⚡️Putinin təklifi ilə MDB dövlət başçıları iclasa başlamazdan əvvəl AZAL-ın təyyarə qəzasında həlak olanların xatirəsini anıblar
Читать полностью…❗️Baş Prokurorluq: Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlanıb
“Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Cinayət işinin istintaqı ilə bağlı Baş Prokurorluqda yaradılmış istintaq qrupunun üzvləri Baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə Qazaxıstan Respublikasına ezam olunub. Habelə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iş üzrə müvafiq istintaq və digər zəruri prosessual hərəkətlərin icra olunması məqsədilə Qazaxıstan Respublikasının Baş Prokurorluğuna Beynəlxalq hüquqi yardım haqqında vəsatət göndərilib.
Qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər icra olunur.
Azərbaycan Respublikasının Baş Prokurorluğu təyyarə qəzası nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayır
Türkiyə, Serbiya, Pakistan, Böyük Britaniya Azərbaycana başsağlığı verib
MƏLUMAT YENİLƏNİR
SON DƏQİQƏ ❗
AZAL-ın J2-8243 nömrəli Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı:
1. Ağayev Ramin
2. Əhmədov Rəşad
3. Əlimirzəyeva Xədicə
4. Əlimirzoyev Əli
5. Əliyev Zamin İdris
6. Anqbazova Maleyka
7. Arsbayeva Ceyran
8. Arsbayeva Madina
9. Asanov Rinat
10. Atsayeva Zaira
11. Babayev Anar
12. Bayramova Leyla
13. Bayramzadə Ayhan
14. Bislieva Cəmilə
15. Devrişov Samir
16. Devrişov Tofik
17. Cünüşaliyev Erlan
18. Ediev Uvais
19. Eqanov Məhəmmədəli
20. Evstiqneeva Kristin
21. Filiyev Ramazan
22. Qədirov Heydər
23. Qistarov İbrahim
24. Qistarov Rəşid
25. Qoqamova Möminat
26. Qurbaxov Həmzət
27. İandarov Arbi
28. İbrahimov Ramin
29. İgidova Nərminə
30. İsmayılov İsmayıl
31. İsmayılov Həbib
32. Cəfərov Toğrul
33. Cəlilov Nizami
34. Carayev Arif
35. Carayev Hacibrahim
36. Carayev Mahir
37. Ceerov Xızrı
38. Ceerova Salihət
39. Cüməqulov Bauyrcan
40. Cütayeva Salima
41. Xalayeva Hafisət
42. Kostiyev İbrahimxan
43. Maxsudova Qalina
44. Məmedov Zaur
45. Mehdiev Yadigar
46. Mustafayev Faiq
47. Omarova Leyla
48. Osmonov Tilek
49. Papaxov Mahəmməd
50. Rəximov Subxonkul
51. Sadıqov Qoşqar
52. Səidullayev Zinatul
53. Şabanova Vafa
54. Şaimərdanova Qauk
55. Siracov Nurullah
56. Siracova Müslimat
57. Tuleşsinov Sandibek
58. Tutunçiyev Mahmud
59. Ubaev Arbi
60. Yeznayeva Rana
61. Cəməlullail Medin
62. Cumaqat Eldar
⚡Prezident İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması səbəbilə Rusiyada MDB dövlət başçılarının iclasında iştirakını təxirə salıb.
Читать полностью…⚡️AZAL: Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək.
Читать полностью…⚡Qazaxıstan KİV: Təyyarə qəzası baş verən yerdən müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 nəfər (onlardan biri uşaqdır) Aktaudakı Manqistau Regional Xəstəxanasına çatdırılıb.
Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub.
⚡İlham Əliyev sərəncam imzalayıb
● Sərəncamla xüsusi dövlət komissiyası yaradılıb
● Aktau şəhərinin yaxınlığında təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılacaq və müvafiq tədbirlər görüləcək
- Xahiş edirəm kömək edin!
- Nə, qalxa bilərik?
- Xahiş edirəm qaldırın.
Aktauya düşən təyyarənin salonundan görüntülər.
🇦🇿 Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirib
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
❗️ Prezidentin təyyarəsi havada olarkən geri dönüş edib
Bu gün Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib.
Təyyarədə olarkən dövlət başçısı tərəfindən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımı tapşırıqlar verib.
AZAL rəsmisi brifinqdə: İndiyə olan məlumat budur ki, qəzadan 32 nəfər sağ çıxıb. Onların müalicəsi aparılır.
Читать полностью…🇰🇿 Qazaxstan vətəndaşları kütləvi olaraq qan vermək üçün xəstəxanalara üz tutublar.
Читать полностью…❗️Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirik!
Читать полностью…AZAL-ın qəzaya uğramış təyyarəsində dörd yetkinlik yaşına çatmayan şəxs olub
AZAL-ın qəzaya uğramış təyyarəsində dörd yetkinlik yaşına çatmayan şəxs olub
Qazaxıstanda “Azərbaycan Hava Yolları”nın (AZAL) qəzaya uğrayan təyyarəsində 4 yetkinlik yaşına çatmayan şəxs olub.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Onlardan biri 16 yaşında, biri 17 yaşında, ikisi isə 11 yaşında olub.
‼️Prezident İlham Əliyevin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər.
Читать полностью…⚡⚡Qazaxıstan KİV: Təyyarədə 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan, 3 Qırğızıstan vətəndaşı olub.
Читать полностью…AZAL: Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.
Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.