oxulumuz | Education

Telegram-канал oxulumuz - OXULumuz

95

The first Azerbaijani Turkic educational channel in Iran (ANA DİLİMİZİN İLK RƏSMİ TƏDRİS AXAĞI) Ədmin ilə bağlantı, (Connection with the admin): @ARAZ_AHMADOGHLU

Subscribe to a channel

OXULumuz

Xoy'un Əmir-əl-möminin xəstəxanasında Türki (Azərbaycan Türkcəsi) klası bu gün sona çatdı. Bu klas xəstəxana rəyasətinin istəgi'lə xəstəxanada dərman turizmini gəlişdirib xəstəxanada qulluq necəligini yüksəldib gəlirini çoxaltmaq üçün keçirildi.
Oranın həkim və dərman işçilərinə bu imkanı yaratdığına görə xəstəxananın rəisi, Dr. Nəcəfi nəsəbə təşəkkür edirik.

#Azərbaycan❤️🇦🇿❤️ #Xoy #Əmirəlmöminin_xəstəxənası #anadili #Türki #motherlanguage #educatiin #təhsil #UESCO #UN

Читать полностью…

OXULumuz

Gələcəyin güclü millətləri. O aydın gələcək çox yaxın dır. Yetər sən özüvə inanıb ona görə addımlayasan.

Читать полностью…

OXULumuz

https://youtu.be/PMJD-0XRf2c

Читать полностью…

OXULumuz

❤️«سلام»❤️

«ألسلام إی ظاهیر وْ باطین عیان،
ألسلام إی گنج-ی پینهان، ألسلام!»

نسیمی سید علی، دیوان، بهرام اسدی، اورمیه: یازنشر، ۱۳۹۸، ص. ۳۸۳
«سن دگیلسن سؤیله‌ین، حق دیر نسیمی، سؤیله‌دی
اوْل کیم آیدېر هم زمين-ۆ آسمانېن نورويام.»

عئینی قایناق: ص. ۳۹۵

❤️"Səlam"❤️

"Əs-səläm ey Zähir-ü Batin əyan,
Əs-səläm ey Gənc-i Pinhan, əs-səlam!"

Nəsimi S.Ə., Divan, Bəhram Əsədi, Urmiyə: Yaz nəşr, 2017, s. 383

"Sən dəgilsən söyləyən, həq dir Nəsimi, söylədi
Ol kim aydır həm zəmin-ü äsmänın Nuru‌yam."

Eyni qaynaq, s. 395

Photographer: #Araz_Əhmədoğlu #Xoy
#Səlam_Azərbaycan🙏🏼❤️🇦🇿❤️🙏🏼

Читать полностью…

OXULumuz

BU ƏZƏMƏTDƏN DOYMAQ OLMUR

"Mindim dəvənin boynuna,
Əlimi qoydum boynuna,
Babalım bais boynuna,
Qoy aparsın yadlar məni,
Qul eylər (Hüsen bala)) satar məni."

Nənə, sənə mən qurban olum nənə! Bu vətəni yaradan sənin kimi saf ürəkli böyüklərimizin yaradıb yaşatdığı vətən dir.
Əsil Azərbaycan bax bu dır!
Nənə iki bayatını qatıb bir bayatıya çevirsə də, onun səsi, sevgisinin əzəməti, o böyüklükdə dəvəni körpə balası kimi dizləri üstündə oxşaması insanı gərçəkdən heyran edir.
Azərbaycan deyəndə bu sevgini görə bilmək, bu sevgini yaşayıb yaşada bilmək demək dir.

#Miyana #Qərə_buta_kəndi
#Səlam_Azərbaycan #Səlam_Miyana

#Azərbaycan❤️🇦🇿❤️ #bayatı #folklor #love #sevgi #Turks #Türklər #elimiz #motherlanguage #anadilimiz #Türkçə #Xoy #Araz_Əhmədoğlu

Читать полностью…

OXULumuz

HÖRMƏTLİ prorektorumuz (معاون رییس دانشگاه), pr. Novruz Məmmədov cənabları ilə çox səmimi və mehribancasına bir görüşümüz oldu. Novruz müəllim öz səmimi öyüdləri ilə bu görüşümüzü bərəkətləndirdi. Buradan cənablarına bu görüşə vaxt ayırdıqlarına görə təşəkkürlərimi bildirirəm.

