xeber24_tg | Unsorted

Telegram-канал xeber24_tg - Xeber24_tg

2027

ℹ️ Ölkədə və qlobalda baş verən ən son rəsmi xəbərləri bizim kanalımızdan izləyin.

Subscribe to a channel

Xeber24_tg

TƏSDİQLƏNDİ‼️Hərbi xidmətdən boyun qaçıranların ölkədən getmək hüququ məhdudlaşdırılacaq

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda çağırış üzrə qərar qəbul edilənədək Vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırılacaq.

Читать полностью…

Xeber24_tg

📢 Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddinin azaldılması son oxunuşda təsdiqlənib

Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.

Читать полностью…

Xeber24_tg

⚡⚡Hava hücumu təhlükəsi ilə əlaqədar bu gün səhərdən etibarən Qroznı hava limanında uçuşlar tam məhdudlaşdırılıb (RBK)

Читать полностью…

Xeber24_tg

❗️İlhamə Elşadqızı ağır ittihamla həbs edildi

“TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla tutulan şair İlhamə Elşadqızı da cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, son vaxtlar çıxışları ilə qınaq obyektinə çevrilən tiktokçu Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir. Onun istintaqdan gizlənmək ehtimalı da nəzərə alınaraq azadlıqda qalması əsaslı hesab edilməyib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə İlhamə Elşadqızı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O, verilmiş ittihamla təqsirli bilinərsə, 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Читать полностью…

Xeber24_tg

Sərxoş moped sürücüsünün ağır fəsadlar törətməsinin qarşısı alınıb

Sayı sürətlə artmaqda olan moped istifadəçiləri arasında intizamsızlığa yol verən sürücülərə qarşı mübarizə tədbirləri davam edir.

Belə ki, Baş DYP İdarəsinin YPX Alayının 2-ci taqımının əməkdaşları tərəfindən bu sahədə aparılan nəzarət-profilaktik tədbirlər zamanı təhlükəsizlik dəbilqəsini geyinmədiyi üçün saxlanılan moped sürücüsünün sərxoş olduğu aşkarlanıb.

Təəssüf ki, mopedin sükanı arxasına sərxoş vəziyyətdə əyləşən Xaçmaz rayon sakini Hüseyn Nəzərli bu əməli ilə nəinki özünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını real təhlükəyə atmasının fərqinə varmayıb.

Qeyd edək ki, motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri tərəfindən cari ilin 11 ayı ərzində respublika üzrə 46 yol-nəqliyyat hadisəsi törədilib ki, nəticədə 16 nəfər həyatını itirib, 34 nəfər isə xəsarət alıb.

Читать полностью…

Xeber24_tg

❗️Qəzada həlak olanların birinin nəşi ailəsin təhvil verildi

Qazaxstanın Aktau şəhərində qəzaya uğrayan sərnişin təyyarəsində həlak olan sərnişinlərdən Balakən rayon sakini 1998-ci il təvəllüdlü Ramazan Nərman oğlu Filiyevin nəşi rayona gətirilərək bu gün səhər saatlarında ailəsinə təhvil verilib.

Читать полностью…

Xeber24_tg

⚡️Soçi hava limanında bütün uçuşlar hava hücumu təhlükəsi ilə əlaqədar dayandırılıb

Читать полностью…

Xeber24_tg

Məhəmmədəlinin anasından təsirli vida videosu 🥀

Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində vəfat edənlər arasında 13 yaşlı futbolçu Məhəmmədəli Eqanov da olub.

Məhəmmədəlinin anası oğlu ilə vida videosu paylaşıb...

Читать полностью…

Xeber24_tg

⚡️⚡️Qazaxıstanda qəzadan sağ çıxan yaralılara yüksək səviyyəli tibbi yardım göstərilib.

Səhiyyə nazirinin müavini İlqar Qasımovun sözlərinə görə, artıq 7 yaralı Bakıya gətirilib, daha 7 nəfərin gətirilməsi planlaşdırılır.

Hazırda vəziyyəti ağır olan üç nəfər Qazaxıstandadır, xəsarət alan uşağın vəziyyəti isə orta ağırdır.

Читать полностью…

Xeber24_tg

❗️14 yaralı vətəndaşımız Bakıya yola salındı

Читать полностью…

Xeber24_tg

‼️ Ötən gün Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL təyyarəsi Qroznı şəhərinə yaxınlaşan zaman hücuma məruz qalıb.

Bu barədə "Caliber" məlumat əldə edib.

Qeyd olunur ki, Rusiya tərəfindən elektron sistemlərdə məhdudiyyətlərin tətbiq edilməsi təyyarənin rabitə sistemini iflic edib.

Məlumata görə, Rusiya HHM-ləri Ukrayna PUA-larını vurmağa çalışırmış.

