Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri təyin edilib
Bildirilib ki, Komissiyanın 5 üzvü Milli Məclis tərəfindən təyin edilir:
Bunlar Ziyafət Əsgərov, Arzu Nağıyev, Fərid Hacıyev, Əminə Ağazadə və Vüqar Gülməmmədovdur.
Layihə səsə qoyularaq qəbul edilib.
⚡️⚡️⚡️MEDİA: Bir sıra sosial şəbəkə istifadəçiləri tərəfindən Gəncə şəhəri ətrafında partlayış səslərinin eşidilməsi və təcili tibbi yardım maşınlarının intensiv hərəkətinin müşahidə olunması ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir və cəmiyyətdə süni ajiotaj yaratmağa yönəlmişdir.
🖥Sosial şəbəkə seqmentinə bu tipli yalan məlumatların yayılmasını və təkrar tirajlanmasını yolverilməz hesab edirik.
Gəncə ətrafındakı səslərlə bağlı - Rəsmi açıqlama
MN: Cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir:
Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.
🇦🇿⚡️ Suriyanın azad edilən şəhərində diqqətçəkən "Qarabağ" detalı
Suriyanın Mənbic şəhərinin PKK terror qruplaşmasından azad edilməsi ilə bağlı reportajda üzərinə Azərbaycan bayrağının fonunda “Qarabağ” yazılmış kofta geymiş yeniyetmə də görünüb.
İstintaq tədbirləri nəticəsində ixracdan əldə olunan 35,7 milyon manatdan artıq vəsait Azərbaycana qaytarılıb
Читать полностью…Hazırda Azərbaycanın üç xarici ölkədə Liviya və Suriyada səfirlikləri, həmçinin Ukraynanın Odessa şəhərindəki baş konsulluğu fəaliyyət göstərmir
Читать полностью…🟢Diplomatların əcnəbi ilə ailə qurduqda müvafiq qurumu məlumatlandırma müddəti müəyyənləşir
Diplomatik xidmət orqanının əməkdaşları əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə nikaha daxil olduqda bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) on iş günü müddətində məlumatlandırmalıdır.
🚌 Bu gündən Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə verilib
Читать полностью…🚇 Metronun iki stansiyasında qatar ləngiyib.
Metronun "Dərnəgül"-"Həzi Aslanov" xətti ilə hərəkət edən qatar "İnşaatçılar" və "Elmlər Akademiyası" stansiyalarında dayanıb.
Qatar "İnşaatçılar" stansiyasında 6 dəqiqə, "Elmlər Akademiyası" stansiyasında isə 3 dəqiqə ləngiyib.
❗️“Meydan TV” ilə əməkdaşlıq edən jurnalistlər Aynur Elgünəş, Natiq Cavadlı və müstəqil jurnalist Ramin Deko da 4 ay müddətinə həbs edilib.
Читать полностью…‼Ötən gün Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisələrin birinə məxsus texniki anbarda kiçik yanğın olub, xəsarət alan olmayıb. Araşdırma aparılır.
Читать полностью…MN: Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir. Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.
Читать полностью…❗Masazırda bəzi əraziləri su basıb, 25 nəfər təxliyə olunub
FHN-dən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağan yağışlarla əlaqədar Abşeron rayonu, Masazır qəsəbəsində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub:
"Daxil olan məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb edilib. Görülmüş tədbirlər nəticəsində subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 6-sı azyaşlı olmaqla ümumilikdə 25 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib".
🔴Diplomatik xidmətə qəbul olunmayacağı nəzərdə tutulan şəxslərin siyahısı müəyyənləşir
Layihəyə əsasən, ikili vətəndaşlığı və ya digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, din xadimləri, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, əvvəllər ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş, yaxud barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər diplomatik xidmətə qəbul olunmayacaqlar.
Həmçinin tibbi rəyə əsasən əqli və ya fiziki pozuntlarına görə diplomatik xidmət orqanlarında xidmət keçməyə qadir olmayan şəxslər; dövlət orqanlarında (qurumlarında) əvvəllər yol verdiyi kobud pozuntuya və ya qulluqla (xidmətlə) bir araya sığmayan hərəkətlərə görə qulluğuna (xidmətinə) və ya əmək müqaviləsinə xitam verilmiş şəxslər və qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı hərbi mükəlləfiyyətli şəxslər də diplomatik xidmətə qəbul olunmayacaq şəxslər siyahısında yer alıb.
Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib:
İsparta vilayətində təlim uçuşu zamanı UH-1 tipli helikopterin qəzaya uğraması nəticəsində altı hərbi qulluqçunun şəhid olması barədə xəbər məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Baş vermiş qəzada şəhid olmuş qəhrəman türk hərbçilərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin
🇹🇷🥀 Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 nəfər həlak olub.
Qəza ölkənin İsparta vilayətinin Keçiborlu rayonunda baş verib.
Yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verən hadisə yerinə təcili yardım və xilasetmə briqadaları cəlb olunub.
Bu günədək “YAŞAT” Fonduna toplanan vəsaitin həcmi 91 537 792.07 manat olub. Xərclənən vəsaitin həcmi 86 762 869.26 manat, qalıq vəsaitin həcmi isə 4 774 922.81 manat təşkil edib.
Читать полностью…❗Polisə tabe olmayaraq özünə xəsarət yetirən sürücü və sərnişini saxlanılıb
Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.
Şəmkir rayonu ərazisində yerləşən stasionar postunda Rəvan Əhmədovun idarə etdiyi “Daewoo” markalı avtomobil işıq cihazları nasaz olduğu üçün saxlanılıb. Sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından o, müayinədən keçməyə dəvət edilib. Lakin, R.Əhmədov məsuliyyətdən yayınmaq məqsədilə sərnişini Tayfun Nəcəfovla birgə polisə tabesizlik göstərib, özünə xəsarət yetirməklə süni gərginlik yaratmağa çalışıb.
Tibbi müayinə zamanı hər iki şəxsin narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Ərazi polis orqanına təhvil verilən R.Əhmədov barəsində müvafiq inzibati tənbeh tədbiri görülüb, üzərindən narkotik vasitə götürülən T.Nəcəfov isə məhkəmənin qərarı ilə 20 gün müddətində inzibati qaydada həbs olunub.
👮♂️🥀 Azərbaycanda polis zabiti vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, Şəmkirdə xidmət göstərən Eldəniz Heydərov dünən vəfat edib.
Onun ölüm səbəbi qeyd edilməyib.
⚡️ Keçmiş iş adamı Şəmsi Səmədzadə həbs olunub.
Bir müddət əvvəl Özbəkistana köçən Şəmsi Səmədzadə orada həbs olunub. Onun həbsinə səbəb isə dələduzluqda ittiham olunmasıdır.
Qeyd edək ki, Ş.Səmədzadə bir müddət əvvəl əfv sərəncamı ilə ömürlük azadlıqdan məhrumetmə cəzasından azad edilmişdi.
"Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılır.
Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə ayrı-ayrılıqda qətimkanla bağlı təqdimatlara baxılır.
İndiyə qədər Aysel Umudova və Aytac Əhmədova barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda digərləri barəsində də təqdimatlara baxılır.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda adıçəkilən şəxslərin ölkəyə qanunsuz xarici valyuta gətirməsi ilə bağlı daxil olan məlumat əsasında saxlanıldığını bildirib.
Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.