#Azərbaycan❤️🇦🇿❤️ #Bakı #ADU #Azerbaijan_University_of_languages
#Azərbaycan_Dillər_Universiteti
#Araz_Əhmədoğlu #Xoy #Sehrbazlar_dərəsi_iç_içə_sirlər_dünyası #Yarımçıq_əlyazma_şahəsərin_şahəsəri
#monoqrafi #monography #critics #ədəbi_tənqid #yazarlar #writers

Читать полностью…

OXULumuz

🔷 آزربایجان‌غربی، فلاکت‌زده‌ترین استان کشور!

🔹روزنامه همشهری با استناد به داده‌های مرکز آمار، نمودار وضعیت استان‌های کشور را با سه شاخص تورم، بیکاری و فلاکت مورد بررسی قرار داده که نشان می‌دهد استان آزربایجان‌غربی بدترین وضعیت کشور از نظر بیکاری و فلاکت به خود اختصاص داده است. پایین‌ترین شاخص فلاکت در پایان سال 1400مربوط به استان تهران با 43.6 و بالاترین مربوط به استان آذربایجان غربی با 62.2است.

🔹شاخص فلاکت نیز در سال 1400، نسبت به یک دهه گذشته رکورد زده و به بیشترین میزان خود رسیده است..

🔹همچنین در بیکاری نیز با 18.3، آزربایجان‌غربی بیکارترین استان و تهران با 6درصد کمترین بیکاری را به خود اختصاص داده است.

🌍 آرازنیوز ایله اؤزگورلوگه دوغرو...
🔗 @ArazNews

Читать полностью…

OXULumuz

XEYİRLİ İL, BƏRƏKƏTLİ YAZ

Uca Allaha sonsuz həmd-sənalar olsun 1401 elə ilk günündən gözəl hədiyyələr, uğurlar'la başladı.
Ağlar-gülər 24 (Aprel 13) unudulmaz ən dəyərli günlərdən birinə döndü.
Azərbaycan Dillər universitetinin rektoru, akademik, dünya şöhrətli dövlət adamı, bilgə yazar, sayın professor Kamal Abdulla cənabları dəyərli əsərləri ilə bir daha kiçik qardaşının ürəyindəki öz yerini daha artıq dərinləşdirib yeni bir monoqrafinin yazılmasını kəskinləşdirdi.
Bizə olan məhəbbəti, əməyi, eləcə də bu dəyərli hədiyyələrə görə cənablarına buradan sonsuz sevgilər, sayqılarımı bildirirəm.
Allah hörmətli ustada can sağlığı, uzun ömür versin!

#Azərbaycan❤️🇦🇿❤️ #Bakı #Kamal_Abdulla #Xoy #Araz_Əhmədoğlu #yazarlar #literature #ədəbiyyat #writers #critics #ədəbi_tənqid #researchers #linguistics #motherlanguage #anadili #Türkçə #UNESCO #UN

