FHN: Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.
Ümumilikdə, partlayış nəticəsində 6 nəfər xilas edilib.
Türkiyə Azərbaycana yeni səfiri təyin edib.
Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
O, bundan öncə Türkiyə Maarif Vəqfinin sədri olub
Sumqayıtda partlayış baş verən yaşayış binasında dağıntılar altında qalanların axtarılma görüntüləri
Читать полностью…Novxanıda baş vermiş partlayış nəticəsində xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olduğu bildirilir.
Читать полностью…Sumqayıt şəhərində daha bir partlayış olub.
Hadisə Sahil küçəsindəki fərdi yaşayış evində baş verib. Partlayış nəticəsində yaralananların olduğu güman edilir.
⚡ Sumqayıt şəhəri 13-cü mikrorayonda 5 mərtəbəli binanın 1-ci mərtəbəsində partlayış baş verib. Hadisə yerinə xilasedicilər cəlb olunub.
Читать полностью…Polis nəfəri xəstəxanada vəfat edib
Bakıda polis nəfəri xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
APA-nın əldə etdiyi məlumata görə, xəsarət alan serjant Emin Cəfərli xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.
PTX-in əməkdaşı beynəlxalq yarışda nakaultla qalib gəldi
Ötən gün Türkiyənin İstanbul şəhərində “King of King”in K-1 versiyası üzrə beynalxalq turnir təşkil olunub.
Yarışda ölkəmizi PTX-in əməkdaşı mayor Abbas Tunc təmsil edib.
A.Tunc kəmər müdafiəsində rəqibi - fransalı idmançı Robin Heslinq üzərində 2-ci raundda nokautla qalib gəlib.
AXCP sədri Əli Kərimli böhtan atmaqda təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Читать полностью…❗️❗️❗️Xırdalanda məktəb yanması barədə sosial şəbəkələrdə məlumat yayılır
Abşeron Rayonu Xırdalan şəhər V.Y.Musibov adına 5 nömrəli məktəbdə yanğın baş verib.
Bu barədə görüntülər sosial mediada yayılıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə elektrik naqillərinin paylanma qutusunda qısaqapanma nəticəsində baş verib:
"Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər, onların sağlamlığına heç bir təhlükə yaranmayıb.
Yanğın zamanı yalnız elektrik naqillərinin paylama qutusu zərər görüb, tədris binası mühafizə edilib.
Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür, məktəbin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır".
Deputat Qüdrət Həsənquliyev: "Küçələrdə təmizlik işləri ilə məşğul olanlar 450 manat maaş alır. Onlar hər dəfə mənimlə görüşəndə bu məsələni hökumətin diqqətinə çatdırmağımı xahiş edirlər. Vəziyyəti dəyişmək üçün bu sahənin təcili özəlləşdirilməsini təklif edirəm".
Читать полностью…❗️FHN və Baş Prokurorluğun birgə məlumatı:
Sumqayıtda baş verən partlayış nəticəsində 6 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam etdirilir.
Novxanı bağlar massivindəki partlayışda isə dağıntılar altından 2 nəfər sağ çıxarılıb, xəstəxanaya yerləşdirilib və axtarış-xilasetmə əməliyyatı sona çatıb.
⚡ Vüqar Həşimovun valideynlərinin son vəziyyəti AÇIQLANDI
Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.
Abşeron rayonunun Novxanı kəndində partlayış olub.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə fərdi yaşayış evində baş verib.
Partlayış nəticəsində yaralananların olduğu güman edilir.
Xatırladaq ki, daha əvvəl Sumqayıtın 13-cü mikrorayonunda yaşayış binasında baş vermiş partlayış nəticəsində bir neçə nəfər yaralanmışdı.
❗️Sumqayıtda dağıntılar altından bir nəfər sağ çıxarılıb.
Axtarış-xilasetmə işləri davam etdirilir.
🚨Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib.
❗️Ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi üçün və digər zəruri tədbirlər davam etdilir - DİN
❗️Meyxanaçı Xəyyam Əhmədli vəfat etdi
Bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli vəfat edib.
OLAY-ın əldə etdiyi məlumata görə, söz ustadı gecə saatlarında həyatla vidalaşıb.
Qeyd edək ki, X. Əhmədli uzun zamandır ürəkçatışmazlığından əziyyət çəkirdi. Onun əməliyyatı üçün yüksək miqdarda məbləğ lazım idi.
Binə Atçılıq yaşayış massivinə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
Dekabrın 3-5-də saat 9:00-dan saat 15:00-a qədər Bakının Xəzər rayonundakı Binə Atçılıq yaşayış massivinə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Məlumata görə, məhdudiyyət Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Binə qəsəbəsində elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılması ilə bağlıdır.
❗Türkiyəli müğənni Hadisə yenidən "Avroviziya" müsabiqəsinə dəvət aldığını bildirib.
Читать полностью…DGK: İrandan Rusiyaya “alma” yükü aparan nəqliyyat vasitəsinə baxış keçirilərkən 31 kq 805 qr narkotik vasitə - marixuana aşkar olunub.
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “alma” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib.
Bildirilib ki, nəqliyyat vasitəsinin qoşqusunun təsvirlərində şübhəli cizgilər müşahidə olunduğundan yük kinoloji xidmət itinin tətbiqi ilə yoxlamaya cəlb edilib.
Yoxlama zamanı xidməti itin reaksiyasına əsasən 12 paletin altlığında gömrük nəzarətindən gizlədilmiş düzbucaqlı formalı 105 bağlamada xalis çəkisi 31 kq 805 qr narkotik vasitə - marixuana aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Faciəvi şəkildə ölən 23 yaşlı Mehribanın - Fotoları
Xəbər verdiyimiz kimi, noyabrın 30-na keçən gecə Sumqayıtda 23 yaşlı qız dəm qazından boğulub.
“Qafqazinfo” xəbər verir ki, bədbəxt hadisə nəticəsində həyatını itirən Mehriban İsmayılova “Mado” restoranlar şəbəkəsində aşpaz işləyirmiş.
Qeyd edək ki, M.İsmayılova hamam otağında ölmüş vəziyyətdə tapılıb.
❗️Tbilisidə aksiyada 50 nəfər saxlanılıb.
Ümumilikdə 3 günlük mitinqlərdə saxlanılanların sayı 200-dən artıqdır.