xeber24_tg | Unsorted

Telegram-канал xeber24_tg - Xeber24_tg

2027

ℹ️ Ölkədə və qlobalda baş verən ən son rəsmi xəbərləri bizim kanalımızdan izləyin.

Subscribe to a channel

Xeber24_tg

📍 Göygöl Milli Parkı

Читать полностью…

Xeber24_tg

⚠️ Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda yol qəzası olub, 2 nəfər ölüb

Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir

Читать полностью…

Xeber24_tg

Bu şəxslərə 6 MİN MANAT ödəniş ediləcək - DETALLAR

Читать полностью…

Xeber24_tg

🇦🇿 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu

DİN-in Polis Akademiyasının kursantları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr edilən “Qalib Azərbaycan” adlı 2-ci Hüquq Olimpiadasında iştirak ediblər.

Olimpiada, Hüquq və İnsan Haqları İnstitutu, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı, "Kəngərli və Partnyorları" Vəkil Bürosunun təşkilati dəstəyi ilə keçirilib.

Elmi hüquqi bilikləri əhatə edən yarışmada müxtəlif ali təhsil müəsissələrinin tələbə və kursantları birincilik uğrunda mübarizə aparıblar. Polis Akademiyasının kursantları bütün mərhələlərdə sahəvi sualların cavablandırılmasında birincilik nümayiş etdirməklə olimpadanın qalibi olub.

Читать полностью…

Xeber24_tg

"İlham babaya dedim ki, yerimi saxla, gələcəyəm...”

Читать полностью…

Xeber24_tg

❗İctimai qınaq obyekti olan sürücünün kimliyi məlum oldu

Kobud qayda pozuntularına yol verən sürücü ilə bağlı onlayn mediada yayılan videogörüntü araşdırılıb və qanunvericiliyə uyğun tədbir görülüb.

Belə ki, “VAZ 2105” markalı, 10-EC-357 dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq edən sürücü ilə bağlı xəbər saytlarda yayımlanan videogörüntü araşdırılarkən, hadisənin paytaxtın Maştağa qəsəbəsi ərazisində qeydə alındığı, qayda pozan sürücünün isə Elvin Nəcəfov olduğu müəyyən edilib.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək ictimai qınaq obyektinə çevrilməmək üçün onları intizamlı olmağa, diğər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa çağırır.

Читать полностью…

Xeber24_tg

‼️
Səbail rayonunda 2 avtomobildən oğurluq barədə polisə məlumatlar daxil olub.

*Səbail RPİ 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla* Badamdar qəsəbəsi ərazisində “VAZ-2107” markalı 2 avtomobildən müxtəlif üsul və vasitələrlə mobil telefon, içərisində pul, bank kartı və sənədlər olan pulqabıların oğurlanması məlum olub.

*Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə* oğurluq əməllərini törətməkdə şübhəli bilinən 27 yaşlı M.Təhməzli saxlanılıb.

Onun dekabrın 18-nə keçən gecə Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində “Volkswagen” və “Mercedes” markalı iki avtomobildən 4650 manat pul və bank kartları oğurlaması da müəyyən olunub.

Araşdırma aparılır.

Читать полностью…

Xeber24_tg

❗️ Qax və Balakəndə yanacaqdoldurma məntəqələrinin fəaliyyəti dayandırılıb

Читать полностью…

Xeber24_tg

Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Digər Sərəncamla Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni”nə sədr təyin edilib.

Читать полностью…

Xeber24_tg

❗❗Naxçıvanda hərbçimiz piyada əleyhinə minaya düşərək xəsarət alıb

Dekabrın 20-də saat 12:00 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Salmanov Ziyad İlqar oğlu Azərbaycan-Ermənistan şərti sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən piyada əleyhinə minaya düşərək xəsarət alıb.

İlk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün təhlükə yoxdur.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Читать полностью…

Xeber24_tg

Mayıl Əhmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla M.Əhmədova orden Azərbaycanda kitabxana işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə verilib.

Читать полностью…

Xeber24_tg

📢 Azərbaycanın Xalq rəssamı Tofiq Ağababayev dəfn olunub

Mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Читать полностью…

Xeber24_tg

❗Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa olundu

Bakı-Qazax avtomobil yolunda hərəkətdə olan “KİA” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Nail Həşimov Baş Dövlət Yol Polisi İdarəsinin VIII taqımının əməkdaşları tərəfindən stasionar posta saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.

Bununla yanaşı, üzərində narkotik vasitə aşkar olunduğu üçün N.Həşimov barəsində qanunamüvafiq tədbirlər görülməklə ərazi polis orqanına təhvil verilib.