Читать полностью…

OXULumuz

BƏRƏKƏTLƏRDƏN YEDDİSİN

20-nci yüzilliyin başlanğıcında İranda Pəhləvi faşizmini hakimiyyətə gətirən düşüncə sistemi Türk ulusuna aid olan dəyərlərin başda gedən Bayramını (İl Bayramı da adlanır) eləcə də başqa dəbləri, dəyərlərini uydurub dəyişməyə, ən azı unutdurmağa başladı. Farsların "Həft sin" (yeddi dənə "s" hərfi) adlandırdığı süfrəyə sarımsaq, sumaq kimi acı, turş yeməklər qoyulur! Acı hara Bayram havası hara?! "Buyurun, ağzınızı şirin eləyin.", "Ağzın şirin olsun!" kimi xeyir sözlər işlənən aynda (Ərəbicə mərasimdə) acı sarımsağın, turş sumağın nə anlamı ola bilər ki? Bəziləri qarşıtlar fəlsəfəsini irəli sürüb gecə ilə gündüz, ağ ilə ilə qara, eləcə də şirin'lə acının bir arada olması şərtini irəli sürə bilər. Ancaq Türk dünya görüşündə Bayram hal-havası ancaq keçmiş qışdan ölüb yazda yenidən doğulmaq yaxud birdəfəlik dəyişmək fəlsəfəsi ilə bayram tutulur. Elə ona görə də ölüləri anmaq üçün "Qara Bayram" olaraq ilin son Cümə axşamını bu ayn üçün nəzərdə tuturlar. Beləlik'lə də qarşıtlar fəlsəfəsinin burada keçəri qalmır.
Ondan başqa çox zadlar "s" herfi'lə başlayır, elə hər nə /s/ səsi'lə başlamaq şərti'lə süfrəyə qoyula bilərmi? Yox artıq! Daha nələr?!!
Bayram ayı ilin, həm də qışın son ayı dır. Bu ayda insan yaşayışının dəyişməsinin başlıca görüntü yaxud simgəsi olaraq ev tökmə aynı'yla başlayar. Bu aynda evin hirsi-tozu alınar; kilimlər, xalılar yuyular; evin hər yeri arınıb sil-süpür olunar; göy göyərdilər. Ev tökmə bitdikdən sonra, bayram ayının son günlərində "Bayram süfrəsi" qoyular. Bu süfrə evdən evə, xanımların səliqəsi, bir də o evin var-dövlətinə görə bir-birindən fərqli görünsə də, əslində süfrəyə qoyulan o yeddi qələm nəsnə eyni olar.
Ev böyükləri gənclərə belə bir tapşırıq verər: "Süfrəyə bərəkətlərdən ikisin, üçün, dördün, besin, altısın yox YEDDİSİN qoyun". O yeddi dənə bunlardan ibarət olur:
1. Göy bərəkəti: Su, ayna/güzgü, Quran, yanar şam 🕯 (bu simgələr toy aynında (mərasimində) də görünür. Aydınlıq istəyi bütün aynlarımızda başda gəlir.
2. Yer bərəkəti: buğda (qovurqa)
3. Torpaq bərəkəti: səməni, göy
4. Ağac bərəkəti: alma, iydə, badam, cəviz/qoz, kişmiş, fındıq
5. İş bərəkəti: sikkə, pul (xırda pul'sa, göyün içinə, kağız pul'sa, Quranın içinə qoyulub il süftəsi verilir)
6. Heyvan bərəkəti: (Soğan qabığı'yla boyanmış) yumurta
7. Süfrə bərəkəti: şirnilər, noğul, şokalad

Bizdəki o 7 o vaxtlar göz'lə görünə bilən yeddi ulduz-gəzəgən, yaradılışın yeddi gün çəkməsi, göylərin yeddi qat olması, Nəsiminin yaradıcılığının binövrələrindən sayılan Allahın görsəntisi (təzahürü) olan insan üzündəki yeddi cizgi, Həmd surəsinin yeddi ayəsi (Ərəbicə Səbulməsani, سبع المثانی) kimi qutsal inamlardan irəli gəlib.
7 Türk ulusunun bütün dünya görüşündə özünə geniş yeri var. Örnək üçün bu bayatı:
Gəlin, gəlin, duz gəlin,
Əl-ayağı düz gəlin,
Yeddi oğul istərəm,
Bircə dənə qız gəlin!
Milli qəhrəmanımız, ulu mifimiz Koroğlunun 7000, bəzi deyimlərdə 77000 dəlisi var.
Klasik ədəbiyyatımızın zirvəsi olan Nəsimi rübailərindən bir örnək:
"Ey qaşın'la kirpiyin, zülfün yedi (7),
Ol yedi (7) kim Şeytan onu bilmədi;
Həqq bu sirri Əhmədə kəşf eylədi
Onun üçün adını "Ümmi" dedi.

