⚡️"X" sosial şəbəkəsində Azərbaycana qarşı daha bir dezinformasiya yayılıb.
İraqda fəaliyyət göstərən "Rudaw" portalı Bakıda küçədən partlayıcı qurğu tapıldığını iddia edib.
Azərbaycan Daxili İşlər Nazirliyi bildirib ki, məlumat yalandır. Yolun kənarından tapılan bağlama yemək çatdırılması həyata keçirən şirkətlərdən birinə aid olub.
⚠️Ayxan Hacızadə: Cari ilin sentyabr ayında erməni əsilli İordaniyalı rejissor Sarin Hayrapetyanın çəkdiyi “mənim şirin torpağım” adlı filminin “ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar” mükafatına təqdim edilmək üçün seçilməsinə baxmayaraq, filmin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olduğu nəzərə alınaraq, Azərbaycan tərəfinin narahatlığı dərhal İordaniya tərəfinə çatdırılıb.
🍿Erməni tərəfinin iddiasının əksinə, burada hər hansı bir təzyiqdən söhbət gedə bilməz. Məhz İordaniya Kral Film Komissiyasının müstəqil şəkildə qəbul etdiyi qərar nəticəsində film sonda “Oskar” mükafatına təqdim edilməyib və İordaniyada filmin nümayişi dayandırılıb. İordaniya tərəfinin bu qərarını alqışlayırıq.
❗️Planetin ən gözəl qızı o seçildi
💥Noyabrın 9-u Filippində “Miss Earth 2024” müsabiqəsinin finalı baş tutub.
⚡️75 ölkənin nümayəndəsinin iştirak etdiyi yarışda Avstraliyalı model Cessika Leyn qalib olub.
COP29 tədbir məkanı Bakı Olimpiya Stadionu COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) təhvil verilib.
Читать полностью…‼️Bakıda COP29-la əlaqədar 15 marşrutun fəaliyyəti dayandırılır
1, 4, 7B, 24, 37, 54, 140E, 141E, 150, 162, 168, 169, 205, 216 və 120E
🇦🇿 8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda Azərbaycanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilir.
Читать полностью…🇦🇿❗️ Hüququndan keçən əsgər hərə bir qəhrəman oldu…
Bu gün Azərbaycanda Qarabağda qazanılan Böyük Qələbənin dördüncü ildönümü - Zəfər Günü qeyd olunur.
🇦🇿 Hikmət Mirzəyevə general-polkovnik ali hərbi rütbəsi verilib
İlham Əliyev Quru Qoşunlarının komandanı Hikmət Mirzəyevə general-polkovnik hərbi rütbəsi verib.
📌 t.me/herbi_azerbaijan
Heydər Əliyev prospektində baş vermiş növbəti qəzanın görüntüləri yayılıb
Piyadaların hərəkəti üçün nəzərdə tutulmamış yerdən keçən qadını avtomobil vurub. Hadisə nəticəsində dörd avtomobil toqquşub.
Paytaxtda tıxaca səbəb olan şəxs həbs edildi
Noyabrın 7-də paytaxtda hərəkətin intensiv olduğu yolda təkrar xuliqanlıq hərəkətləri etməklə, nəqliyyat vasitələrinə mane yaradan şəxs saxlanılaraq həbs edilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, dəfələrlə törətdiyi cinayət əməllərinə görə əvvəllər məhkum olunan, 1992-ci il təvəllüdlü T.Ələsgərli barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində cinayət işi başlanılıb.
Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.
❗️Bakı Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edib:
● COP29 müddətində (10 - 22 noyabrda) H1 və H2 ekspres avtobusları sərnişinlərə hava limanına rahat çatmaq imkanı yaradacaq.
● H1 avtobusu 10 dəqiqəlik intervalla "28 May" metro stansiyası, H2 isə 15 dəqiqəlik intervalla "Əhmədli" metro stansiyası marşrutları üzrə fasiləsiz və ödənişsiz xidmət göstərəcək.
● Sərnişinlərdən mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq, uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları və vaxt itkisini azaltmaq üçün onlayn qeydiyyatdan keçmələri xahiş olunur.
🇦🇿🇦🇫“Taliban” nümayəndə heyəti ilk dəfə Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək
Bu barədə Əfqanıstan XİN-in mətbuat katibi Əbdül Qahar Balxi “Agence France-Presse” (AFP) agentliyinə bildirib.
“Əfqanıstan hökumətinin nümayəndə heyəti Bakıda olacaq”
– XİN rəsmisi deyib.
© report
🇦🇿COP29 beynəlxalq konfransı ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin rahat və təhlükəsiz səyahətini təmin etmək məqsədilə müvəqqəti dəyişikliklər tətbiq edib
Читать полностью…❗️ DSX-nin əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub
Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Orucov Həbib İlham oğlu odlu silahdan açılmış atəş nəticəsində ölüb.
Hərbi prokurorun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri Firad Əliyev bildirib ki, hadisə ilə əlaqədar Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.
“Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır. Allah hərbçimizə rəhmət eləsin", - deyə F.Əliyev bildirib.
🇦🇿 Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür
🗓 Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Artıq Bayrağımız ölkəmizin bütün ərazisində qürurla dalğalanır.
👏🏻 Dövlət Bayrağı Günü münasibətilə bütün həmvətənlərimizi təbrik edirik!
Üçrəngli bayrağımız qalibiyyət simvolumuzdur!
🇦🇿❗️ İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb
Читать полностью…Dövlət Bayrağı Meydanında ucaldılan üçrəngli bayraq ölçüsünə görə "Ginnesin rekordlar kitabı"na düşüb. (Report)
Читать полностью…🎓14-22 noyabrda COP29 müddətində Bakı, Sumqayıt və Abşeronda peşə təhsili distant formata keçir.
Читать полностью…Sabah 10:00-dan 12:00-dək aşağıdakı yollarda hərbi qulluqçuların yürüşləri keçiriləcək:
● Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “Amay” Ticarət Mərkəzi;
● Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;
● Yasamal parkı - Ə.Haqverdiyev küçəsi - H.Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;
● “Olimpik Star” İdman və Əyləncə mərkəzi - S.Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - H.Əliyev sarayı – İ.Nəsimi heykəli – Neftçilər prospekti;
● N.Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – H.Əliyev sarayı – Mərkəzi Bank – “28 Mall” Ticarət Mərkəzi;
Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib.
Читать полностью…❗️🇦🇿Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Cəbrayıl şəhərinə 30 ailə - 150 nəfər köçürülüb.
Sabah Bakı şəhərinin 3 rayonunun qaz təchizatında fasilə yaranacaq.
Məlumata görə, noyabrın 7-də saat 10:00-dan etibarən paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, Qaradağ rayonu, Lökbatan qəsəbəsində və Nərimanov rayonunda təmir-quraşdırma işləri aparılacaq.
Təmir işləri görülən müddətdə Sulutəpə qəsəbəsinin Hərbi yol ərazisinin, Lökbatan qəsəbəsinin 28 May küçəsinin, Nərimanov rayonunun isə R.Muxtarov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.