🇦🇿İlham Əliyev: Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır
Читать полностью…❗️❗️Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
Sentyabrın 28-i saat 23:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
❗Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən obyektdə yanğının ətrafa yayılmasının qarşısı alınıb.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
"Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə ətrafa yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Yanğınla mübarizə tədbirləri davam etdirilir", - deyə məlumatda qeyd olunub.
❗️Bakının Binəqədi rayonunda yanğın olub.
Yanğın Biləcəridə yerləşən mebel sexində qeydə alınıb.
Məlumatla əlaqədar, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.
📍 @xeber24_tg
❗️Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış olub, dörd nəfər həlak olub
📍 @xeber24_tg
❗️"Yanğın boya çənləri, qatqı maddələri və plastik qablarda baş verib"
Xətai rayonunda obyektdə yanğın boya sexində boya çənləri, qatqı maddələri və plastik qablarda baş verib.
Bu sözləri jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev deyib.
Paşinyan Ermənistanın sülhə nail olmaq üçün konstitusiyanı dəyişməyə hazır olduğunu açıqlayıb
“Azərbaycanla sülh müqaviləsi imzalanarsa, onun məzmununun əsas qanuna uyğunluğunu yoxlamaq üçün ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək və əgər Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan Konstitusiyasına zidd olduğu qənaətinə gəlsə, o zaman biz elə bir vəziyyətə düşəcəyik ki, sülhə nail olmaq naminə konstitusiya dəyişiklikləri zəruri olacaq”.
🇦🇿🇺🇸 ABŞ Prezidenti Co Bayden və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov görüşüb
Читать полностью…Bakıya yeni metro vaqonları gətirilib
Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb
DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa etdi
Читать полностью…🌫 Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu ərazilərdə tozlu hava şəraiti müşahidə olunur
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.
Qeyd olunub ki, avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 1.4 - 1.6 dəfə artıqdır:
"Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və şimal-şərq istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə daxil olub".
FHN: Boya istehsalı sexində baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Читать полностью…🥀 İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları ziyarət olunur
Azərbaycanın Qarabağı azad etdiyi 44 günlük Vətən Müharibəsinin dördüncü il dönümü ilə əlaqədar İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları ziyarət olunur.
Şəhidlərin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri, eləcə də şəhər sakinləri xiyabana gələrək onların xatirəsini hörmətlə yad edir, məzarları önünə gül və əklil qoyurlar.
⚡⚡⚡ Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
MN: Sentyabrın 26-sı saat 16:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iri çaplı pulemyotlardan atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.