Həqq dedi kim yer yedi (7) vü göy yedi (7),
Laməkan təxtində gizli dir yedi (7);
Gizli Adəmdə əyan oldu yedi (7),
Dörd yedi bir kez nədən oldu yedi?

Quranda Təlaq surəsi, 12-nci ayədə buyurur: "Yeddi göyü və yerdən də oncasını yaradan Allah dır." Ərəb əlifbası da 28 dənə dir: 28 ÷ 4 = 7.

Kirpiyin qaşın'la zülfün dir yedi (7),
Yer yedi vü göy yedi, Sən də yedi (7);
Nə səbəbdən həftənin adı yedi (7)?
Bunda hikmət var dırır: Müshəf yedi (7)!"1

#Nasir_Mənzuri #ağız_lövhələr #Araz_Əhmədoğlu #Bayram #Bərəkətlərdən_Yeddisin #Türk #dəblər #folklor #uluscul_uyqarlıq #Azərbaycan #UNESCO #UN

Читать полностью…

OXULumuz

1401-DƏ AZADLIĞI YAŞA!
1401 bu gün başladı. Bu il sizə xeyir-bərəkət, sağlıq, şənlik, bolluq, əmin-amanlıq ili olsun! Ürəkləriniz süfrələriniz ilə qapılarınızdan daha çox açıq olsun! Dünyamızda savaş yox, barış, dostluq, qardaşlıq olsun! Zülm yox, barabarlıq, ədalət olsun!

Читать полностью…

OXULumuz

🔷 آزربایجانین مدنیت باشکندی «شوشا»؛ «خاری بولبول» موسیقی فئستیوالی؛ بوگون

🌍 آرازنیوز، آزربایجان دونیاسینا آچیلان پنجره ...
🔗 @ArazNews

Читать полностью…

OXULumuz

LÜTFİ BUŞNAQ, Tunisli xanəndə oxuyur: "ƏNƏ MUVATİN" (Mən bir vətəndaşam) @OXULUMUZ

Читать полностью…

OXULumuz

کلمات: الشاعر مازن الشریف
Söz: Mazen Şərif, Tunisli şair
و أداء القدیر: لطفی بوشناق تونسی
Musiqi: LÜTFİ BUŞNAQ, Tunisli xanəndə
أنا مواطن
MƏN BİR VƏTƏNDAŞAM

أنا مواطن و حاير، أنتظر منكم جواب
Mən bir vətəndaşam və mat qalmışam, sizdən bir cavab gözləyirəm.
أنا مواطن و حاير، أنتظر منكم جواب
Mən bir vətəndaşam və mat qalmışam, sizdən bir cavab gözləyirəm.

منزلى فى كل شارع و فى كل ركن و كل باب
Evim bütün xiyabanlar dır, hər bucaq və hər qapı dır,
وأكتفى بصبرى و صمتى
Səbrim və susmağım tükənib,
و ثروتى حفنة تراب
Var-yoxum bir ovuc torpaq dır.
منزلى فى كل شارع و فى كل ركن و كل باب
Evim bütün xiyabanlar dır, hər bucaq və hər qapı dır,
وأكتفى بصبرى و صمتى
Səbrim və susmağım tükənib,
ثروتى حفنة تراب
Var-yoxum bir ovuc torpaq dır.

ما أخاف الفقر، لكن كل خوفى من الضباب
Yoxsulluqdan qorxmuram; Lakin, bütün qorxum buludlardan dır,
و من غياب الوعي عنكم كم أخاف من الغياب
Və sizin etdiklərinizdən ayıq olmağın yoxluğundan qorxduğumca qorxmuram.

سادتى و أنتم حكمتم حكمكم حكم الصواب
Ağalar, siz hökumət elədiniz, hökmünüz isə savab hökmündə oldu!
و ثورتى كانت غنيمة وافرة لحضرة جناب
Və mənim inqilabım alicənab həzrətləriniziə bollu-bərəkətli bir qənimət oldu!

