatlarının səmərəli təşkili üçün yüzlərlə taksi və 400-ə yaxın avtobus, o cümlədən ekspress ictimai avtobuslar, xüsusi “konfrans avtobusları” və “hava limanı avtobusları”nın hərəkəti təşkil edilərək müntəzəm sərnişindaşıma xidməti icra olunacaq.
Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev həbs edilib. İ. Mustafayev xüsusilə külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilir. (Report)
Читать полностью…❗Balakəndə polis və sərhədçilər əməliyyatlar keçirib - 3 narkotik plantasiyası aşkar edilib, 5 nəfər saxlanılıb
Balakən rayonunda polis əməkdaşları sərhədçilərlə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.
Yüksək dağlıq ərazilərdə həyata keçirilən əməliyyatlar zamanı 3 narkotik plantasiyası aşkar edilib. Çətənə kollarını əkən 5 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan 290 ədəd çətənə kolu “Kalaşnikov” avtomatı, daraq, patronlar və ov tüfəngləri aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər çətənə kollarını qazanc əldə etmək məqsədilə əkdiklərini və aqrotexniki qulluq göstərdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qarabağ Universitetinin tələbələrinin Xankəndiyə gəlişi sentyabrın 22-dək davam edəcək.
Bu barədə universitet məlumat yayıb.
Qeyd olunub ki, tələbələrin Xankəndiyə gəliş prosesi artıq başlayıb: "Ötən gündən tələbələrin işçi qrupu tərəfindən qeydiyyatı və yataqxanaya yerləşdirilməsi prosesi həyata keçirilir. Bundan əlavə, tələbələrin Xankəndi şəhəri və universitetlə tanışlığı üçün infotur təşkil olunub. Tələbələrin Xankəndiyə gəliş prosesi mərhələli şəkildə sentyabrın 22-dək davam edəcək".
🇦🇿❗️Bu gün Azərbaycanın “Antiter*or tədbirləri”ni başlatdığı günün 1 ili tamam olur.
Silahlı toqquşma zamanı Quru Qoşunlarının, Xüsusi Təyinatlı Qüvvələrin, Komando Briqadalarının, DİN Daxili Qoşunlarının, Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları şəhid olmuşdur. Hərbi qulluqçuların 203-ü hərbi əməliyyatlar zamanı, 2-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur.
Şəhid olanların 39-u zabit, 23-ü gizir, 23-ü çavuş, digərləri isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan əsgərlər və sıravi əsgər (çağırışçı) idilər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib
Sentyabrın 18-də Bakının Nərimanov rayonunda yeni inşa edilən “Kəpənək” uşaq bağçasının açılışı olub.
Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
"Kəpənək" məktəbəqədər təhsil müəssisəsinin direktoru Yuliya Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya bağça barədə məlumat verib.
Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsinin əsas missiyası uşaqların həm akademik, həm də sosial-emosional inkişafı üçün geniş imkanlar yaratmaq və uşaqların məktəb mühitinə rahat inteqrasiyasına dəstək göstərməkdir.
🗓Noyabr ayında ardıcıl 6 gün iş olmayacaq
Noyabrın 9-u şənbə gününə düşdüyündən Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, noyabrın 11-i də qeyri-iş günü olacaq.
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
Bununla da noyabr ayında ardıcıl olaraq 6 gün (8, 9, 10, 11, 12 və 13 noyabr) iş olmayacaq.
Növbəti iş günü isə noyabrın 14-də olacaq.
⚡Paşinyan: Ermənistan tərəfindən Bakıda keçiriləcək COP29-da iştirakla bağlı hələlik yekun qərar yoxdur
Читать полностью…‼️ I Qarabağ müharibəsinin daha dörd itkin şəhidi dəfn ediləcək
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhid dəfn olunacaq.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
🏊♂️Tanınmış səyyahlar - britaniyalı Karl Buşbi və amerikalı Anjela Maksvel Qazaxıstanın Aktau şəhəri yaxınlığındakı sahildən üzərək Bakıya gəliblər.
Hər iki səyyah Azərbaycana çatmaq üçün 288 kilometr məsafə qət edib.
Qarabağ Universitetinin ilk tələbələri artıq Xankəndidə
#QarabağUniversiteti #KarabakhUniversity
🚇"Dərnəgül"də qatarlar arasında 9 dəqiqəlik intervalla bağlı açıqlama
Bu gün səhər saatlarında Bakı Metropoliteninin "Dərnəgül" stansiyasından "Azadlıq prospekti" stansiyası istiqamətində gələn qatarlar arasında interval 9 dəqiqəyə çatıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, qeyd olunan stansiyada intervalın bu qədər artması sərnişin sıxlığının azaldılması üçün qatar manevrlərindən istifadə ilə bağlıdır:
"Metropolitendə səhər tezdən gur saatlarda texniki cəhətdən mümkün ən sıx intervallar təyin edildiyindən, sərnişin sıxlığının tənzimlənməsi üçün qatarların manevrlərindən istifadə olunur. Bu isə o deməkdir ki, bir istiqamətdə "Memar Əcəmi" stansiyasından, digər istiqamətdə isə "Neftçilər" stansiyasından bir qatar geri qaytarılır. Bu bir qatarın geri qayıtması nəticəsində metronun əsas stansiyaları olan "20 Yanvar" və "Koroğlu"nun sərnişin yükü azaldılır. Bu səbəbdən bir saat ərzində bir dəfə dediyimiz istiqamətdə "Dərnəgül"dən "Memar Əcəmi"yə qədər və ya "Memar Əcəmi"dən "Dərnəgül" istiqamətində intervalın iki dəfə artıq olması mümkündür. Eyni hal "Neftçilər" - "Həzi Aslanov" stansiyaları istiqamətinə də aiddir. Eyni zamanda, "Neftçilər" istiqamətindən gələndə belə hallarda "Həzi Aslanov" stansiyasından dalbadal eyni istiqamətdə gedən 3 qatar görmək olar"
🇷🇺 Keçmiş vəkil Elman Paşayev Moskvada dələduzluq işi ilə bağlı saxlanılıb. O, Aleksey və Yelena Blinovskiləri pul müqabilində vergidən yayındıqlarına görə cinayət məsuliyyətindən azad edəcəyinə söz verib.
Paşayevi dələduzluq ittihamı ilə 10 ilədək həbs cəzası gözləyir.