Читать полностью…

Xeber24_tg

DİM: Ötən il imtahan qaydalarını pozan abituriyent 3 il müddətinə azadlıqdan məhrum edilib

Читать полностью…

Xeber24_tg

Azərbaycanın Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq Ağababayev 96 yaşında vəfat edib. Xalq rəssamı 2023-cü ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

Читать полностью…

Xeber24_tg

Sumqayıtda yanğın olub, 8 nəfər bina sakini təxliyə edilib

Sumqayıt şəhərində üçmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və 2 ədəd məişət avadanlığı yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Читать полностью…

Xeber24_tg

🇦🇿🎄 İllər sonra Xankəndidə Yeni il qeyd ediləcək

Читать полностью…

Xeber24_tg

Bakı Yeni ilə hazırlaşır😍

Читать полностью…

Xeber24_tg

🇦🇿 Polis Akademiyasında sən də təhsil ala bilərsən

Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları:

8880 qaynar xətti
(012)-590-97-76
(012) 454-12-78

Читать полностью…

Xeber24_tg

📢 Növbəti köç karvanı Şuşa şəhərinə çatıb, açarlar təqdim olunub

Читать полностью…

Xeber24_tg

‼️
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Novxanı qəsəbəsi ərazisində müxtəlif vaxtlarda “KamAZ” markalı 5 yük avtomobilindən akkumulyator və yanacaq oğurlamaqda şübhəli bilinən 33 yaşlı E.Alşanov və 35 yaşlı E.Qasımov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Читать полностью…

Xeber24_tg

🇦🇿 Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 49 ailə - 191 nəfər köçürülüb.

Читать полностью…

Xeber24_tg

Bank kart kodlarını naməlum şəxslərə verməyin! — DİN çağırış edir

Bank işçiləri heç vaxt bankın göndərdiyi SMS-də kart kodu, PİN kodu və ya digər kod, məlumatlar tələb etmirlər.

Bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, yalnız fırıldaqçılar gizli kodlarla maraqlanır. Məhz bu üsulla, xarici nömrələrdən zəng olunmaqla, “bankdandır, bank kartınıza müdaxilə var” adı ilə talama halları var və geniş vüsət alıb. Bu metodlarla dekabrın 19-20 tarixlərində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından 50000, 13000, 10000, 8650, 8400, 4715, 4700, 7250, 4000, 3900, 3572, 3500, 2360, 2340, 2396, 2397, 2300, 2200, 1960, 1886, 1500, 1480, 1480, 1300, 1150, 900, 850, 750, 740, 570, 410, 400, 378, 200, 170, 130, 100, 97, 51, 50 manat oğurlanıb.

Elə zərərçəkmişlər var ki, özündə olan digər kartların da məlumatlarını verib ki, xahiş edirəm, buna da baxın, karta müdaxilə varsa, aradan qaldırın. Nəticədə həmin kartlarda olan vəsaitlər də oğurlanıb.

Heç bir halda şəxsi olan, məxfilik daşıyan bank kartı məlumatlar qarşı tərəfə-naməlum şəxsə verilə bilməz, çünki bu məlumatlarla maraqlanan şəxsin məqsədi pullarınızı tala-maq-dır.

Читать полностью…

Xeber24_tg

❗️ Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində dənizdə batan şəxs xilas edilib

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Qeyd edilib ki, həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş - 1961-ci il təvəllüdlü S.Ağayeva dalğıclar tərəfindən xilas edilib.

Читать полностью…

Xeber24_tg

Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat tədbirləri davam etdirilir.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 1978-ci il təvəllüdlü Rahmat Jabraeılnezhad paytaxtda saxlanılıb.

Onun yaşadığı evdən külli miqdarda heroin, 450 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

R.Jabraeılnezhad aşkar olunan narkotik vasitəni Yasamal rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini və ayrı-ayrı yerlərə çatdırıb maddi qazanc məqsədi ilə əldə etdiyini bildirib.
O, narkotik vasitələrin əsas tədarükçülərindən biri olub, adı narkotiklə əlaqəli cinayətlərdə keçir.

Fakta görə cinayət işi başlanılıb, şübhəli şəxs edilib.

Читать полностью…

Xeber24_tg

‼️Xankəndi şəhərində “Zəfər parkı” salınacaq.

Читать полностью…

Xeber24_tg

Saray qəsəbəsində yaşayış binasında baş verən yanğın söndürülüb

Читать полностью…

Xeber24_tg

🧑‍🎄Bakıda qeydə alınan görüntülər:

Читать полностью…

Xeber24_tg

20 Dekabr - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaranma günüdür.

Bu münasibətlə səhiyyənin inkişafı, vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin olunması istiqamətində çalışan bütün TƏBİBin əməkdaşlarını təbrik edirik!

Читать полностью…

Xeber24_tg

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayon ərazisində pirotexniki vasitələrin səyyar satışını həyata keçirən A.Əzizzadə müəyyən olunaraq saxlanılıb. Ondan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkar edilib.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Читать полностью…
Subscribe to a channel