❗️ Zabratda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat – 2 qəsəbəsində yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 250kv.m. olan avtomobil təmiri sexinin bir boksunda baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına, o cümlədən digər bokslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
⚡ Türkiyədə partlayıcı maddə istehsal edən müəssisədə partlayış olub, 12 nəfər ölüb, 3 nəfər yaralanıb
Читать полностью…“TikTok”-da təhlükəli trendə qoşulan şəxs həbs edildi
“TikTok”-da kustar üsulla kimyəvi maddələrin birləşməsindən təhlükəli partlayış yaratmaqla kütləvi paylaşımlar edilir.
DİN-dən bildirilib ki, polis əməkdaşları tərəfindən sosial şəbəkələrdə təhlükəli trendə çevrilən bu halla bağlı qəti tədbirlər görülür.
Bərdə rayonunda partlayıcı maddə hazırlayaraq görüntülərini "TikTok” sosial şəbəkəsində yayan şəxs müəyyən olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 2003-cü il təvəllüdlü Ziyadov Xanlar saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı partlayıcı maddənin hazırlanması üçün vasitələr və partlayıcını istifadə etdiyi barədə "TikTok" sosial şəbəkəsində yayımladığı görüntü aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, X.Ziyadov həbs edilib. Araşdırmalar davam etdirilir
📍Diqqətə çatdırırıq ki, izləyici toplamaq üçün istifadə olunan hərəkətlər insan həyatı və sağlamlığı üçün təhlükə mənbəyidir, vətəndaşları belə əməllərdən çəkinməyə çağırırıq.
🚘⚠️ Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur:
1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
3. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
6. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
❗️Polis əxlaqsızlığı təbliğ edən TikTok-ləri saxlayıb
“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Vətəndaşların narazılığına səbəb olan *emin_resad*” və “*azerzahid6669966*” adlı istifadəçilər tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.
Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “*emin_resad*” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “*azerzahid6669966*” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.
❗️Bakının "4-cü mikrorayon” dairəsi yaxınlığındakı obyektdə yanğın söndürülüb
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib
Bakı şəhərinin Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən beşmərtəbəli yaşayış binasına bitişik obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən binaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektlərdən birində baş vermiş yanğın ilə əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.
🇦🇿 Dünya liderləri Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edirlər - YENİLƏNİR
● Si Cinpin İlham Əliyevi ad günü münasibətilə təbrik edib.
●Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov İlham Əliyevi ad günü münasibətilə təbrik edib.
● Rusiyanın Baş naziri Mixail Mişustin Prezident İlham Əliyevi təbrik edib.
● Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
● Gürcüstanın Baş naziri İrakli Kobaxidze doğum günü ilə bağlı Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
● Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
● Vladimir Putin İlham Əliyevi təbrik edib
● Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
● Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.
Читать полностью…AYNA: Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 450 avtomobil gözləyir.
Читать полностью…❗Kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədi ilə Şirvanda əhali arasında maarifləndirmə işi gücləndirilib.
Читать полностью…⚡“Keşlə bazarı”nda söküntü işləri təxirə salınır
"Keşlə bazarı"nda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq bazarda söküntü işlərinin başlanılması 2025-ci ilin fevral ayının 1-nə qədər təxirə salınıb.
Qeyd edək ki, dünən bir qrup sahibkar və satıcı söküntü işlərinin 10 gün ərzində başlanılmasına etiraz olaraq aksiya keçirmişdi.
❗ YPX əməkdaşlarının çevik müdaxiləsi yanğının qarşısını aldı
Quba rayon sakini Ramin Quliyevin idarə etdiyi yük avtomobili magistral yolda hərəkətdə olarkən nəqliyyat vasitəsinin mühərrikində tüstülənmə qeydə alınıb. Tüstünün getdikcə yanğına çevrildiyini görən sürücü avtomobili DYP-nin yaxınlıqda yerləşən stasionar postuna sürərək kömək istəyib. YPX Alayının 12-ci taqımının əməkdaşlarının çevik müdaxiləsi nəticəsində alov söndürülüb və avtomobilin yanaraq tamamilə sıradan çıxmasının qarşısı alınıb.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrinin sahiblərinə və sürücülərə müraciət edərək onları nəqliyyat vasitələrinin texniki sazlığını daim diqqət mərkəzində saxlamağa, YPX əməkdaşlarının ağır fəsadların baş verməməsi üçün təhlükə ilə üz-üzə qaldıqları sözügedən hadisədən düzgün nəticə çıxarmağa çağırır.
