‼️ Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, 1 nəfər həlak olub, 4 nəfər xəsarət alıb
14 sentyabr 2024-cü il tarixində saat 13:00 radələrində Ağdərə rayonu, Çardaqlı kəndində açıq ərazidə baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd “Kamaz” markalı yanğınsöndürmə avtomobili qəza edib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan yanğınsöndürən - 1983-cü il təvəllüdlü Allahverdiyev Elsevər Qəşəm oğlu həyatını itirib, 4 nəfər yanğınsöndürən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan yanğınsöndürənlər müvafiq tibbi yardımın göstərilməsi məqsədilə təcili olaraq Nazirliyin Aviasiya dəstəsinin helikopteri ilə həkimlərin müşayiəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə təxliyə olunublar.
İkinci Dünya müharibəsinin 102 yaşlı veteranı Fatma Səttarova vəfat etdi
Görkəmli ictimai xadim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova vəfat edib.
Fatma Səttarova 102 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, "İstiqlal" ordenli F.Səttarova həm də Prezident təqaüdçüsü idi.
O, bir neçə gün əvvəl keçirilən növbədənkənar parlament seçkisində seçki məntəqəsinə gedərək səs vermişdi.
📍 @xeber24_tg
‼️ Buraxılış imtahanları və Azərbaycan dili imtahanının nəticələri elan olunub
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 16 sentyabr saat 11:00-dan 17 sentyabr saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.
❗️İsrail hücumu zamanı həlak olan Türkiyə vətəndaşı olan aktivist Ayşenur Ezginin nəşi İsraildən Bakıya gətirilib
Onun nəşini Bakıda Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı qarşılayıb. Aktivistin nəşi daha sonra Türkiyəyə göndərilib.
🇦🇿Azərbaycan Qran-prisi: Bakıda "Formula 2" yarışına start verilib
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinə start verilib.
Bu gün "Formula 1"də iki test yürüşü, "Formula 2"də isə sıralama turu da gerçəkləşəcək.
Şamaxıda 39 yaşlı kişi qətlə yetirilib, kürəkən şübhəli bilinir
Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonunda 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya və 45 yaşlı Əliağa Hüseynova kəsici alətlə xəsarət yetirilməsi, Ə.Hüseynovun isə aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən ölən şəxsin kürəkəni 1995-ci il təvəllüdlü Şeydayev Elbrus Eldəniz oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim WhatsApp kanalımı
Baş Prokurorluq: Bakı şəhərində yerləşən "Kamandar Nəsibov və partnyorları" vəkil bürosunun vəkili Rzayev Babək Vahid oğlunun qanunsuz əməlləri ilə əlaqədar cinayət işi başlanıb
Читать полностью…DİN KMBİ tərəfindən “Formula 1 Azərbaycan Qran-Prisi”nə saxta bilet satan şəxs saxlanılıb
Читать полностью…Formula 1 yarışı ilə əlaqədar Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılıb.
Milli Parkın Ağ Şəhər bulvarı, Azneft meydanından Bayıl bulvarına qədər olan hissəsi, həmçinin Bayıl bulvarına giriş-çıxış isə sərbəstdir.
🥀Azərbaycan Kooperasiya Universitetinin tələbəsi Tural Əbilzadə vəfat edib
Bu barədə yaxınları sosial şəbəkədə məlumat paylaşıb.
Onun şəkərin yüksəlməsi səbəbindən vəfat etdiyi bildirilib.
🏎🥇Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisinin əsas yarışının qalibi "Trident" komandasının sürücüsü Riçard Versxor mükafatlandırılıb.
#formula2
🇦🇿🇹🇷 Bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.
Azərbaycan paytaxtının azadlığından 106 il ötür.
1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.
Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
🤦♂️ Gəncədə 15 yaşlı oğlan keçmiş həyat yoldaşını(18 yaş) bıçaqlayıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M.Əmiraslanov saxlanılaraq istintaqa təhvil verilib.
*
A.Əmiraslanova və M.Əmiraslanov etnik olaraq qaraçıdırlar.
Məsələdə şokedici detal isə M.Əmiraslanovun 15 yaşının olmasıdır.
