🥀 Azərbaycan aviasiya tarixində baş verən ən ağır təyyarə qəzasından 29 il ötür.
1995-ci il dekabrın 5-də “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus göyərtəsində 76 sərnişin və 6 heyət üzvünün olduğu 56 saylı "Naxçıvan-Bakı" reysi ilə uçan Tu-134B tipli sərnişin təyyarəsi havaya qalxdıqdan bir qədər sonra, saat 18:00 radələrində qəzaya uğrayıb.
Bu, Azərbaycanın aviasiya tarixinə ən dəhşətli qəza kimi düşüb.
Qəza nəticəsində, ümumilikdə göyərtədə olan 82 nəfərdən 4-ü heyət üzvü olmaqla, 52 nəfər həlak olub.
🇦🇿İlham Əliyev Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edib
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” II beynəlxalq konfransının iştirakçılarına müraciət ünvanlayıb.
Müraciəti Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev oxuyub.
🚇 Bu gün Bakı metrosunda qatardakı texniki nasazlıqla bağlı komissiyanın xüsusi araşdırma iclası olacaq.
Читать полностью…⚡️Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov həbs edilib. Rüfət Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Читать полностью…Sumqayıtda ötən gün baş verən partlayış zamanı şok keçirən 1952-ci il təvəllüdlü xanım bu gün ölüb. (Report)
Читать полностью…Naxçıvanın axundu İTİHAR ETDİ
Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri, axund Sahib Məmmədov yaşadığı evdə özünü asıb.
🇦🇿🇹🇷İlham Əliyev dekabrın 4-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib.
Читать полностью…Bakının NZS qəsəbəsində 70 yaşlı Əliyev Yaqub Aydın oğlu saxladığı itlərin hücumuna məruz qalıb.
İki "Alabay" onu parçalayıb. Səs-küyə qonşular gəlsələr də itlərin qarşısında aciz qalıblar.
Nəticədə sözügedən şəxs ölüb. Hadisə yerinə polis əməkdaşları çağırılıb.
Qonşuların bildirdiyinə görə, Yaqub Əliyev biri erkək, biri dişi olmaqla, 2 nəhəng it saxlayıb.
Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasında qatarlar arasında interval 10 dəqiqəni ötüb
Читать полностью…SON DƏQİQƏ❗️Xırdalanda binada yanğın olub, 23 nəfər təxliyə edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yeddimərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
"Təhlükəsizlik tədbirləri çərçivəsində 23 nəfər bina sakini təxliyə olunub.
Yanğın nəticəsində 2 ədəd elektrik lövhəsi və şaxtadan keçən elektrik naqilləri 6p.m. yanıb.
Mənzillər və şaxtadan keçən elektrik naqillərinin böyük hissəsi yanğından mühafizə olunub.
Xəsarət alan yoxdur", - məlumatda vurğulanıb.
❗️ Famil Xəlil ev dustaqlığına buraxılıb
Onun vəkili sağlıq durumunu nəzərə alaraq müvəkkilinin ev dustağlığına buraxılmasını istəyib.
Hakim Azər Tağıyevin qərarına əsasən, məhkəmə Famil Xəlilin sağlıq durumunu, məhkəmədən yayınmacayağını nəzərə alaraq onun barəsində həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edib.
Xatırladaq ki, bu il mayın 2-də saxlanılan Famil Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Qolları serebral iflic olan Famil Xəlilov 1-ci qrup əlildir.
Qeyd edək ki, F.Xəlil 2015-ci ildən 2023-cü ilə kimi İsveçdə mühacir həyatı yaşayıb.
Dünən vəfat edən meyxanaçı Xəyyam Əhmədli dəfn olunub.
O, Əhmədli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Novxanı və Sumqayıtdakı partlayış hadisələri sığorta hadisəsi hesab edilir. Müvafiq əmlakların sığortası varsa, həmin əmlakların sahibləri sığortalandıqları sığorta şirkətlərinə müraciət edə bilərlər. Nəticədə müvafiq hadisə sığorta hadisəsi kimi tanındıqdan sonra ödəniş əldə edə bilərlər. (Azərbaycan Sığortaçılar Assosiasiyası)
Читать полностью…❗Bakıda daha bir qəza sıxlığa səbəb olub.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı
Yollarda nəqliyyat sıxlığı necə yaranır? Növbəti dəfə əsas səbəblərdən birini təqdim edirik!