NİİM Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar bölgələrə səfər edənlərə müraciət edib
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciəti
Hər il olduğu kimi bu il də bayram və tətil günləri ilə əlaqədar bölgələrə səfər edənlərin sayının çox olacağı gözlənilir. Həm paytaxtın mərkəzi küçə və prospektlərində, həm də Bakı-Sumqayıt şosesi və şəhərə cənub istiqamətdən giriş-çıxışda rayonlara səfər edənlərin çox olması səbəbindən, xüsusilə də axşam saatlarında yollarda avtomobil sıxlığının yaranacağı ehtimal olunur. Bunu nəzərə alaraq vətəndaşlara tövsiyə edirik ki, səfərlərini erkən saatlarda planlaşdırsınlar. Gücləndirilmiş iş rejimində çalışacaq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən sürücülərə yollardakı vəziyyətlə bağlı mütəmadi olaraq məlumat veriləcək.
🔥 Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlanılıb
Polis əməkdaşları tərəfindən ölkə ərazisində partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Beyləqan, Ucar, Ağcabədi, Hacıqabul, Masallı, Salyan və Şamaxı rayonlarında keçirilən növbəti tədbirlərlə partlayıcı maddələrin gizli şəkildə satışını təşkil edən 7 nəfər müəyyən olunaraq saxlanılıb. Onlara məxsus mağazalardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.
Faktlar üzrə həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəmələrə göndərilib.
Ağdaşda narkotiklərin dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlərlə rayon sakinləri – Elnur Əhmədzadə, Elvin İsmayılov, İlqar Ələkbərov və Elman Kərimov saxlanılıblar. Onların yaşadıqları ünvanlardan və idarə etdikləri avtomobillərdən ümumilikdə 2 kiloqram marixuana aşkar olunub.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
📢Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır
Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Elmin Rüstəmov iş üzrə məhkəmə prosesinə sədrlik edəcək hakim təyin edilib.
Nəsimi rayonu, “4-cü mikrorayon” dairəsi, Hüseyin Seyidzadə küçəsində baş vemiş yanğın səbəbindən Mir Cəlal Paşayev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Читать полностью…Səhiyyə Nazirliyində əməliyyat keçirilir: SAXLANILANLAR VAR
Bu dəqiqələrdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilir.
Əməliyyat zamanı saxlanılanlar var.
Bildirilib ki, əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədardır.
Qeyd edək ki, plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksəkvəzifəli məmurlarının - nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanırdı.
⛽️ Bakıda Lukoil YDM-də avtomobillərə benzin əvəzinə su doldurulduğu iddia edilən videolar yayılıb.
Su qarışan benzinə görə şirkət rəsmisi kompensasiya ödəniləcəyinə söz verib.
🇦🇿🇷🇺 1 yanvardan Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq.
Читать полностью…🇦🇿❗ Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinə kursantların qəbuluna dair müsabiqə elan edir.
Müsabiqədə Azərbaycan dilini sərbəst bilən, tam orta təhsilli, boyu azı 175 sm, yaşı 30-dan çox, 20-dən az olmayan və müddətli həqiqi hərbi xidmət keçmiş Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.
Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- tam orta təhsil haqqında sənəd (attestat);
- yaşayış yeri üzrə tibb müəssisəsindən Daxili İşlər Nazirliyinə təqdim olunması üçün sağlamlıq haqqında arayış;
- hərbi bilеt;
- əmək kitabçası;
- arayış (ailə tərkibi və yaşayış yeri haqqında, işləyənlər üçün isə əlavə olaraq iş yerlərindən);
- xasiyyətnamə (yaşayış və ya iş yerindən);
- 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil.
Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları:
060-600-11-00
050-356-64-24
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - Polisin internet əməliyyatı
Sosial şəbəkələrdə uşaq baxçalarında işə qəbulla bağlı saxta elanlarla insanları aldadan və onların pul vəsaitləri ələ keçirən şəxs müəyyən olunub.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşlara qarşı kütləvi dələduzluq əməllərində şübhəli bilinən daha bir nəfər - 1995-ci il təvəllüdlü Mirnicat Əmirov saxlanılıb.
Müəyyən edilib ki, M.Əmirov onunla əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun onun kartına köçürülməsini tələb edib. O, həmin pulları nağdlaşdırıldıqdan sonra zərərçəkənlərin əlaqə nömrələrini bloklayıb.
Şübhəli şəxsən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələr və digər elektron sübutlar aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
✨ Yeni il ab-havasına bürünən Bakı Bulvarı qonaqlarını qarşılamağa hazırlaşır!
FOTOLAR: Dənizkənarı Bulvar İdarəsi