Bu əkizlər dünən axşam Çin'lə Hindistan sınırında 5500 metr hündürlükdə salınıb. Hər 150 ildən bir ay bunca yerə yaxınlaşır.
Siz də görün deyə paylaşıldı.
@OXULUMUZ
💙❤️💚
🔷گؤزل آزربایجان
🔷قاراداغین کند حیاتی
🔷موسیقی: آشیق محبوب خلیلی «سالامات قال»
🎥 محمدرضا بهمرام
🌍 آرازنیوز، آزربایجان دونیاسینا آچیلان پنجره ...
🔗 @ArazNews
آذربایجان ادبیاتینین آسمانیندا پارلایان اولدوزلاردان بیری، حکیم محمد فضولی (ر.ع.) ایکی رۆباعیسینده بئله بویورور:
«تا دؤورده دیر دایره-یی کؤون-ۆ فساد،
مۆمکۆن دگیل اولماق حرکاتیندان شاد!
طاس-ی فلک ایچره کعبتئین-ی أنجۆم
گؤرستمز ایمیش هیچ کیمه نقش-ی موراد.»
فیضولی مؤولانا محمد، تۆرکچه دیوان، ترتیب إدن: بهرام أسدی، ناشیر: یاز نشر، اورمیه ۱۳۹۰, ص. ۳۴۱
@@@@@@@@
إی کسب-ی کماله إعتیقادین ناقیص،
تحصیل-ی کماله ایجتیهادین ناقیص،
عار إتمه طلبدن، إت حذر آندان کیم
کامیللر ایچینده اوْلا آدین ناقیص!»
هامان: ص. ۳۴۷
Həkim Fizuli buyurur:
"Tâ dövrdə dir dairə-yi kövn-ü fəsâd,
Mümkün dəyil olmaq hərəkâtından şâd.
Tâs-ı fələk içrə Kə'bəteyn-i əncüm
Görsətməz imiş hïç kimə nəqş-i murâd."
Fizuli, Türkçə divan, tərtib edən: Bəhram Əsədi, Yaz nəşr, Urmiyə 1390, S. 341
"Ey kəsb-i kəmâlə e'tiqâdın naqis,
Təhsīl-i kəmâlə ictihâdın nâqis,
Âr etmə tələbdən, et həzər andan kim
Kâmillər içində ola âdın nâqis!"
Haman, S. 347
#azərbaycan🇦🇿 #Fizuli #ədəbiyyat #anadili #Türkçə #Turkic #motherlanguage #UESCO #HRW #amnestyinternational #UN #Stop_Fascism #equality #justice4all
#فیضولی #تۆرکچه #آنادیلی #آذربایجان #پانفارسیزم_تجزیه_طلبی_است #پانفارسیزم_دشمنی_علنی_با_اسلام_است
@OXULUMUZ
Azərbaycan dilinin izahlı lüğəti / a. Obastan - onlayn lüğətlər və ensiklopediyalar
https://obastan.com/azerbaycan-dilinin-izahli-lugeti/
Çinlilər Uyqur müsəlmanlarına qarşı zülmü göylərə çatdırıb. Müsəlmanlar bu zülmə qarşı birləşmədikcə durumları bundan da artıq pisləşəcək.
Читать полностью…Rus yeniyetmələr küçədə Tatar qızını beləcə alçaltdılar. Vətən sümərgəçilər əlində olduqca yaşamın acı ama gərçək üzü bu dır.
Читать полностью…Orta Doğu'da Batı dünyasının maraqlarını qorumaq üçün Qacar imperatorluğu dağıdılıb Pəhləvi kukla rejimi zəhərli bir göbələk kimi meydana qoyuldu. Bu kukla rejimə diktə olunmuş siyasətin başda gedən hədəfi Pəhləvidən öncə özünə bağımsız bir vilayət və hökumət olan Azərbaycanı dağıtmaq idi. Bu çirkin siyasət Bütöv Azərbaycan varlığını addım addım yox etmək idi. Onlar Azərbaycanı parçalayıb coğrafi adlarını dəyişməyə başladı. Eyni halda ana dilimiz Türkicəni yasaq edib Türk millətinin kimliyini özgələşdirməyə başladılar. Bu tarixi cinayətləri unutmamışıq.
