20 Dekabr - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaranma günüdür.
Bu münasibətlə səhiyyənin inkişafı, vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin olunması istiqamətində çalışan bütün TƏBİBin əməkdaşlarını təbrik edirik!
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayon ərazisində pirotexniki vasitələrin səyyar satışını həyata keçirən A.Əzizzadə müəyyən olunaraq saxlanılıb. Ondan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkar edilib.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyi xəstəxanada müalicəsi davam etdirilən şagirdlərə baş çəkib
Читать полностью…Sürücülük hüququ olmadan saxta nömrə nişanından istifadə edən şəxs saxlanılıb
Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılan avtomobilin dövlət qeydiyyat nişanlarının saxta olduğu aşkarlanıb.
Belə ki, Qobustan rayonu ərazisində hərəkətdə olan “VAZ” markalı, tranzit dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xarici işıq cihazları nasaz olduğu üçün Alayın 3-cü taqımının əməkdaşı tərəfindən saxlanılıb. Sənədləri təqdim etmədiyi üçün sürücü Mustafa Mahmudzadə barəsində aparılan araşdırma zamanı məlum olub ki, o, sürücülük hüququ məhdudlaşdırıldığı halda avtomobil idarə etməklə yanaşı, həm də kustar üsulla hazırlanmış saxta nömrə nişanından istifadə edib.
Qanunvericiliyin tələblərini kobud şəkildə pozan M.Mahmudzadə barəsində müvafiq protokollar tərtib edilib, avtomobil isə hərəkətdən kənarlaşdırılaraq mühafizə olunan duracağa yerləşdirilib.
🔥🔥 Bakıda obyekt yanır
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.
Читать полностью…Gəncədə 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
M. adlı oğlanın bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Bıçaqlanan və hadisəni törədən şəxsin qəsəbədə yerləşən 21 nömrəli tam orta məktəbin şagirdləri olduğu deyilir. Məlumata görə, məktəbin 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb.
Hadisənin dərsdən sonra baş verdiyi bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
İlham Əliyev: Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir.
Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur.
⚡️Prezident: Biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq
Читать полностью…❗Ağsuda güclü külək ölümə səbəb olub.
Rayon sakini 53 yaşlı Kərimov Nazim Lazım oğlu küləkli hava ilə əlaqədar üzərinə darvazanın aşması nəticəsində ölüb.
DİM: Ötən il imtahan qaydalarını pozan abituriyent 3 il müddətinə azadlıqdan məhrum edilib
Читать полностью…Azərbaycanın Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq Ağababayev 96 yaşında vəfat edib. Xalq rəssamı 2023-cü ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.
Читать полностью…Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi publik hüquqi şəxs yaradılıb.
Читать полностью…Tovuz rayonu Aşağı Quşçu kənd orta məktəbində 15-dən çox şagird zəhərlənib.
"Report"un Qərb bürosunun məlumatına görə, zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Onların yanacaq sobasının tüstüsündən zəhərləndiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Bloqer Nərmin Bəylər qızı Mehdiyeva vəfat edib.
Onun bədənşəkilləndirmə əməliyyatı etdirəndən sonra vəziyyəti pisləşib.
Qadın əməliyyatdan iki gün sonra aptekə gedib, daha sonra evdə meyiti tapılıb.
Məlumata görə, N.Mehdiyeva orta təhsilini yarımçıq qoyub, ailədə beş bacı olublar. N.Mehdiyevanın boşandığı, bir qız övladı olduğu bildirilir.
/ Oxu.az
⚠️ Gəncədə məktəbliyə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisıni törətməkdə şübhəli bilinən M.Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.
Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb.
Читать полностью…❗Prezidentdən xəbərdarlıq : “Ermənistanın silahlandırılmasına son qoyulmalıdır”
“Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum xarakterli, ölümcül silahlardır və Azərbaycan üçün real təhlükə yaradır”.
“Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur və bir çox yaşayış məntəqələri sərhədə yaxın ərazilərdə yerləşir, həmçinin bu yaşayış məntəqələrinin böyük hissəsinə keçmiş məcburi köçkünlər geri qayıdır, biz, təbii ki, bu prosesin sadəcə kənar müşahidəçiləri ola bilmərik.
Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına bildirmişik ki, buna son qoyulmalıdır. Lakin, təəssüf ki, bizi eşitmədilər. Ermənistanın silahlanması prosesi böyük sürətlə davam edir”, - deyə dövlət başçısı əlavə edib.
Ucarda ümumi dəyəri 10 000 manata yaxın olan kabellər oğurlayan qohumlar saxlanılıblar
Читать полностью…Xətai rayonu, 8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən Zığ şosesi istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.
Читать полностью…