Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs saxlanılıb.
Türkiyə Respublikasının vətəndaşı 37 yaşlı Mustafa Kılıçoğlu sərxoş vəziyyətdə tanışına məxsus “Mersedes” markalı avtomobili zor tətbiq etməklə qaçıraraq stadion ərazisində mühafizə hasarına vurmaqla xuliqanlıq hərəkətləri törədib.
Fakta görə polis idarəsində cinayət işi başlanılaraq M.Kılıçoğlu həbs edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.
🚨❌ Deputat Aqil Abbasın oğlu vəzifəsindən azad edilib.
Aqil Abbasın oğlu Tuncay Abbas Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi vəzifəsindən azad edilib.
O, fəaliyyətini Dövlət Sərhəd Xidmətində davam etdirəcək.
“Apple" Azərbaycanda “Apple Distribution International Limited” şirkəti olaraq dövlət qeydiyyatından keçib və vergi uçotuna alınıb.
Bununla da vətəndaşların "Apple"a ödənişi zamanı ƏDV geri qaytarılmayacaq.
🩺Gələn il onkoloji xəstələrə xidmətlə bağlı dövlət büdcəsindən 60,4 milyon manat ayrılacaq .
Читать полностью…❗️İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb
Onun otel pəncələrindən yaxınlıqda görünən Hərbi Qənimətlər Parkında və Zəfər Tağında Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşan Vətən müharibəsi və antitterror əməliyyatı ilə “Böyük Ermənistan mifi”nin necə məhv olmasını ürək ağrısı ilə izlədiyi, otelin belə yerdə seçiminə görə köməkçilərini sərt danladığı da bildirilir.
Peloninin hava işıqlanmamış - səhərəyaxın oteli xəlvət tərk edərək birbaşa hava limanına gəldiyi, xüsusi çarter reysi ilə Bakını tərk etdiyi bildirilir. Beləliklə, Frank Peloninin Azərbaycana səfəri rüsvayçılıqla yadda qalıb.
Xatırladaq ki, F.Peloni ABŞ-da islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner konqresmen kimi məşhurdur. Onun fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. F.Peloni ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik edib.
| APA
"Barselona"nın prezidenti Xuan Laporta Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdi.
Читать полностью…Tərtərdə polis nəfəri - Vüsal Məmmədov xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində həyatını itirib.
Читать полностью…👰♀🤵♂100 nəfərlik toya cəmi 5 adam gəldi
ABŞ-də Oreqon vilayətində yaşayan Kalina Marie ilə həyat yoldaşı Şanenin toyunda qəribə hadisə yaşanıb.
Cütlük şad gününə 100 qonaq çağırıb. Lakin toya cəmi 5 nəfər gəlib.
Onlar oğulları ilə zala girəndə boş stulları görüb pis olublar.
Kalina ilə həyat yoldaşı Şane bu toy üçün 10 ay hazırlıq görüb.
Onlar 75-dən artıq qonağa rəqəmsal dəvətnamə, 25 qonağa isə xüsusi dizaynla hazırlanmış dəvətnamə göndərilib.
❗️🇦🇿Paytaxtımıza səfər etmiş qonaqlar öz ölkələrinə məxsus fərqli və rəngarəng geyim tərzləri ilə diqqət çəkib
Читать полностью…Məscidin imamına sui-qəsddə təqsirləndirilən şəxs: “Məqsədim zərbəni boğazına vurmaq idi, öldürmək istəyirdim”
“Məşədi Dadaş” məscidinin imamına qarşı sui-qəsddə, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Elşən Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən və şahidlər ifadə verib.
Şamaxı rayonunda zəlzələ qeydə alınıb
Yerli vaxtla saat 05:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,7-ə bərabər olub.
Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.
❗️COP29 çərçivəsində 300-500 milyard dollarlıq yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Читать полностью…‼️‼️Azərbaycanın Ermənistanla şərti sərhədində müasir istehkam qurğularının qurulması təklif olunur
Читать полностью…🔈 Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Masallı rayonu Türkoba kəndində quru meyvələrin satışı ilə məşğul olan, 1985-ci il təvəllüdlü, İran vətəndaşı Pourjafar Majid Ali oğlu iki gündür işlədiyi mağazada pasportunu və mobil telefonunu qoyaraq həmin yerdən naməlum istiqamətdə gedib və geri qayıtmayıb.
Prezidentin Sərəncamları ilə:
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki Baş konsulu təyin edilib.
• Vüqar İsrayıl oğlu Qurbanov Azərbaycanın Los-Anceles şəhərindəki Baş konsulu təyin edilib.
• Zamin Məmməd oğlu Əliyev Azərbaycanın Qars şəhərindəki Baş konsulu təyin edilib.
• Fuad Süleyman oğlu Əzizov Azərbaycanın Batumi şəhərindəki Baş konsulu təyin edilib.
Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Azərbaycanda dini ayrı-seçkilik yaradan və İrana casusluqda ittiham olunan Hacı Zülfüqar Mikayılzadə Rusiyada həbs edilib.
O, Azərbaycan hüquq-mühafizə orqanlarınıən sorğusu əsasında saxlanılıb.
Hazırda onun Azərbaycana ekstradisiya olunması istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, Zülfüqar Mikayılzadə İnterpol xətti ilə axtarışda olub.
Yerli KİV
Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 280 manat olacağı nəzərdə tutulur
Читать полностью…🚌 Bu gündən Bakıda bir sıra marşrutların fəaliyyəti bərpa edilir
Söhbət 4, 2, 6, 10, 24 və 46 nömrəli müntəzəm şəhərdaxili marşrutlardan gedir.
❗️Baş nazir Əli Əsədov İspaniyanın “Barselona” futbol klubunun Prezidenti Xuan Laporta ilə görüşüb.
Читать полностью…Amerikalı videobloger Ceyk Pol və əfsanəvi boksçu Mayk Tayson arasında döyüş keçirilib.
60 yaşlı Tayson 8 raundda ayaq üstündə qalmağı bacarsa da, qarşılaşma Ceyk Polun qələbəsi ilə başa çatıb - 79:73.
Qeyd edək ki, Tayson çəki mərasimində daha ağır gəlib. O, 103,41 kq, Pol isə 102,96 kq olub.
⚡️İsrail Prezidentinin başçılığı ilə nümayəndə heyəti noyabrın 19-da Azərbaycana səfər edəcək / APA
Читать полностью…🥀Azərbaycanda tələbə dünyasını dəyişib
Qeyd olunub ki, universitetin Stomatologiya fakültəsinin III kurs tələbəsi Nərmin Kamal qızı Hüseynova vəfat edib.
Nərmin Hüseynova 2022-ci ildə Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-liseyi fərqlənmə ilə bitirib, 2022-ci ildə 597.3 balla Azərbaycan Tibb Universitetinin Stomatologiya ixtisasına dövlət sifarişi əsasında qəbul olub.