#azərbaycan🇦🇿 #Tarix #history #assimilation #ethnic_conflicts #discrimination #ethniccleansing #antiturk #antiislam #fascism #HRW #UNESCO #UN #amnestyinternational #Paniranism_is_separatism
#پانفارسیزم_تجزیه_طلبی_است
#پانفارسیزم_دشمنی_علنی_با_اسلام_است
#پانفارسیزم_ملغمه_ای_ازبیسوادی_و_بیخردی
Əziz dostlar salam. ORUCLUQ ayı inanan ürəklərə gəldi. Bu gözəl gəliş mübarək olsun! Ustad Əbdülbasitin ilahi səsi'lə göyüllərə işıq saçan bu Şərif ayə siz əzizlərin qulluğuna sunulur.
@QURANAZERBAIJAN
OXULUMUZ'un vəfalı, sevimli, sayqıdəyər üyələri salam. Neçə il dir, axağımızda dəyərli hüzurunuz'la ana dilimiz, mədəniyyətimiz, tariximiz, gündəlik yaşam və sorunlarımız'la ilgili paylaşmaları izləyirsiniz.
1399 bütün dünyanı bioloji saldırma'la sarsıtsa da, vətənimiz üçün ən qürurverici və unudulmaz bir il oldu. Qarabağımızı erməni tapdağından qurtardıq.
Əlbəttə yüzdə yüz uğur indiki qarmaqarışıq siyasət dünyasında imkansız görünə bilər. Ama Azərbaycanın böyük milləti və qəhrəman oğullarının milli iradəsi ola bilməzləri olası etdi.
1400 "inək" ili dir. Bu il də bioloji savaş kimi çeşitli oyunlar'la şəxsi istəklərinə çatmaq istəyənlər düzənbazlıqlarından vaz keçməyəcək. Ama biz də insan olaraq yaşamaq haqqımızdan vaz keçməyəcəyik.
İnsanlar barabar yarandıqları üçün barabar qoşullarda yaşamaq haqları var. Biz bu haqlarımızı doğrultmaq, milli iradəmizi canlı saxlamaq və bu iradənin gücü'lə insan kimi yaşamaq üçün qol qola verib çətinliklərin üzərinə gedəcəyik.
Yeni il siz əzizlərə xeyirli, bərəkətli, şənliklər'lə dolu bir il olsun!
BAYRAMINIZ mübarək olsun!
#Azərbaycan #Xoy #Araz_Əhmədoğlu
#قارا #چــــــوخا
🟪🟪🟪🟪🟪🟪🟪🟪🟪🟪
او بیر دَییل
ایکی دَییل ،اوچ دَییل .....
او، اوندور، اونلاردی، اولاردی
اوووووو......اودورلاردی، اونلارلارلارلارلاری.....لاردی اولالاردی
او یاشیل بیر دَره ده قیرمیزی بیر ایلان دیر
او گؤم گوی گویده آلیجی ترلان دیر
او بیر قایا دیبینده
چاناخ چاتدادان دیر
او قوجا باغوان دیر/ کورکولو بیر چوبان دیر
او بیر اینسان دیر.
او مکزیکادا، پیوت
مئسکالینا
تاتورا
دِن خوآن.
او سولدوزدا، حاجی لئیلک په په سی
کولگه لیکده تیرتیرا.
او مکزیکادا قیرمیزی دَری بیر کیشی
بیر ساری بولاغ
او سولدوزدا بوغدا بویاق بیر کیشی
بیر ایلانلی داغ.
اوچنلی بئلده قوشا بولاغ
او تبریزده اَرکین قالاسی
کلئیبرده بابک قالاسی
او ساوالاندا بیر قاپی
او میانادا قوشا چای
قوشا چایدا بیر گوران.
او اورمودا آشیق درویشین سازی
او باکی دا سولدان آخان بیر یازی
او دیلیمده دوققوز جانلی نوت / بیر سؤزو بیر کیتاب بویدا
ییرمی اوچ پرده نی توت
او سورو ایچینده بیر آغزی قارا قورد
او قورد سوروسونده بوینوزلو بیر قوچ
او هر نه دیر قارانلیق دَییل
او هر نه دیر قارالیق دَییل
او آی کیمین آغادیر
قارانلیق لا اَل بــَه یاخادیر
او قارا چوخادیر.
او آذربایجان دیر
داریخماسین تاریخ
اونون دفترینده گئجه لر
قارانلیقدا اویاق قالان
قارا چوخادیر
قاراچوخادیر.
۱۳۹۹/۱۲/۱۸گئجه یاریسی ساعت ۳/۴۰
سولدوزدَییرمانچی اوغلو
@dansazi
🟪🟪🟪🟪🟪🟪🟪🟪🟪🟪
Əli Şəmxaninin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri ilə görüşməsi xəbəri təkzib edilib
https://interaztv.com/world/317794
Araznews kanalında paylaşılmış M. Behməramın cürlədiği "Kənd həyatı" adlı bir klip Aşıq Məhbub Xəlilinin gözəl səsi ilə süslənib dir. Aşıq Məhbuba salamlar olsun.
O gözəl klipdə iki şəkil cənab M. Behməramın o gözəl işini ləkələyir. 1-nci şəkildə Azərbaycanda kənd uşaqlarının əlindəki kitablar və üzlərindəki gülüşü bizim uşaqlarımıza təhmil olunan farsıca təhsili və dilinə sevgi kimi görsədilməkdə dir.
2-nci şəkildə "Salamat qal/سالامات قال" yerinə "Salamat gal/سالامات گال" yazılıb dır. Bu yanlış çoxlu dostlarda görünür. Farsıca savadı ilə Türkicə yazmağa çalışanların gülünc səhvi dir.
Ana dilimiz rəsmi olmalı və ulusumuz savadlanmalı dır.
@OXULUMUZ
"تۆرک دیلینده حیکایه یارېشماسې"
حیکایه یارېشماسېنا قاتېلانلار، أثرلرینی خورداد آیېنېن سۏنوناجان بو ایمئیل عۆنوانېنا: "Hikaye.YeniQapi@gmail.com" گؤندَرمهلی دیرلر.
سئچیلمیش اۏن أثره اؤدۆل وئریلهجَک.
اؤدۆللریمیز:
بیرینجی أثر: بیر میلیۏن تۆمن
ایکینجی أثر: 750 مین تۆمن
اۆچۆنجۆ أثر: 500 مین تۆمن
4~10-نجو أثرلر: کیتاب
«سئچیلمیش ۱۰ أثر، کیتاب بیچیمینده چاپ اۏلوناجاق»
أثرلرینیزین یۏلونو گؤزلهییریک.
یئنی قاپې، یئنی باخېش دېر تۆرک دۆنیاسېنا
"Türk dilində Hikayə yarışması"
Hikayə yarışmasına qatılanlar, əsərlərini xurdad ayının axırınacan bu e-mail ünvanına: "Hikaye.YeniQapi@gmail.com" göndərməli dirlər.
Seçilmiş on əsərə ödül veriləcək.
Ödüllərimiz:
Birinci əsər: bir milyon tümən
İkinci əsər: 750 min tümən
Üçüncü əsər: 500 min tümən
4~10-ncu əsərlər: kitab
«Seçilmiş 10 əsər, kitab biçimində çap olunacaq»
Əsərlərinizin yolunu gözləyirik.
Yeni Qapı, yeni baxış dır Türk dünyasına
سئیید عیمادۆدین نسیمی (ر.ع.):
«باهار اولدو گل إی دیلبر تاماشا قیل بو گۆلزاره،
بوراقدی قوْنچالار پرده، بشارت بۆلبۆل-ی زاره.
شقاییق پردهدن چیخدی، بوْیاندی باغ ایله بوْستان،
ایریشدی گۆلشن-ی حۆسنۆن، بوْیاندی رنگ-ی ازهاره.
منی منع إتمه إی زاهید، گۆونمه ذیکره إی صوفی!
کی سن مغرورسان ذیکره، منم مۆشناق دیداره.
کی هر «بل هم أضل» بیلمز نه دیر کیم عئشقین احوالی،
ایریشمز قاصیرین عقلی بو مۆغلق سیرر-ی اسراره.
عبیر-ۆ مۆشک-ۆ عنبر تک ریاحیندان چمن دولدو،
سحرده طعن إدر ساچین نسیم-ی مۆشک-ی تاتاره.
کی چیقدی قوْنچادان سۆنبۆل، گریبان چاک إدر من تک،
دلیندی قۆصصهدن باغریم، سن إتمه اۆرگیم یاره.
چمنلر مۆختلیف اولدو هزار ألوان چیچکلردن،
آچیلدی لاله-وۆ نسرین، شیکوفه گلدی أشجاره.
آچیلدی نرگیس-ۆ لاله، دوتوبدور یاسمن چادیر،
سؤیۆدلر، أرغوان تیترر، قمیشلر بیتدی أنهاره.
بنؤوشه، گۆل تاماشاسی قنیمت بیل کی بئش گۆن دیر،
ساتار معشوقه گۆل حۆسنۆن، خریدار اوْل بو بازاره.
یاخیلدی جانیما جانی دمی عیسا نسیمینین،
وۆصالی دردیمه درمان، ایریشدی جان-ی بیماره.»
Seyyid İmadüddin Nəsimi (R.Ə.):
"Bahâr oldu, gəl ey dilbər, tamâşa qıl bu gülzârə,
Buraxdı qonçalar pərdə, bişârət bülbül-i zârə.
Şəqâyıq pərdədən çıxdı, boyandı bâğ ilə bostan,
İrişdi gülşən-i hüsnün, boyandı rəng-i əzhârə.
Məni mən' etmə ey zâhid, güvənmə zikrə ey sufi,
Ki sən məğrursan zikrə, mənəm müştâq didârə.
Ki hər "Bəl hüm əzəll" bilməz nə dir kim eşqin əhvâlı,
İrişməz qâsırın əqli bu müğləq sırr-ı əsrârə.
Əbir-ü müşk-ü ənbər tək riyahından çəmən doldu,
Şəhərdə t'ən edər sâçın nəim-i müşk-i tâtârə.
Ki çıxdı qonçadan sünbül, gəriban çâk edər mən tək,
Dəlindi qüssədən bağrım, sən etmə ürəyim yârə.
Çəmənlər müxtəlif oldu hezâr əlvan çiçəklərdən,
Açıldı lâlə-vü nəşrin, şikufə gəldi əşcârə,
Açıldı nərgis-ü lâlə, dutubdur yâsəmən çâdır,
Döyüşlər, ərğəvan titrər, qəmişlər bitdi ənhârə.
Bənövşə, gül tâmâşâsı qənimət bil ki beş gün dir,
Satar m'əşuqə gül hüsnün, xəridâr ol bu bâzârə.
Yaxıldı canıma canı, dəmi İsâ Nəsiminin,
Vüsâlı dərdinə dərman, irişdi cânı bimârə."
#Azərbaycan #Nəsimi #ədəbiyyat #şer #poetry #literature #Turkic #mysticism #selfrecognition #motherlangguage #UNESCO #UN #hrw #Xoy #nature
#آذربایجان #ادبیات #شئعر #نسیمی #عیرفان #اؤزتانیما #بیلیک #آنادیلی #تۆرکچه
Qərb Qarabağda da Rusiyanı sıxmağa başlayır. Azərbaycan üçün gözəl fürsət yarana bilər
Читать полностью…Bir vaxtlar mədrəsələrin duvarından belə elanlar asılı idi. İndi də örgətmənlərin çoxunun beynindən asılı dır. Özümüzü bu zəncirlərdən qurtarmalıyıq.
Читать полностью…İranın dış pul yatırımı 2018-dəki 123 milyard dollardan 2020-də 4 milyard dollara düşüb. Sizcə bu durum nəyi görsədir?
Читать полностью…ANAMIN GÜLLƏRİ
Yayın qızmar günəşində
Ürəyindən sızan meh'lə
Tumarladın bu gülləri.
Qışın sərt sazaqları,
Qar-boranında
Soldurmadın bu gülləri.
Gedişin qış oldu,
Bir an hər nə dondu;
Unutdunmu bu gülləri?
N'olur? Gəl, bir də birlikdə
Sulayıb oxşayaq bəlkə
Yazı gözlər bu gülləri!
Şəkil: anamın həyətdəki güllərindən biri.
55 gün oldu, o kəpənək bu həyətdə daha fırlanmır.
آتا-بابالار دئییب: «ایت ایتلیگینی ترگیدر، سۆمسۆنمگینی ترگیتمز!» پانایرانیسم جهالتینین آردیجا سۆرۆنن سۆمسۆکلر آذربایجان، تۆرک و بیر سؤزله، ایسلام دۆشمنلیگیندن هئچ واخت واز کئچمیجک. یازیقلار اولسون!
Читать полностью…