Paytaxtda avomobil sıxlığına səbəb olun növbəti yol-nəqliyyat hadisəsi ötən gün səhər saatlarında Nəsimi rayonu, Neftçilər prospektində baş verib. Qəza səbəbindən 8 Noyabr prospekti və Yusif Səfərov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Yol polisi əməkdaşları tərəfindən qısa müddət ərzində avtomobillərin sərbəst hərəkəti bərpa olunub.
🇦🇿 Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla insan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətlərinə görə Əliyev Fikrət Əhmədəli oğlu “Şöhrət” ordeni ilə, Seyidzadə Dilarə Bağır qızı və Şadlinski Vaqif Bilas oğlu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Həsən Zal oğlu Həsənova isə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.
Bitkoinin qiyməti bütün zamanların ən yüksək həddinə çataraq 100 min dollar həddini keçib.
Читать полностью…Bakının Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində qaz kəsiləcək
Məlumata görə, Yasamal rayonunun Tbilisi prospektində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə bu gün saat 23:00-dan etibarən işlər yekunlaşana qədər qaz təchizatı dayandırılacaq. Təmir-bərpa işləri aparılan müddətdə prospektin bir hissəsinin, "Şakir" MTK-nın, 1-ci Alatava ərazisinin bir hissəsinin, Diaqnostika, Aztelecom, Azercell, N.Tusi klinikası ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Sabah isə saat 10:00-dan etibarən Xəzər rayonunun Şüvəlan qəsəbəsinin Mayak bağları ərazisində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədilə qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Şüvəlan qəsəbəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
🌧️ Dekabrın 6-dan 7-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, leysan xarakterli olacağı gözlənilir.
🌧️ Rayonlarda da dekabrın 6-dan 8-i gündüzədək fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntıların (Mərkəzi Aran, Lənkəran-Astara, Quba-Qusar) leysan xarakterli olacağı ehtimalı var.
❗️"Azərkosmos" 1 milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Spacecraft Development and Production" MMC-ni dövlət qeydiyyatına alıb.
⚡ Messi və komanda yoldaşları Bakıya gəlir.
Lionel Messi və dünya ulduzları Luis Suarez, Serxio Buskets və Xordi Alba Bakıya səfər edəcəklər.
Bu barədə iş adamı Adnan Əhmədzadə sosial şəbəkə hesabında paylaşım edib.
Yollarda diqqətsizlik və məsuliyyətsizlik qəzaya səbəb olur
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı müraciətdə bildirilib.
Qeyd edilib ki, yol-nəqliyyat hadisələri əksər hallarda sıxlığın yaranmasına gətirib çıxarır.
“Xüsusilə də nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə qəzalar olduğu zaman sıxlığın müddəti daha da artır və hərəkət çətinləşir. “Müşahidələr göstərir ki, qəzalar bəzi sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyi səbəbindən də baş verir
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin maariflənməsi məqsədilə Aeroport şosesində qeydə alınan hadisənin videogörüntüsünü təqdim edir”, – məlumatda vurğulanıb.
Azərbaycanın təndir sənətkarlığı və çörəkbişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısınaə salınıb.
Читать полностью…🥀 “Günəşli” neft yatağı platformasının cənub bölməsində baş verən faciədən 9 il ötür.
Читать полностью…Abşeronda arvadın ərini öldürdüyü bildirilir.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda mülki silahın əldə edilməsi ilə bağlı YENİLİK OLACAQ
Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır.
Bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə edilən "Xidməti və mülki silah haqqında" qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Təklif edilən dəyişikliyə əsasən, qanunun doqquzuncu maddəsinə xüsusi hissə əlavə olunur.
Həmin hissədə qeyd edilib ki, mülki silahı əldə etmək istəyən vətəndaş müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli və bu orqana sağlamlıq haqqında tibbi arayışı və özünün şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Həmin sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, onlar vətəndaşdan tələb olunmur.
Qeyd edək ki, mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır.
/Report
Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Qeyd edək ki, bundan öncə Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı sərəncamla Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.
❗️Vüqar Həşimovun ailəsinin evi yararsız hala düşdü - SON GÖRÜNTÜLƏR
Qeyd edək ki, bu gün Novxanı bağlar massivində dəhşətli partlayış olub. Dağıntılar altından iki nəfər sağ çıxarılıb, xəstəxanaya yerləşdirilib və axtarış-xilasetmə əməliyyatı sona çatıb. Xəsarət alan şəxslər mərhum şahmat ustası Vüqar Həşimovun valideynləridir.
Report (c)