❗️ Separatçıların Azərbaycana qarşı törədilmiş qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib.
⚠️ Ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15 nəfərdir.
❄“Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının möhtəşəm açılışı baş tutub
▫Yarmarka 15 yanvar 2025-ci il tarixinədək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Hər il olduğu kimi, yarmarkaya giriş ödənişsizdir.
❗❗ Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
Törətdiyi cinayət əməllərinə görə axtarışda olan şübhəli şəxs Qusar rayonunda saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə 30 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətov polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət büdcəsindəki ümumi məbləği 8 milyard 555 milyon manata çatdırılır
Читать полностью…Paytaxtda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib
Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Vaz 21074” markalı, 99-TD-097 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Muhəmmədəli Bayışlı saxlanılıb.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Bayışlının sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbs edilib.
🚌Bu gündən Qaraçuxur və Yeni Günəşli qəsəbələri, Mərkəzi Bank və Azərbaycan Tibb Universitetini əlaqələndirən yeni 20 nömrəli marşrut xətti üzrə avtobuslar sərnişinlərin istifadəsinə verilib.
Читать полностью…✔️Qarlı hava ilə əlaqədar Bakı-Şamaxı avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətində yaranmış çətinliklə bağlı əraziyə Yol Patrul Xidmətinin və digər aidiyyəti qurumun əməkdaşları cəlb olunub. Operativ müdaxilələrlə avtomobillərin hərəkəti bərpa olunub.
Читать полностью…🚨🚨🚨 Bakıda idman zalında DƏHŞƏT: 15 yaşlı yeniyetmə komanda yoldaşını öldürdü
Bakının Xətai rayonunda yerləşən "Hədəf" idman klubunda faciə baş verib.
Hadisə şahidinin dediklərinə görə, güləş zamanı 15 yaşlı yeniyetmə idmançılardan biri ehtiyatsızlıqdan digərini boğaraq öldürüb.
©️Globalinfo.az
Baş idarə rəisi: Doğulanda hər iki valideyni Azərbaycan vətəndaşı olan şəxslər hərbi xidmətə çağırılır
SHXÇDX-nin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev qeyd edib ki, Azərbaycan ikili vətəndaşlıq praktikasını tanımır:
“Həmin şəxslərin isə Azərbaycan vətəndaşlığı məsuliyyəti tanındığına görə hərbi xidmətə çağırılırlar. Çünki doğulanda hər iki valideyni Azərbaycan vətəndaşıdırsa, onlar xidmət etməlidirlər.
Müraciət edənlərin bəzilərinin valideynlərinin biri başqa ölkə vətəndaşı olur. İndi isə dəyişikliyə görə, kimsə Rusiyada doğulubsa, atası azərbaycanlı, anası rusdursa, ona Azərbaycanda hərbi xidmətdən azadetmə tətbiq ediləcək”.
⚽ Azərbaycan millisinin rəqibləri bəlli oldu.
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələ:
Fransa - Xorvatiya cütünün qalibi
İslandiya
Ukrayna
Azərbaycan
Qusarda məhv edilən silahlı ilə bağlı YENİ FAKTLAR - İŞİD bayrağı ilə gəzirmiş
Qusarda məhv edilən silahlı ilə bağlı yeni faktlar məlum olub.
Lent.az-a xəbər verir ki, radikal təriqətçi olduğu bildirilən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Alxas Şıxmətov kənd ərazisində silahla dolaşaraq insanları qorxuya salırmış.
Alnında İŞİD-in rəmzi olan sarğı ilə gəzməsi isə kənd camaatını tamamilə təşvişə salıb. Sakinlərin şikayəti əsasında əməliyyat keçirən polisə qarşı Şıxmətov silahlı müqavimət göstərib və vəziyyət nəzarətdən çıxmaq dərəcəsinə çatıb.
Təhlükəli radikalçı sonda polis əməkdaşlarının müdaxiləsi ilə məhv edilib.
🇦🇿 17 dekabr – Müdafiə Sənayesi Nazirliyi Əməkdaşlarının Peşə Bayramı Günü
Müdafiə Sənayesi Nazirliyi əməkdaşlarını peşə bayramı günü münasibətilə şəxsi heyəti təbrik edirik!
❗Prezidentin sərəncamı ilə Nəsir Natiq oğlu Məmmədov Azərbaycanın İraqdakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Читать полностью…BDYPİ: Ötən gün Quba və Göygöl rayonları ərazisində təkərləri mövsümə uyğun olmayan avtomobillərlə törədilmiş 2 yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Читать полностью…Prezidentin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsaitin 1 milyon manat və ya 20 faiz artırılması nəzərdə tutulub.
Читать полностью…🇹🇷 Ərdoğan “Sarı gəlin” mahnısını oxudu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda gənclərlə görüşündə müğənni Ferhat Göçerin oxuduğu “Sarı gəlin” mahnısını müşayiət edib.
Ərdoğanın videosu sosial şəbəkədə gündəm olub.
Ötən gün yağan qardan sonra Göygölün suyu donaraq buz bağlayıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
🚨 "Haber Global"ın əməkdaşı öldürüldü
Türkiyənin "Haber Global" telekanalının əməkdaşı Məhərrəm Can Kurtuluş silahlı hücumda həyatını itirib.
Kurtuluşa hücum edən 4 şübhəli qısa müddətdə saxlanılıb.
"Haber Global"ın əməkdaşı avtomobilini İstanbulun Beylikdüzü rayonundakı dayanacaqda saxlayıb. O, kafeyə tərəf gedərkən dayanacaqda dörd nəfərin məmurlarla mübahisə etdiyini görüb. O, tərəfləri sakitləşdirməyə çalışıb.
Sonradan dostu ilə kafedən çıxan Məhərrəm Can Kurtuluş maşınına minib və dayanacaqdan çıxarkən mübahisə etdiyi 4 şübhəli maşının qarşısını kəsib. Onlar maşından düşən "Haber Global"in əməkdaşını güllələyiblər və hadisə yerindən qaçıblar. Ağır yaralanan Kurtuluş aparıldığı xəstəxanada dünyasını dəyişib.
Polis bildirib ki, şübhəlilərin qaldıqları ünvanlarda aparılan axtarışlar zamanı 1 ədəd sənədsiz tapança, 4 ədəd tərəzi və 1 kilo 200 qram narkotik vasitə götürülüb.
‼️İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidenti Mixeil Kavelaşviliyə təbrik məktubu göndərib:
📣İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı, regionumuzun sabitliyi və təhlükəsizliyinin təmin olunması, iqtisadi potensialının reallaşdırılması naminə dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik.
Orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçıların yaş həddi 22-dən 21-ə endirilir.
Читать полностью…