ما يهم و لا أبالى الدنيا دیسها مداسي
Vecimə dəyil! Və heç nədən qorxmuram! Bu dünyanın var-yoxuna üz çevirmişəm.
ما يهم و لا أبالى الدنيا دیسها مداسي
Vecimə dəyil! Və heç nədən qorxmuram! Bu dünyanın var-yoxuna üz çevirmişəm.

لكن خلولى بلادى
Ama vətəni qoyun mənə qalsın!
لكن خلولى بلادى
Ama vətəni qoyun mənə qalsın!
لكن خلولى بلادى
Ama vətəni qoyun mənə qalsın!
لكن خلولى بلادى
Ama vətəni qoyun mənə qalsın!
و كل ما قلتم علی راسى
Hər dediniz, başım üstə!
يا هناه اللي كان مثلي ما يهمو من و من
Mənim kimi birisi necə xoşbəxt dir ki bu nə dir o nə nədir heç vecinə dəyil.
أنتم أصحاب الفخامة و الزعامة و أدري لن
Sizlər luks yaşayış və rəhbərlik adamlarısınız, ona görə məni heç başa düşə bilməzsiniz.
ياهناه اللي كان مثلي ما يهمو من و من
Mənim kimi birisi necə xoşbəxt dir ki bu nə dir o nə nədir heç vecinə dəyil.
أنتم أصحاب الفخامة و الزعامة و أدري لن
Sizlər luks yaşayış və ağalıq adamlarısınız, ona görə məni heç başa düşə bilməzsiniz.

لن أكون فى يوم منكم يشهد الله و الزمن
Allah özü və zaman şahid dir ki heç vaxt sizlərdən biri olmaram.
أنا حلمي كلمة وحدة إن ظل عندي وطن
Yalnız bir röyam var: vətənimin kölgəsi başımın üstündə olsun!

Читать полностью…

OXULumuz

"Bizim kitablarımız'la qələmlərimiz ən güclü silahlar dır." Malala Yusufzay, Pakistanlı yeniyetmə Barış üzrə Nobel mükafatçısı

Читать полностью…

OXULumuz

Hicri tarixinin 40-ncı qəməri ili, Mübarək Orucluq ayının 19-ncu gününün gecə yarısı Hz. Əli (Ə.S.) Kufə şəhərinin məscidində namaz qılarkən həzrətin mübarək başına İbni-Mülcəmin xəyanət qılıncı enir.
Həzrət o an belə buyurur:
"فُزتُ وَ رَبِٓ الٰكَعْبَه!"
"O Kəbənin Rəbbinə and olsun, ağ günə çıxdım!"

Allah o ağ günü ürəklərində həsrətini çəkib o yolda canlarını qoymuş qullarına da nəsib etsin!

@QURANAZERBAIJAN

TOFİQ bəyin şeri də bu gecənin hədiyyəsi oldu.

Читать полностью…

OXULumuz

Azərbaycanlı qız, Reyhan Camalova 15 yaşındaykən yağış damcılarından elektrik enerjisi yığan bir aparat ixtira edir rainergy.com şirkətini yaradır.

Читать полностью…

OXULumuz

🔵 تیم آکروباسی هوایی ترکیه در حضور روسای جمهور دو کشور پرچمهای آزربایجان و ترکیه را بر آسمان باکو نقش کردند.

🔵 پرزیدنت اردوغان که همزمان با سالروز استقلال آزربایجان و برای شرکت در نمایشگاه نظامی ترکیه در آزربایجان به سر می‌برد گفته است: «اتحاد و برادری میان ترکیه و آزربایجان در جهان بی مانند و مثال زدنی است»

🌍 آرازنیوز، آزربایجان دونیاسینا آچیلان پنجره ...
🔗 @ArazNews

Читать полностью…

OXULumuz

#SİRLƏRİN_SƏRGÜZƏŞTİ
#KAMAL_ABDULLA

«حقیقته چاتماغېن یوْلو جاوابدان یوْخ، سوالدان باشلايېر.» ، ص. ۱۱۱
عابدوللاه ک. سیرلرین سرگۆذشتی، باکې: آذزنشر، ۲۰۱۹، ۲۸۸ ص.

"Həqiqətə çatmağın yolu cavabdan yox, sualdan başlayır." s. 111

“Sirlərin sərgüzəşti” sayın Kamal Abdulla cənablarının qabaqkı üç möhtəşəm əsərinin sintezi, öztənqid, bir cür özkeçmiş (avtobioqrafiya), toplumcul (ictimai), eyni halda birəycil (fərdi) psixologiya dır. Mifləri, ağız ədəbiyyatı, klasik ədəbiyyatı bir araya gətirib tənqid/analiz etməyə çalışan bir abidə dir. Baxtin məktəbinin izlərini daşıyan nitq məntiqinə belə fikir yetirmiş bir əxlaq dərsligi (dərsliyi) dir. Yazar olmağı mübahisəyə çəkən fəlsəfi bir risalə dir.
Bu romanı oxumaqdan daha artıq həzz almaq üçün yazarın bu üç romanını da oxumaq gərəkli dir:
1. Sehirbazlar dərəsi
2. Yarımçıq əlyazma
3. Unutmağa kimsə yox
Yazarın 5-nci romanını da yaxında tanıtdıracağiq.

#Azərbaycan❤️🇦🇿❤️ #Bakı #Kamal_Abdulla #yazarlar #writers #critics #Xoy #Araz_Əhmədoğlu #ədəbiyyat #literature #tənqid #ana_dilimiz #motherlanguage #Türkicə #Turkic #UN #UNESCO #HRW #amnestyinternational

Читать полностью…

OXULumuz

#SON_NAĞIL #سون_ناغیل
Son nağılını yazmaq fikrində olsa da, demək bu bir başlanış imiş. Axı o yaxşı bilir: "Nağılsız dağların heykəli ruhsuz qalar." (#Nasır_Mənzuri, Son nağıl, Qaraçuxa yayınları, Təbriz: 2021/1400, s. 12)
O təkcanına insan varlığını oluşduran dil-düşüncü qorumaq istəyirdi. O vətənin varlığı, kimliyi olan ana dilinə sarsılmaz sayın bir qala olmaq istəyirdi. İşi dilçilik, ədəbiyyat, folklor olmasa da, el ağzından yaranan, ədəbiyyatın kökləri olan SİCİR ƏDƏBİYYAT dağlarına söykənərək dayandığı dağları ulduzlara qaldırdı. Demək "Son nağıl" bir kinayə imiş. Ardınca #QARAÇUXA, #AVAVA #AĞIZ_LÖVHƏLƏR (12 cilddə) kimi abidələri yaratdı. Bu əsərlər dünya dillərinə çevrildikdə mitoloji, dilçilik, ədəbi tənqid, fəlsəfə, tarix, antropoloji, etnoloji kimi başqa insani bilikləri də etkiləyəcək.
Başqa millətlər bu bilikləri yiyələnməmişdən qabaq özümüz bu bilikdən yetərincə yararlanmalıyıq. Ana dilimiz bu bitiklərin dilində olduğuna görə biz çox xoşbəxt bir millətik. Bu böyük nemətin qədrini vaxtında bilməliyik.
Ana dilimiz, ədəbiyyatımız bu ilahi möcüzəsi olan qələmə nə qədər borclu olduğunu biləcək, ama vaxtında bilməyin başqa üstünlükləri var.

@nasermanzuri
#Azərbaycan❤️🇦🇿❤️ #Nasır_Mənzuri #Miyana #ədəbiyyat #dil-düşünc #ana_dilimiz #motherlanguage #UNESCO #UN #literature #linguistics #crtics #Xoy #Araz_Əhmədoğlu

Читать полностью…

OXULumuz

#NƏSR ƏDƏBİYYATIMIZ DİQQƏT ÇƏKİR

Hörmətli Mahmizər xanım Mehdibəyova #AMEA (Azərbaycan Milli Elmlər Akademiyası), güney Azərbaycan ədəbiyyatı şöbəsində çalışan elm adamlarımızdan dır. Qardaşına hədiyyə etdiyi bu kitabda Mahmizər xanım 15 güneyli yazarın yaradıcılığına yazdığı məqalələri bu kitabda bir araya gətirib 2019-da Elm Təhsil Nəşriyyatında Cənubi Azərbaycan Nəsri: Dünən və bu gün adlı əsərində çap etdirib.
Bu kitabın son məqaləsi #Araz_Əhmədoğlu'nun #SON_TÜFƏNG adlı hikayesinə görə yazdığı baxışı dır. Məqalələr nəsrimizin tarixi təməlində sıralanıb.
Mahmizər xanıma bu dəyərli əsəri və hədiyyəsi üçün təşəkkür edirəm.

#Azərbaycan❤️🇦🇿❤️ #Bakı #AMEA #Mahmizər_Mehdibəyova #Xoy #Araz_Əhmədoğlu #yazarlar #literature #ədəbiyyat #writers #critics #ədəbi_tənqid #researchers #linguistics #motherlanguage #anadili #Türkçə #UNESCO #UN

Читать полностью…

OXULumuz

🔴 ثروتمندترین استان‌ها و فقیرترین استان‌ها به نسبت سپرده‌های بانکی

🔴 استان‌های فارس نشین ثروتمندترین ها؛ استان‌های غیر فارس نشین فقیرترین ها

🔴 کسانی که می‌گویند در ایران به همه ظلم می‌شود؛ آگاهانه این واقعیت را نادیده می‌گیرند که در ایران به برخی چند برابر دیگری ظلم می‌شود.

🌍 آرازنیوز، آزربایجان دونیاسینا آچیلان پنجره ...
🔗 @ArazNews

Читать полностью…

OXULumuz

https://twitter.com/antonioguterres/status/1515667390247444483?t=jKZ3dRtsPFZbDd2Ppmf7Zg&s=09

Читать полностью…

OXULumuz

Naxçıvandan IELTS mərkəzi açıldı. Artıq uzaqlara getmək gərək dəyil. Ziya, eləcə də Azərbaycanın başqa şəhərlərinə ən yaxın, ən əlverişli, ən ucuz yer Naxçıvan dır. https://youtu.be/LrlQpv4LRj4

