❗️"AZAL"ın təyyarəsinin qəza səbəbləri ilə bağlı ilkin hesabat yanvarın sonunda açıqlanacaq
Читать полностью…🔴 “Koroğlu” metrostansiyası istiqamətində nəqliyyatın sıxlığı yaranıb
Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yolda təmir işləri aparılır.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Aktyor Azər Baxşəliyev vəfat edib.
O , bu gün dünyasını dəyişib.
Qeyd edək ki, aktyor daha əvvəl xəstəxanadan evə buraxılıb.
Xatırladaq ki, aktyor poli orqan çatışmazlığından əziyyət çəkirdi, orqanizmi yaşama qabiliyyətini itirmişdi. Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib.
☄️Poli orqan çatışmazlığı səbəbindən aktyor Azər Baxşəlyevin orqanizmi yaşama qabiliyyətini itirib.
⚠️Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib.
🚑Bu səbəbdən valideyn və ailə üzvlərinin istəyi ilə xəstə bu gün evə aparılıb - Azərbaycan Tibb Universiteti
❗️Sərnişinin “Stop” açarını sıxması nəticəsində eskalator dayandı
3 yanvar 2025-ci il tarixində saat 19:25-də “Xətai” stansiyasında sərnişinin eskalatorun “Stop” açarını sıxması nəticəsində eskalator dayanmış və qarşısında sıxlıq yaranıb və videogörüntülər sosial mediada yayılmışdır.
Eskalatorun fəaliyyəti qısa müddətdə bərpa olunmuşdur.
Hadisə ilə bağlı müvafiq araşdırmaların aparılması üçün Bakı Metropolitenində Polis İdarəsinə müraciət edilmişdir.
Sərnişinlərdən rica edirik ki, eskalatorlarda təhlükəsizlik, istifadə qaydalarına və tələblərinə zidd olan hallara yol verməsinlər, uşaqlara nəzarət etsinlər.
Sərnişinlərimizin təhlükəsizliyi bizim üçün çox vacibdir.
🔴 Bu gün səhər saat 10:30 radələrində Bakı-Qazax avtomobil yolunun 24-cü kilometrliyində qəza qeydə alınıb
99-JN-189 dövlət qeydiyyat nişanlı “Baku Bus” sərnişindaşıma avtobusu yolun kənarında dayanmış 77-FF-02 Tacikistan dövlət nömrə nişanlı “Volvo” markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
❗️AYNA Bakı-Ələt yolunda baş verən qəza ilə bağlı açıqlama yayıb
Bu gün səhər saatlarında Bakı-Ələt yolunda Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə qəza baş verib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verilir.
Bildirilir ki, hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək.
❗️ Bakı-Qazax yolunda qəza: “BakuBus” avtomobil daşıyan yük maşınına çırpıldı
Bildirilib ki, hadisə zamanı “BakuBus”a aid sərnişin avtobusu avtomobil daşıyan treylerə çırpılıb.
İlkin məlumata görə avtobusda sərnişinlər olub.
Qeyd olunub ki, hadisə nəticəsində ölən və xəsarət alanlar var.
⚡️AZAL: Bəzi media resurslarında yanvarın 1-də “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı–Kazan reysinin Rusiyanın Həştərxan şəhəri üzərində təhlükə ilə üzləşməsi barədə məlumat yayılıb.
Adıçəkilən reys üzrə cədvələ uyğun olaraq və beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə yerinə yetirilib.
❗️TƏBİB: Bayram günü zəhərlənmə ilə bağlı 28 müraciət qeydə alınıb
Bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, müraciət edənlərdən 14-ü alkoqol, 5-i dərman, 6-si dəm qazı, 2-si allergik reaksiya, bir nəfər isə botilizmlə zəhərlənib.
Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
‼️Azər Baxşəliyev süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağırdır, müalicəsi davam etdirilir.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetindən məlumat verilib.
Xatırladaq ki, yanvarın 2-si böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev koma vəziyyətində xəstəxanaya çatdırılıb. Axşam saatlarında öldüyü deyilən aktyorun ürək fəaliyyəti həkimlər tərəfindən bərpa edilib.
Türkiyəli məşhur müğənni, bəstəkar, aktyor Fərdi Tayfur vəfat edib.
Sənətçi Antalyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, ötən ilin dekabrında müğənni təzyiqinin yüksəlməsi səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi. 2020-ci ildə böyrək çatışmazlığından müalicə alan Tayfura oğlunun böyrəyi köçürülmüşdü.
❗️Bakıda insident törədən idmançılar saxlanılıb, cinayət işi açılıb
Yanvarın 4-də saat 3 radələrində Bakının Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
🚨Bakıda yol polisinin iştirakı ilə dəhşətli qəza baş verib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Читать полностью…Hal-hazırda yollardakı vəziyyət:
1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
2. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.
TƏBİB: Qaradağda yol qəzasında xəsarət alanlar hospitalizasiya olunur
Qaradağda baş verən yol qəzası ilə əlaqədar əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
Bu barədə TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib.
Bildirilib ki, xəsarət alan iki nəfər müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunur.
Bir nəfərə isə stresə qarşı reaksiya diaqnozu ilə yerində yardım olunub.
🔴Braziliyada AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularının oxunmasına başlanılıb
Читать полностью…TƏBİB: Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 8 nəfərin (3 kişi, 5 qadın cinsli) müalicəsi Yeni Klinikada davam etdirilir.
Dekabrın 30-da Yeni Klinikaya hospitalizasiya olunan pasiyentlərdən 1 nəfərin vəziyyəti orta ağır stabildir.
Travmatik koma vəziyyətində gətirilən xəstələrdən 2-nin vəziyyəti isə kritik ağır stabil olaraq qiymətləndirilir. Hazırda tənəffüs dəstəyi ilə təmin olunublar. Kəllə-beyin travması, müxtəlif dərəcəli sınıqlar, döş qəfəsinin küt travması və pnevmo-hemotoraks diaqnozu ilə hər iki xəstənin protokola uyğun olaraq müalicələri Reanimasiya şöbəsində davam etdirilir.
Daha öncə hospitalizasiya olunan 14 nəfərdən 5 nəfərin də hazırda Yeni Klinikada stasionar müalicəsi davam etdirilir. Onların vəziyyətləri qənaətbəxşdir.
💥Hacıqabulda dünən baş verən dəhşətli qəzanın görüntüləri:
⚠️Qeyd edək ki, hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
“Qarabağ” futbolçusu Olavio Juninyonu “Sevilya”ya satmağa razı olub. "Qarabağ” bu transferdən bonuslarla bir yerdə 4 milyon avro qazanacaq.
📰Marca
❗Tokayev: AZAL-ın təyyarəsinin qara qutularının Braziliyaya göndərilməsi ədalətli istintaq üçün yeganə vasitədir
Читать полностью…