Narkotiklə dolu avtomobili evakuatorun üzərində paytaxta gətirmək istəyən dəstə üzvləri saxlanılıb
Читать полностью…⚡Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar 1 həftə iş olmayacaq.
31 dekabr, 1-2-3-4-5-6 yanvar tarixləri ölkədə qeyri-iş günü olacaq.
🇵🇱Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə çağırılıb
Görüş zamanı, Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib.
Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə alət kimi geniş şəkildə sui-istifadə olunduğu xatırlanıb.
Bu təxribatın Azərbaycan-Polşa münasibətlərinə zidd olduğu, Azərbaycanın legitim təhlükəsizlik maraqlarına təsir edən bu kimi addımlardan çəkinməyin zəruri olduğu diqqətə çatdırılıb.
🥀MN: Tovuzda yol qəzasında ölənlərdən 5 nəfəri hərbçi olub.
Noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!
Dövlət başçısının digər Sərəncamı ilə Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.
Читать полностью…Deputat Ceyhun Məmmədov qadınların pensiya yaşının aşağı endirilməsini təklif edib.
Читать полностью…8 Noyabr prospektində motosikletlə həm piyada keçidindən, həm də svetoforun qırmızı işığından keçən şəxs qəzaya səbəb olub.
Читать полностью…🇦🇿 Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.
🚇 Metronun “Həzi Aslanov” stansiyasında mərhələli yenidənqurma işlərinə başlanılır
Noyabrın 30-dan Bakı metropoliteninin Qırmızı xəttinin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinə başlanılır.
Bir neçə gün əvvəl Naxçıvan şəhərində baş vermiş zəncirvari qəzanın görüntüləri yayılıb.
Qeyd edək ki, baş vermiş qəzada 5 avtomobil toqquşub, 1 nəfər xəsarət alıb.
Sahibkarları şantaj etməkdə şübhəli bilinən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonlarında kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri barələrində rüsvayedici məlumatlar yaymaqla hədəyərək onların pul vəsaitlərini ələ keçirən bir neçə sayt rəhbəri polis əməkdaşları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
"Report"un xəbərinə görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) daxil olan çoxsaylı şikayətlər əsasında "Aztvnews.az" saytının baş direktoru Seymur Məmmədov, "Qaynar-xett.az" saytının baş direktoru Zaur Əhmədov, "Postbaku.net" xəbər saytının baş direktoru Eldəniz Mejdunov, "Aja.az" saytının baş direktoru Elvin Qurbanov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərin barələrində işgüzar nüfuzlarına təsir göstərən videoreportaj hazırlayıb mediada yaymaqla hədələyib müxtəlif məbləğlərdə pul vəsaitləri tələb ediblər.
Faktla bağlı BMCMİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq madddələri ilə başlanan cinayət işi üzrə əvvəllər məhkum olunan S.Məmmədova 32, Z.Əhmədova 24. E.Mejdunova 7, əvvəllər məhkum olunan E.Qurbanova 10 fakt üzrə ittiham elan edilməklə barələrində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanan cinayət işi aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
⚡️NK: 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilir.
Читать полностью…Fövqəladə Hallar Nazirliyinin dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib
Bu barədə nazirlikdən məlumat verilib.
Müraciətdə bildirilib ki, havaların soyuması məişətdə dəm qazı təhlükəsini daha da artırır.
❗️🥀 Tovuzda 6 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Ölənlərin arasında hərbçilərin də olduğu bildirilir.
Azad olunmuş ərazilərdə torpaqlar kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə veriləcək.
Читать полностью…Siyavuş Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib.
Читать полностью…Sahibə Qafarova Milli Məclisin iclasında deputatlara irad bildirib:
“Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, ölkə bütün uçuruma gedir. Sosial sahə ilə bağlı bu qədər işlər görülür, nəyə görə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Nə üçün bu haqda danışmırsınız?".
❗️Ayağını öpdürən "Tiktoker" Duana qiyabi həbs edildi
Bu barədə Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.
Belə ki, tiktoker Duana Quliyeva canlı yayımda olarkən bir nəfər onu söyüb. Duana onu adından tanıyıb və əvvəllər evində işləyən usta olduğunu bilib. Bu barədə o, ustanı ona tanıdan şəxsə məlumat verib. Həmin şəxs digər iki qohumu ilə birgə ustanı taparaq, Nərimanov rayonunda binalardan birinin arxasında Duana ilə görüşdürüblər. Burada usta Duanadan üzr istəyib və onun ayaqqabısından öpməyə məcbur edilib.
Hadisədən sonra usta polisə şikayət edib.
Nəticədə, Duananın barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Nərimanov Rayon Məhkəməsi Duana və digər iki nəfər barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.
💃 Rusiyada tədbirlərdən birində azərbaycanlı qızla erməni həmcinsinin üz-üzə rəqsi sosial mediada gündəm olub və birmənalı qarşılanmayıb.
Читать полностью…AMEA-nın Yüksək Texnologiyalar Parkının adı dəyişdirilərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılıb.
Читать полностью…