Cütlük bir müddət qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıblar.
Hər iki şəxs Yevlax şəhər sakinidir. Cütlük bir müddət əvvəl boşanıb. Qadın boşanmadan sonra başqa bir şəxslə yaşayırmış.
Hadisə günü M.Əmiraslanov gecə saatlarında Gəncə şəhərində A.Əmiraslanovaya üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirib.
Mənbə: Oxu.az
❗️Prezident İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən "Xəqani" bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
Читать полностью…🏎"Formula 1": Birinci sərbəst yürüşdə qısa fasilə olub, trasa dəmir parçası düşüb
Təxminən 6 dəqiqəlik fasilədən sonra yarış bərpa edilib.
🌨Böyük Qafqazın bəzi yerlərinə leysan, Şahdağa qar yağıb
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-ü saat 10:00-a olan məlumatına əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub. Şahdağın yüksək dağlıq ərazilərinə (3500 metr yüksəkliyə qədər) qar yağıb.
Polisə müqavimətdə təqsirləndirilən şəxs həbs edildi
Mənzilə silahlı basqın edərək polis əməkdaşlarına müqavimətdə təqsirləndirilən şəxs həbs edilib.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Sentyabrın 9-da saat 21 radələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rauf İsmayılovun yaşadığı Bakı şəhərinin Binəqədi rayonunda yerləşən mənzilə naməlum şəxslər silahlı basqın edərək külli miqdarda pul tələb edib.
Zərərçəkmişin övladının mənzildə quraşdırılmış müşahidə kamerası vasitəsilə görüntüləri izləyərək “102 Xidməti-Zəng Mərkəzi”nə verdiyi məlumat əsasında hadisə yerinə gələn polis əməkdaşlarına silahlı müqavimət göstərilib, polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri ilə silahlı basqında iştirak edən şəxslərdən 1972-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Eldəniz Şükürov zərərsizləşdirilməklə məhv edilib, digər şəxs isə hadisə yerindən yayınıb.
Hadisə ilə əlaqədar Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Prokurorluq və polis əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən dindirmə, axtarış, baxış və sair təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib, basqında istifadə olunan 1 ədəd “Makarov” markalı tapança, giliz, əl-barmaq izləri və sair predmetlər maddi sübut qismində götürülüb.
Həyata keçirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin digər iştirakçısı, 1994-cü il təvəllüdlü Orxan Abdullayevin şəxsiyyəti müəyyənləşdirilib.
Orxan Abdullayevin külli miqdarda gəlir əldə etmək məqsədilə Eldəniz Şükürovla qabaqcadan əlbir olub sahibkar Rauf İsmayılovun yaşadığı mənzilə silahlı basqın edib külli miqdarda pul vəsaiti tələb olunmasında iştirak etməsinə, hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq zor tətbiq etməklə onlara müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Orxan Abdullayev Cinayət Məcəlləsinin 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və ya gəzdirmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçiriən prokurorun təqdimatı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etməklə, cinayətə aidiyyəti olan bütün şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Tədris ilinin başlaması ilə əlaqədar AYNA tərəfindən daha 170 avtobus marşrut xətlərinə cəlb ediləcək.
Читать полностью…Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçuları N saylı hərbi hissənin şəxsi heyətinin hüquqi maarifləndirilməsi istiqamətində birgə tədbir keçirib.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.
Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçiləri, baş ədliyyə müşaviri Firad Əliyev, ədliyyə müşaviri İsmayıl Əliyev, Tərtər hərbi prokuroru, ədliyyə polkovniki Emin Vəliyev, eləcə də digər şəxslər hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar ediblər. Ardınca şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.
Bakıda 43 yaşlı kişi özünü körpüdən atmaq istədi
Axşam saatlarında vətəndaş paytaxtın Xətai rayonu ərazisində körpüyə çıxaraq intihara cəhd edib.
Əraziyə dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 43 yaşlı Əliyev Ramin Mirağa oğlu körpünün məhəccərinin üzərinə çıxaraq intihara cəhd edir.
Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində R.Əliyev intihar etmək niyyətindən çəkinib və o, xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
‼️#SONDƏQİQƏ: Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
Sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.