❗️Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə 200 tona yaxın yardım göndərilib.
Читать полностью…Suraxanıda ödəmə terminalından oğurluq edən şəxs saxlanılıb
Dekabrın 22-nə keçən gecə Suraxanı rayonu ərazisində mağazaların birində quraşdırılan və kassa aparatında 5000 manata yaxın maddi vəsait olan ödəmə terminalının oğurlanması barədə polisə məlumat daxil olub.
Suraxanı RPİ 30-cu Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı İlham Rəhmanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
❌🇦🇿❗️Xəzər dənizinin Azərbaycana aid hissəsində 4 maqnitudalı zəlzələ qeydə alınıb. - yeraltı təkanların ocağı 65 km dərinlikdə olub.
Читать полностью…❗️Daha bir təyyarə qəzası
BƏƏ-də yüngül mühərrikli təyyarə Ras əl-Xəymə əmirliyinin sahillərində qəzaya uğrayıb, nəticədə iki nəfər həlak olub
🇦🇿 Prezident təsdiqlədi !
Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldılıb
Bununla bağlı İlham Əliyev Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişikliyi təsdiqləyib.
Belə ki, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.
Tiktoker Zəhra Abbasova ev dustaqlığına buraxılıb.
Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Lakin Nərimanov Rayon Məhkəməsinin qərarı ilə tiktoker barəsində seçilmiş 4 aylıq ibtidai istintaq davam edir.
Xatırladaq ki Zəhra Abbasova bu yaxınlarda polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılmışdı.
Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülərək barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.
Qeyd edək ki, “TikTok” əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.
❗️İlham Əliyev: Pilotlar və ekipaj üzvləri - onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər. Onların fəaliyyəti, yenə də deyirəm, Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcək.
Читать полностью…Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib
Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.
Rəşad Nəbiyev: Azərbaycanın hava yolları təhlükəsizlik və keyfiyyət standartlarına görə dünya miqyasında etibarlı hava yollarından biri kimi tanınır.
Xüsusilə, təcrübəli pilotların peşəkarlığı və sücayəti bu sahədə böyük əhəmiyyət kəsb edir. Onların çətin anlarda göstərdiyi qəhrəmanlıq Azərbaycan aviasiya tarixində silinməz iz buraxıb.
Təyyarə yaranan qəza zamanı siqnal göndərməsinə yaxınlıqdakı hava limanları nədənsə təyyarəmizi qəbul etməyiblər. Səbəbləri araşdırılacaq.
AZAL-ın vitse-prezidenti
⚡Prezident və Birinci xanım təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasiminə əklil göndəriblər
Читать полностью…🛬 AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra reyslərinin uçuşu Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti səbəbindən gecikir.
Читать полностью…❗ Göyçayda İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi 8 nəfər saxlanılıb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Zeytunə Mirzəyeva, Valid Kazımlı və Tural Niftəliyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onlardan 8 kiloqram 350 qram marixuana aşkarlanıb. Saxlanılanlar şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiklərini və pul qarşılığında narkotik vasitələri paytaxta aparmağa razılaşdıqlarını bildiriblər.
Keçirilən digər əməliyyatlar zamanı narkotiklərin dövriyyəsini təşkil edən daha 5 nəfər- Samir Məmmədov, Müşviq Cəfərov, Ruslan Əliyev, Elşən Niyətov və Rüstəm Mirzəyev saxlanılıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
❗️Azərbaycanda yeddi günlük bayram tətili başlayıb
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - dekabrın 31-i,
Yeni il bayramı - 1 və 2 yanvar qeyri-iş günüdür.
Gələn il 4 və 5 yanvar şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bir həftə ardıcıl - 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar 2025-ci il tarixləri qeyri-iş günləri olacaq.
❗️Son Dəqiqə: Qazaxıstan qəzaya uğramış təyyarənin “qara qutuları”nı Braziliyadakı CENIPA-ya göndərəcək
Bu barədə Mərkəzi Asiya ölkəsinin Nəqliyyat Nazirliyi bildirib.
Dövlət qurumu bildirib ki, Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin standartlarına uyğun olaraq, araşdırmanı aparan dövlət göyərtədəki yazıcı məlumatlarının oxunmasını təmin edir və bunun üçün ölkənin seçilməsi barədə qərar qəbul edir.
🇦🇿❗AZAL-ın vəfat edən ekipaj üzvlərinə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Kşnyakin İqor İvanoviç (ölümündən sonra)
Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra)
Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra)
Bakıda müalicəsi davam edən aviaqəza yaralıları:
1. Devrişov Tofik
2. Devrişov Samir
3. Bayramzadə Ayhan
4. Əliyev Zamin
5. Cəlilov Nizami
6. Qədirov Heydər
7. Şabanova Vafa
8. Əsədov Zülfüqar
9. Cəfərov Toğrul
10. Siracov Nurullah
11. Papaxov Mahəmməd
12. Ceerova Salihət
13. Rəhimli Aydan
14. Carayev Mahir
Fotolar - Prezident İlham Əliyev və xanımı təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib.
Читать полностью…⚡️Prezident: “Qara qutu”lar açılandan sonra bilinəcək ki, nə üçün təyyarə enə bilməyib? Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib, daha yaxın Minvod və Mahaçqala hava limanları idi. Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi? Müxtəlif fərziyyələr var. Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən göndərildi ki, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək. Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni, bütün bu suallara hələ ki, cavab yoxdur.
Читать полностью…❗️🇦🇿İlham Əliyev: Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır.
Читать полностью…İlham Əliyev Azərbaycan Televiziyasına Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib.
Читать полностью…Təyyarəyə üç xarici təsir olub və nəticədə təyyarə qəzası baş verib - AZAL-ın prezidenti
Читать полностью…⚡Rəşad Nəbiyev: Yerli və beynəlxalq ekspertlərin rəyi ondan ibarətdir ki, ekipaj üzvləri onlarla insanı xilas ediblər.
Читать полностью…