❗️Lənkəranda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər inzibati məsuliyyətə cəlb olunublar
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən müvafiq tədbirlər nəticəsində rayon ərazisində 3 mağaza və köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.
Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokollar tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
❗️❗️SON DƏQİQƏ: DYP sürücülərə müraciət edib
Müraciətdə deyilir:
"Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan və Şamaxı rayonları ərazisindən keçən hissəsində qatı duman müşahidə edilir ki, bu da sürücülər üçün ciddi maneə yaratmaqla yanaşı, qəza riskini də artırır.Читать полностью…
Baş Dövlət Yol Polisi İdarəsi hazırda sözügedən istiqamət üzrə DYP Alayının əməkdaşları tərəfindən fasiləsiz xidmət aparıldığını bildirir, gecə və səhər saatlarında məhdudiyyətli görünmə məsafəsinin daha da artacağı ehtimalını nəzərə alaraq bir daha sürücülərdən ehtiyatlı olmalarını xahiş edir".
TƏBİB: Vüqar Həşimovun partlayışda xəsarət alan atasının vəziyyəti ağır-stabil olaraq qalır.
Məlumat üçün bildirək ki, hadisə zamanı V.Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb. Onun müalicəsi isə özəl klinikada davam edir.
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri təyin edilib
Bildirilib ki, Komissiyanın 5 üzvü Milli Məclis tərəfindən təyin edilir:
Bunlar Ziyafət Əsgərov, Arzu Nağıyev, Fərid Hacıyev, Əminə Ağazadə və Vüqar Gülməmmədovdur.
Layihə səsə qoyularaq qəbul edilib.
⚡️⚡️⚡️MEDİA: Bir sıra sosial şəbəkə istifadəçiləri tərəfindən Gəncə şəhəri ətrafında partlayış səslərinin eşidilməsi və təcili tibbi yardım maşınlarının intensiv hərəkətinin müşahidə olunması ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir və cəmiyyətdə süni ajiotaj yaratmağa yönəlmişdir.
🖥Sosial şəbəkə seqmentinə bu tipli yalan məlumatların yayılmasını və təkrar tirajlanmasını yolverilməz hesab edirik.
Gəncə ətrafındakı səslərlə bağlı - Rəsmi açıqlama
MN: Cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir:
Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.
🇦🇿⚡️ Suriyanın azad edilən şəhərində diqqətçəkən "Qarabağ" detalı
Suriyanın Mənbic şəhərinin PKK terror qruplaşmasından azad edilməsi ilə bağlı reportajda üzərinə Azərbaycan bayrağının fonunda “Qarabağ” yazılmış kofta geymiş yeniyetmə də görünüb.
İstintaq tədbirləri nəticəsində ixracdan əldə olunan 35,7 milyon manatdan artıq vəsait Azərbaycana qaytarılıb
Читать полностью…Hazırda Azərbaycanın üç xarici ölkədə Liviya və Suriyada səfirlikləri, həmçinin Ukraynanın Odessa şəhərindəki baş konsulluğu fəaliyyət göstərmir
Читать полностью…🟢Diplomatların əcnəbi ilə ailə qurduqda müvafiq qurumu məlumatlandırma müddəti müəyyənləşir
Diplomatik xidmət orqanının əməkdaşları əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə nikaha daxil olduqda bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) on iş günü müddətində məlumatlandırmalıdır.
🇦🇿🇮🇱Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İsrail səfəri:
✔️Hikmət Hacıyevin İsrailə səfəri zamanı üzərinə qoyulmuş vəzifələrdən biri anlaşılmazlığın yaranmaması və mümkün insidentlərə yol verilməməsi üçün Türkiyə və İsrail arasında vasitəçilik missiyası olub.
✔️Səfər zamanı iki ölkəni yarana biləcək mümkün gərginlikdən sığortalamaq mümkün olub. (Qafqazinfo)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib
DSMF bildirir ki, digər bölgələri üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
Reyestrsiz dərmanın reseptə yazılmasına görə cərimələrin artırılması ilk oxunuşda təsdiqlənib
Layihəyə əsasən, "Dərman vasitələri haqqında" qanunda nəzərdə tutulan hal istisna olmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
Əhali Bəşər Əsədin əmisi oğlunu kəndirdən asdı
Latakiya sakinləri Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Süleyman Hilal Əsədi kəndirdən asıblar.
Bu barədə görüntülər Telegram kanallarında yer alıb.
Qeyd edək ki, Bəşər Əsədə müxaif olan “Heyət Təhrir əş-Şam” qruplaşması noyabrın 27-də ölkə ərazisində hücuma keçərək paytaxt Dəməşq də daxil olmaqla bir çox əraziləri ələ keçirib.
Nəticədə Bəşər Əsəd rejimi devrilib. O isə ailəsi ilə birgə Rusiyaya sığınıb.
‼Ötən gün Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisələrin birinə məxsus texniki anbarda kiçik yanğın olub, xəsarət alan olmayıb. Araşdırma aparılır.
Читать полностью…MN: Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir. Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.
Читать полностью…❗Masazırda bəzi əraziləri su basıb, 25 nəfər təxliyə olunub
FHN-dən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağan yağışlarla əlaqədar Abşeron rayonu, Masazır qəsəbəsində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub:
"Daxil olan məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb edilib. Görülmüş tədbirlər nəticəsində subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 6-sı azyaşlı olmaqla ümumilikdə 25 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib".
🔴Diplomatik xidmətə qəbul olunmayacağı nəzərdə tutulan şəxslərin siyahısı müəyyənləşir
Layihəyə əsasən, ikili vətəndaşlığı və ya digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, din xadimləri, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, əvvəllər ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş, yaxud barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər diplomatik xidmətə qəbul olunmayacaqlar.
Həmçinin tibbi rəyə əsasən əqli və ya fiziki pozuntlarına görə diplomatik xidmət orqanlarında xidmət keçməyə qadir olmayan şəxslər; dövlət orqanlarında (qurumlarında) əvvəllər yol verdiyi kobud pozuntuya və ya qulluqla (xidmətlə) bir araya sığmayan hərəkətlərə görə qulluğuna (xidmətinə) və ya əmək müqaviləsinə xitam verilmiş şəxslər və qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı hərbi mükəlləfiyyətli şəxslər də diplomatik xidmətə qəbul olunmayacaq şəxslər siyahısında yer alıb.
Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib:
İsparta vilayətində təlim uçuşu zamanı UH-1 tipli helikopterin qəzaya uğraması nəticəsində altı hərbi qulluqçunun şəhid olması barədə xəbər məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Baş vermiş qəzada şəhid olmuş qəhrəman türk hərbçilərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin
🇹🇷🥀 Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 nəfər həlak olub.
Qəza ölkənin İsparta vilayətinin Keçiborlu rayonunda baş verib.
Yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verən hadisə yerinə təcili yardım və xilasetmə briqadaları cəlb olunub.
Bu günədək “YAŞAT” Fonduna toplanan vəsaitin həcmi 91 537 792.07 manat olub. Xərclənən vəsaitin həcmi 86 762 869.26 manat, qalıq vəsaitin həcmi isə 4 774 922.81 manat təşkil edib.
Читать полностью…