Ötən gün yağan qardan sonra Göygölün suyu donaraq buz bağlayıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
🚨 "Haber Global"ın əməkdaşı öldürüldü
Türkiyənin "Haber Global" telekanalının əməkdaşı Məhərrəm Can Kurtuluş silahlı hücumda həyatını itirib.
Kurtuluşa hücum edən 4 şübhəli qısa müddətdə saxlanılıb.
"Haber Global"ın əməkdaşı avtomobilini İstanbulun Beylikdüzü rayonundakı dayanacaqda saxlayıb. O, kafeyə tərəf gedərkən dayanacaqda dörd nəfərin məmurlarla mübahisə etdiyini görüb. O, tərəfləri sakitləşdirməyə çalışıb.
Sonradan dostu ilə kafedən çıxan Məhərrəm Can Kurtuluş maşınına minib və dayanacaqdan çıxarkən mübahisə etdiyi 4 şübhəli maşının qarşısını kəsib. Onlar maşından düşən "Haber Global"in əməkdaşını güllələyiblər və hadisə yerindən qaçıblar. Ağır yaralanan Kurtuluş aparıldığı xəstəxanada dünyasını dəyişib.
Polis bildirib ki, şübhəlilərin qaldıqları ünvanlarda aparılan axtarışlar zamanı 1 ədəd sənədsiz tapança, 4 ədəd tərəzi və 1 kilo 200 qram narkotik vasitə götürülüb.
‼️İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidenti Mixeil Kavelaşviliyə təbrik məktubu göndərib:
📣İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı, regionumuzun sabitliyi və təhlükəsizliyinin təmin olunması, iqtisadi potensialının reallaşdırılması naminə dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik.
Orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçıların yaş həddi 22-dən 21-ə endirilir.
Читать полностью…*Dələduzluq*
Paytaxtın Binəqədi, Yasamal və Nəsimi rayonları ərazilərində müxtəlif vaxtlarda 4 nəfəri aldadan şəxsin onların 600, 300, 500 və 300 manat olmaqla ümumilikdə 1700 manat vəsaitini öz hesabına ödətdirməklə ələ keçirməsi barədə polisə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 23 yaşlı K.Abuşov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Xocalının Ballıca kəndinə köç karvanı yola salınır.
APA xəbər verir ki, bu gün Xocalı rayonunun Ballıca kəndinə 27 ailə (152 nəfər) köçürülür.
Hazırda kənddə 192 fərdi yaşayış evinin təmir olunması nəzərdə tutulub. O cümlədən, 1-ci mərhələdə təmir olunması nəzərdə tutulan fərdi ev sayı 82, 2-ci mərhələdə təmiri aparılacaq fərdi ev sayı isə 110-dur.
Kənd eyni zamanda, su, qaz, elektrik enerjisi ilə təchiz edilib, internet xətti çəkilib. Tibb və polis məntəqəsinin binaları, 200 şagird yerlik tam orta məktəb və 35 çarpayılıq uşaq bağçası hazırdır.
⚡Həqiqi hərbi xidmətkeçmədə son yaş həddi 30-a endirilir.
Həqiqi hərbi xidmətkeçmədə son yaş həddi 35-dən 30-a endirilir. Bu “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Lionel Messi İnstaqram hesabında Azərbaycana səfəri ilə bağlı video hesabat paylaşıb.
Читать полностью…🇦🇿 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Читать полностью…🚌Bu gündən Qaraçuxur və Yeni Günəşli qəsəbələri, Mərkəzi Bank və Azərbaycan Tibb Universitetini əlaqələndirən yeni 20 nömrəli marşrut xətti üzrə avtobuslar sərnişinlərin istifadəsinə verilib.
Читать полностью…✔️Qarlı hava ilə əlaqədar Bakı-Şamaxı avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətində yaranmış çətinliklə bağlı əraziyə Yol Patrul Xidmətinin və digər aidiyyəti qurumun əməkdaşları cəlb olunub. Operativ müdaxilələrlə avtomobillərin hərəkəti bərpa olunub.
Читать полностью…🚨🚨🚨 Bakıda idman zalında DƏHŞƏT: 15 yaşlı yeniyetmə komanda yoldaşını öldürdü
Bakının Xətai rayonunda yerləşən "Hədəf" idman klubunda faciə baş verib.
Hadisə şahidinin dediklərinə görə, güləş zamanı 15 yaşlı yeniyetmə idmançılardan biri ehtiyatsızlıqdan digərini boğaraq öldürüb.
©️Globalinfo.az
Baş idarə rəisi: Doğulanda hər iki valideyni Azərbaycan vətəndaşı olan şəxslər hərbi xidmətə çağırılır
SHXÇDX-nin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev qeyd edib ki, Azərbaycan ikili vətəndaşlıq praktikasını tanımır:
“Həmin şəxslərin isə Azərbaycan vətəndaşlığı məsuliyyəti tanındığına görə hərbi xidmətə çağırılırlar. Çünki doğulanda hər iki valideyni Azərbaycan vətəndaşıdırsa, onlar xidmət etməlidirlər.
Müraciət edənlərin bəzilərinin valideynlərinin biri başqa ölkə vətəndaşı olur. İndi isə dəyişikliyə görə, kimsə Rusiyada doğulubsa, atası azərbaycanlı, anası rusdursa, ona Azərbaycanda hərbi xidmətdən azadetmə tətbiq ediləcək”.
⚽ Azərbaycan millisinin rəqibləri bəlli oldu.
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələ:
Fransa - Xorvatiya cütünün qalibi
İslandiya
Ukrayna
Azərbaycan
⚡️Hərbi xidmətə çağırışla bağlı yeni dəyişiklik təklifləri:●
Xəstəliyinə görə hərbi xidmətə yararsız hesab olunan şəxslərin komissiyaya çağırılma yaşı azaldılır
● Orta ixtisas təhsili müəssisələrində təhsil alanlara hərbi xidmətlə çağırışa möhlət veriləcək yaş həddi dəyişir
● Hərbi xidmətdən boyun qaçıranların ölkədən getmək hüququ məhdudlaşdırılacaq
● Tibbi müayinəyə gəlməmə hərbi çağırışdan boyun qaçırma sayılacaq, 2 ilədək həbs nəzərdə tutulur
Xətaidə narkokuryerlik edən şəxslərə qarşı keçirilən əməliyyatların anbaan görüntüsü
Читать полностью…Nikol Paşinyan Moskvada səfərdədir.
O, Avrasiya İqtisadi İttifaqının (Aİİ) hökumətlərarası Şurasının 41-ci toplantısında iştirak edəcək.
🔴 Hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə aşağı enəcək
Bakıda və Abşeron yarımadasında dekabrın 12-si axşamdan 13-ü səhərədək arabir yağış yağacağı, 14-də isə yağışın yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir. Yağıntıların yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında da dekabrın 12-si günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq bəzi ərazilərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur.
Dekabrın 13-ü gündüz yağıntıda fasilə yaransa da, qeyri-sabit, yağıntılı hava şəraitinin 14-ü gündüzədək davam edəcəyi gözlənilir.
🇹🇷🇦🇿 Türkiyə müdafiə naziri Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşüb.
Читать полностью…Səhiyyə naziri: Saxta həkimlərin sosial şəbəkələrdən xəstələr cəlb etdiyi məlum olub.
Bununla bağlı Baş Prokurorluğa müraciət olunub. Bu kimi hallarla bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək.