🚌Bakıdan Laçına ilk müntəzəm avtobus reysi yola düşüb.
⚡️Bakı-Laçın-Bakı reysi üzrə bir istiqamət üçün biletin qiyməti 16,20 manat təşkil edir.
🚌Bu reys üzrə Zəngilan rayonunun Ağalı kəndi aralıq məntəqə kimi müəyyən edilib. Bakı-Zəngilan (Ağalı) aralıq məntəqəsi üçün biletin qiyməti 13,90 manatdır.
Baş Prokurorluq: Əhməd Əhmədova ən ciddi formada məcburi psixatriya müalicəsi təyin edilib
Məhkəmənin yekun qərarına əsasən psixi pozuntusu olan Əhmədov Əhməd Mehman oğluna Cinayət Məcəlləsinin 95-ci maddəsində müəyyən edilmiş Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin ən ciddi növü - ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.
Bunu Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamından müdafiəsi üzrə şöbəsinin prokuroru Orxan Səmədov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayəti anlaqsız vəziyyətdə cinayət törətmiş Əhmədov Əhməd Mehman oğlunun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat üzrə məhkəmə baxışı 10 oktyabr 2024-cü il tarixdə yekunlaşıb.
Məhkəmə baxışında Əhmədov Əhməd Mehman oğlunun əziyyət çəkdiyi şizofreniya paranoid forma, hallüsinator – paranoid sindromla təzahür edən kəskin psixotik hal diaqnozlu psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə atası Əhmədov Mehman Əhməd oğlunu, bacısı Əhmədova Elmira Mehman qızı, sonuncunun azyaşlı qızı 2021-ci il təvəllüdlü Niftəliyeva Ülviyyə Sərxan qızını, anası Əhmədova Pikə Bədəl qızını və 2015-ci il təvəllüdlü qardaşı Əhmədov Məhəmməd Mehman oğlunu qızını xüsusi amansızlıqla qəsdən öldürməsi müəyyən edilib.
Cinayət işi üzrə ibtidai istintaq zamanı 2 dəfə məhkəmə-psixiatrik ekspertizası təyin edilərək keçirilmiş və hər iki ekspert rəyi ilə Əhmədov Əhməd Mehman oğlunun ona istinad edilən cinayət əməlini törədərkən “Şizofreniya paranoid forma, hallüsinator – paranoid sindromla təzahür edən kəskin psixotik hal” növündə psixi xəstəliyindən əziyyət çəkməsi, yəni öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı müəyyən edilib. Eyni zamanda hal-hazırkı psixi vəziyyətinə görə Ə.M.Əhmədovun özü və ətrafdakılar üçün təhlükəli olması nəzərə alınaraq stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının olması müəyyən edilib.
Cinayət məcəlləsinin 21-ci maddəsinə əsasən ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmçinin həmin maddəyə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməli törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
Əhmədov Əhməd Mehman oğlunun məhkəmənin qərarına əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyildir. Məhkəmənin qərarına əsasən Əhməd Əhmədov intensiv müşahidə altında məcburi müalicə olunması üçün müvafiq ixtisaslaşdırılmış psixiatriya stasionarlarına yerləşdiriləcək.
Eyni zamanda qeyd etmək istəyirəm ki, qanunvericilikdə müəyyən edilmiş hallarda ixtisaslaşdırılmış psixiatriya stasionarlarına məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır.
🛫 Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş Azərbaycanın amfibiya təyyarəsi geri qayıdıb
Читать полностью…Azərbaycanda X sosial şəbəkəsinin fəaliyyətində problemlər var.
İstifadəçilər bildirirlər ki, iki gündür bu sosial şəbəkəyə girişdə çətinliklə üzləşirlər.
❗️ “Azərbaycandan hava yolu ilə digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir”
“EekadFacts” adlı internet resursuna aid sosial şəbəkə hesablarında guya Azərbaycandan hava yolu ilə digər ölkəyə silah daşınması barədə həqiqətə uyğun olmayan saxta məlumat yayılmışdır. Bu, ölkəmizə qarşı qlobal dezinformasiya kampaniyasının növbəti nümunəsi olmaqla, heç bir reallığı əks etdirməyən təxəyyül məhsulu olan əsassız məlumatdır.
| MEDİA
❗️AYNA: Bakıda qaydalara riayət etməyən 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb
Читать полностью…⚡⚡“TOST” piramidasına başçılıq edənlərdən biri tutulub, digər şəxs axtarışa verilib, 5 milyon manat ələ keçirildiyi aşkarlanıb
📍 @xeber24_tg
🎉 Bu gün Cəbrayılda ilk dərs günüdür
❗️Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 9-da Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbdə dərslər başlayıb.
⚡️Baş Prokurorluq: Biləsuvarda 2 yaşlı uşaq, xalq təbabətilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölüb.
Faktı ilə bağlı cinayət işi açılıb.
🇷🇺🇦🇿 Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü başlayıb.
Читать полностью…⛈️ Azərbaycanda bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Oktyabrın 13-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyrı-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb. Əsasən şərq rayonlarında güclü olub.
❗️Müdafiə naziri müşavirə keçirib, şərti sərhəddə əməliyyat şəraiti və qoşunlarda bölmələrin gündəlik fəaliyyəti təhlil edilib
Читать полностью…🇦🇿 Baş prokurorluq: Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb
Читать полностью…❗️Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Yaşar İsakov işdən çıxıb.
Qeyd edək ki, o bu vəzifəyə 2019-cu ildə təyin edilmişdi.
SON DƏQİQƏ❗️Əhməd cəzadan azad edildi
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan olunub.
Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə tərkibi 25 yaşlı Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı ekspert rəyini əsaslı hesab edib.
Prokuror da Əhmədin anlaqsız olduğuna görə cəzadan azad edilməsini, ixtisaslaşmış xəstəxanada məcburi müalicəsini tələb edib.
🇦🇿🥀Ağır qəzada vəfat edən polis zabiti Cavid İsmayılzadənin FOTOSU
Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, “Toyota” markalı avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində vəfat edib.
Cavid İsmayılzadə Yevlax rayonundan yasdan qayıdırarkən qəza baş verib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir. O, əvvəllər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Bu ilin aprel ayında daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi polis mayoru Cavid İsmayılov tutduğu vəzifədən azad edilərək Nərimanov RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.
❗️ ABŞ-ın Florida ştatına doğru hərəkət edən “Milton” qasırğasının kosmosdan görüntüləri yayılıb.
Читать полностью…❗️ 10-11 oktyabr tarixlərində Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-Cop29) keçiriləcək.
Читать полностью…✍🏻🚗ƏLA❗️Qərar qəbul olundu: Bu andan etibatən maşından çölə zibil atanlar 200₼, həmin şəxslər vəzifəlidirsə, 1000₼, hüquqi şəxsdirsə, 4000₼ cərimə olunacaq.
Читать полностью…❗️Azərbaycanla sərhədlərin delimitasiyası üzrə reqlament layihəsi Ermənistan parlamentinə daxil olub
Читать полностью…⚽️ “Neftçi” baş məşqçisi Roman Qriqorçukla yollarını rəsmən ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 59 yaşlı mütəxəssis cari mövsümün əvvəli paytaxt təmsilçisinin “sükanı arxasına” keçmişdi. O, Azərbaycan Premyer Liqasının arxada qalan 9 turu ərzində “Neftçi”nin baş məşqçisi kimi 5 dəfə heç-heçəyə imza atıb, 4 görüşdə məğlub olub.