🇦🇿 COP29-un 5-ci günü Azərbaycan pavilionları milli sənətkarlıq ənənələrimizi nümayiş etdirməkdə davam edir.
Читать полностью…🇷🇺🇦🇿Putin İlham Əliyevlə telefon danışığı aparıb
Putin və Əliyev telefonla sənaye kooperasiyası və nəqliyyat sahəsində bir sıra qarşılıqlı faydalı layihələrin praktiki icrasını müzakirə ediblər.
‼️AYNA: Noyabrın 18-dən 2, 6, 24 və 46 nömrəli müntəzəm şəhərdaxili marşrutların hərəkəti bərpa ediləcək.
Читать полностью…🇦🇿Heydər Əliyev Fondunun “Azərbaycan. Təbiətin sehrində” kitabının təqdimatı
Bakıda keçirilən COP29 çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondunun Azərbaycana həsr olunan yeni nəşri təqdim edilib.
“Azərbaycan. Təbiətin sehrində” (Azerbaijan. Inspired by Nature) kitabı Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində nəşr olunub.
Layihənin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, layihə rəhbəri Prezidentin köməkçisi Anar Ələkbərovdur.
Əkrəm İmamoğlu COP29 tədbirində iştirak etmək üçün Bakıya gəlib.
İmamoğlu Fəxri xiyabanı ziyarət edib.
🇦🇿 Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin noyabrın 13-də üçtərəfli görüşü olub.
Sonra Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalayıblar.
📸 Belçika Krallığının Baş naziri Aleksandr De Kro bu ölkənin Azərbaycandakı səfiri Julyen De Fraypont ilə birlikdə Bakı bulvarında səhər idmanı edib.
Читать полностью…🇦🇿Leyla Əliyeva COP29-da iştirak edən dövlət və hökumət başçılarının şərəfinə verilən ziyafətdən foto paylaşıb
#COP29Azerbaijan
🇦🇿Mehriban Əliyeva: Azərbaycan COP29-a ev sahibliyi etmək öhdəliyini üzərinə götürməklə, Qlobal Cənub və Qlobal Şimal, eləcə də inkişaf etmiş və inkişaf edən ölkələr arasında körpülər salmağa çalışır.
Biz çoxsaylı qərb mətbuatında böhtan və qarayaxma kampaniyalarının hədəfinə çevrilmişik.
Müəyyən ölkələrin təsiri altında olan bəzi iri media platformaları əmr ilə Azərbaycan haqqında mənfi hekayətləri yaymağa başlayırlar.
FIFA prezidenti Azərbaycan liderinə üzərində "İlham Aliyev" yazılmış xüsusi top və forma təqdim edib:
Читать полностью…⚡️MN: Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu İbrahimov Qədim Xaliq oğlu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Hərbi qulluqçumuz dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib. Vəziyyəti kafidir.
Bu gün Mayk Tayson rinqdə bloger-boksçu Ceyk Polla görüşəcək.
27 yaşlı Pol 40 milyon dollar, boks əfsanəsi Tayson isə cəmi 20 milyon dollar qazanacaq.
Çəki ölçmə zamanı Tayson Paulun üzünə yumruq vurub.
Mayk təxminən 20 il əvvəl peşəkar boksdan təqaüdə çıxdı, Ceyk Pol isə müntəzəm olaraq keçmiş məşhur döyüşçülərə qarşı döyüşür və qalib gəlir.
👏 Azərbaycanlı gənc istedad Həzrət Məmmədrzayev COP29 çərçivəsində Bakıda səfərdə olan Ronaldinyoya qeyri-adi hədiyyə edib.
O, braziliyalı futbolçunun portretini Rubik kubundan yaradıb. Bunun üçün 400-dən çox kub istifadə edilib.
Həzrət Məmmədrzayev Türkiyədə iki dəfə istedad şoularında iştirak edib.
Hikmət Hacıyev: Azərbaycan və Ermənistan dekabrda sülh müqaviləsi mətninin müzakirəsinə qayıdacaqlar
Читать полностью…Ronaldinyo COP29-da iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Читать полностью…🇧🇷 🇦🇿 Dünyaca məşhur futbolçu Ronaldinyo Bakıya gəlir
Braziliyalı ulduz hazırda Bakıda keçirilən və noyabrın 22-də qədər davam edəcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası - COP29-da iştirak edəcək.
🇦🇿Xalq artisti Alim Qasımov COP29-da dövlət və hökumət başçılarının önündə "Sarı gəlin"i ifa etdi
Читать полностью…Prezident: “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var”.
Читать полностью…🇦🇿 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib.
🇦🇲🇦🇿 İlham Əliyev deyib ki, Ermənistana da COP-da iştirak etmək üçün dəvət göndərilib, lakin bu ölkənin iştirak edib-etməməsinin Ermənistanın özünün qərarıdır.
Читать полностью…⛈️🌨️ XƏBƏRDARLIQ
Noyabrın 11-i axşamdan 13-ü axşamadək bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi Aran, Lənkəran-Astara) qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.