Читать полностью…

Xeber24_tg

Bakı-Qroznı J2-8243 reysi zamanı baş vermiş faciə nəticəsində həyatını itirənlər Heydər Əliyev Beynəlxalq Aeroportunda bir dəqiqəlik sükutla anıldı. Allah rəhmət eləsin!

Читать полностью…

Xeber24_tg

⚡️⚡️AZAL-ın qəzaya uğrayan təyyarəsində öldüyü güman edilən Zaqatala sakininin sağ olduğu məlum olub

Zaqatalanın Danaçı kənd sakini olan Mahir Carayev xəstəxanadan ailəsi ilə əlaqə yaradıb.

O, vəziyyətinin yaxşı olduğunu dilə gətirib.

Qeyd edək ki, hadisədən dərhal sonra Mahir Carayevin həlak olduğu bildirilirdi.

Ailəsi onunla heç cürə əlaqə yarada bilmədiyi üçün artıq ümidlərini kəsmişdi.

Uzun çəkən axtarışlardan sonra onun qəzadan sağ çıxdığı məlum olub.

Xatırladaq ki, qəzaya uğrayan təyyarədə Zaqataladan 10 nəfər olub.

Читать полностью…

Xeber24_tg

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb

Читать полностью…

Xeber24_tg

✈️ AZAL-ın prezidenti: Ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb

Читать полностью…

Xeber24_tg

Son 2 gün ərzində Bakıda və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 31 nəfər müəyyən edilib

Partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, son 2 gün ərzində paytaxtın Nəsimi, Suraxanı, Sabunçu, Səbail, Xətai rayonları, həmçinin, Sumqayıt şəhəri, Abşeron, Tovuz, Füzuli, Goranboy, Tərtər, Gədəbəy, Biləsuvar, Şəmkir, Ağstafa, Sabirabad, Beyləqan və Ağdamda keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışını təşkil edən 31 nəfər müəyyən olunub. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

Faktlar üzrə həmin şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.

Читать полностью…

Xeber24_tg

İqor Knyaşkinin ailəsi : "Cənazənin nə vaxt veriləcəyini dəqiq bilmirik, ötən gecə gətirilən 4 cənazə arasında o yoxdur. Cənazəni müəyyənləşdirmək üçün dünən qan analizi vermişik, gözləyirik”.

Читать полностью…

Xeber24_tg

Ukraynanın Azərbaycandakı səfiri Hava Limanı önündə yerləşdirilmiş xatirə lövhəsini ziyarət edib, gül dəstələri qoyub

Читать полностью…

Xeber24_tg

🔴 Təyyarə qəzasında həlak olan Qoşqar Sadıqov Cəlilabadda dəfn olunub

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovun nəşi ailəsinə təhvil verilib.

"Report"un Muğan bürosunun məlumatına görə, daha sonra onun nəşi rayonun Mirzəli kəndində dəfn edilib.

Читать полностью…

Xeber24_tg

🥀 Faciə qurbanlarının xatirəsi üçün Xəzərə çələnglər buraxılıb

Читать полностью…

Xeber24_tg

“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının qərarı ilə 25.12.2024-cü il tarixində Qazaxıstan Respublikası ərazisində qəzaya uğramış “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20.000 manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsi müəyyən edilmişdir.

Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.

Читать полностью…

Xeber24_tg

Qəzada sağ qalan 2 ekipaj üzvü Stüardessa Aydan Rəhimli və Stüard Zülfüqar Əsadov artıq Bakıdadır.

Читать полностью…

Xeber24_tg

❗️Aktau sakinləri yaralı azərbaycanlı sərnişinləri Bakıya yola salmaq üçün aeroporta yığışıblar.

Читать полностью…

Xeber24_tg

⚡️Rossaviasiya hava hücumu təhlükəsi ilə əlaqədar Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski və Kaluqa hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb

Mənbə: Rusiya KİV

Читать полностью…

Xeber24_tg

⚡⚡"Euronews": AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb

Читать полностью…

Xeber24_tg

Təyyarə qəzasında yaralananlar Aktaudan Bakıya göndərilir

Читать полностью…

Xeber24_tg

Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan tiktoker Vüqar Zeynalzadə (Vaqa) və Nuh Məmmədov da həbs edilib.

Читать полностью…

Xeber24_tg

İran Prezidenti azərbaycanlı həmkarına başsağlığı verib

Читать полностью…

Xeber24_tg

⚡⚡Qazaxıstan senatının sədri bildirib ki, Azərbaycan, Qazaxıstan və Rusiya təyyarə qəzasının əsl səbəbini gizlətməkdə maraqlı deyil. Qəzanın səbəbi ictimaiyyətə açıqlanacaq.

Читать полностью…

Xeber24_tg

Samir Rzayev: Sağ qalan şəxslərin ölkəyə gətirməsi günün ikinci yarsında həyata keçiriləcək. Həyatını itirən şəxslərin cənazəsi isə iki gün ərzində gətiriləcək.

Читать полностью…
Subscribe to a channel