Читать полностью…

OXULumuz

BƏRƏKƏTLƏRDƏN YEDDİSİN

20-nci yüzilliyin başlanğıcında İranda farsları hakimiyyətə gətirən düşüncə sistemi Türk ulusuna aid olan dəyərlərin başda gedən Bayramını (İl Bayramı da adlanır) eləcə də başqa dəbləri, dəyərlərini uydurub dəyişməyə, ən azı unutdurmağa başladı. Farsların "Həft sin" (yeddi dənə "s" hərfi) adlandırdığı süfrəyə sarımsaq, sumaq kimi acı, turş yeməklər qoyulur! Acı hara Bayram havası hara?! "Buyurun, ağzınızı şirin eləyin.", "Ağzın şirin olsun!" kimi xeyir sözlər işlənən aynda (Ərəbicə mərasimdə) acı sarımsağın, turş sumağın nə anlamı ola bilər ki? Bəziləri qarşıtlar fəlsəfəsini irəli sürüb gecə ilə gündüz, ağ ilə ilə qara, eləcə də şirin'lə acının bir arada olması şərtini irəli sürə bilər. Ancaq Türk dünya görüşündə Bayram hal-havası ancaq keçmiş qışdan ölüb yazda yenidən doğulmaq yaxud birdəfəlik dəyişmək fəlsəfəsi ilə bayram tutulur. Elə ona görə də ölüləri anmaq üçün "Qara Bayram" olaraq ilin son Cümə axşamını bu ayn üçün nəzərdə tuturlar. Beləlik'lə də qarşıtlar fəlsəfəsinin burada keçəri qalmır.
Ondan başqa çox zadlar "s" herfi'lə başlayır, elə hər nə /s/ səsi'lə başlamaq şərti'lə süfrəyə qoyula bilərmi? Yox artıq! Daha nələr?!!
Bayram ayı ilin, həm də qışın son ayı dır. Bu ayda insan yaşayışının dəyişməsinin başlıca görüntü yaxud simgəsi olaraq ev tökmə aynı'yla başlayar. Bu aynda evin hirsi-tozu alınar; kilimlər, xalılar yuyular; evin hər yeri arınıb sil-süpür olunar; göy göyərdilər. Ev tökmə bitdikdən sonra, bayram ayının son günlərində "Bayram süfrəsi" qoyular. Bu süfrə evdən evə, xanımların səliqəsi, bir də o evin var-dövlətinə görə bir-birindən fərqli görünsə də, əslində süfrəyə qoyulan o yeddi qələm nəsnə eyni olar.
Ev böyükləri gənclərə belə bir tapşırıq verər: "Süfrəyə bərəkətlərdən ikisin, üçün, dördün, besin, altısın yox YEDDİSİN qoyun". O yeddi dənə bunlardan ibarət olur:
1. Göy bərəkəti: Su, ayna/güzgü, Quran, yanar şam 🕯️ (bu simgələr toy aynında (mərasimində) də görünür. Aydınlıq istəyi bütün aynlarımızda başda gəlir.
2. Yer bərəkəti: buğda (qovurqa)
3. Torpaq bərəkəti: səməni, göy
4. Ağac bərəkəti: alma, iydə, badam, cəviz/qoz, kişmiş, fındıq
5. İş bərəkəti: sikkə, pul (xırda pul'sa, göyün içinə, kağız pul'sa, Quranın içinə qoyulub il süftəsi verilir)
6. Heyvan bərəkəti: (Soğan qabığı'yla boyanmış) yumurta
7. Süfrə bərəkəti: şirnilər, noğul, şokalad

Bizdəki o 7 o vaxtlar göz'lə görünə bilən yeddi ulduz-gəzəgən, yaradılışın yeddi gün çəkməsi, göylərin yeddi qat olması, Nəsiminin yaradıcılığının binövrələrindən sayılan Allahın görsəntisi (təzahürü) olan insan üzündəki yeddi cizgi, Həmd surəsinin yeddi ayəsi (Ərəbicə Səbulməsani, سبع المثانی) kimi qutsal inamlardan irəli gəlib.
7 Türk ulusunun bütün dünya görüşündə özünə geniş yeri var. Örnək üçün bu bayatı:
Gəlin, gəlin, duz gəlin,
Əl-ayağı düz gəlin,
Yeddi oğul istərəm,
Bircə dənə qız gəlin!
Milli qəhrəmanımız, ulu mifimiz Koroğlunun 7000, bəzi deyimlərdə 77000 dəlisi var.
Klasik ədəbiyyatımızın zirvəsi olan Nəsimi rübailərindən bir örnək:
"Ey qaşın'la kirpiyin, zülfün yedi (7),
Ol yedi (7) kim Şeytan onu bilmədi;
Həqq bu sirri Əhmədə kəşf eylədi
Onun üçün adını "Ümmi" dedi.

Həqq dedi kim yer yedi (7) vü göy yedi (7),
Laməkan təxtində gizli dir yedi (7);
Gizli Adəmdə əyan oldu yedi (7),
Dörd yedi bir kez nədən oldu yedi?

Quranda Təlaq surəsi, 12-nci ayədə buyurur: "Yeddi göyü və yerdən də oncasını yaradan Allah dır." Ərəb əlifbası da 28 dənə dir: 28 ÷ 4 = 7.

Kirpiyin qaşın'la zülfün dir yedi (7),
Yer yedi vü göy yedi, Sən də yedi (7);
Nə səbəbdən həftənin adı yedi (7)?
Bunda hikmət var dırır: Müshəf yedi (7)!"1

#Nasir_Mənzuri #ağız_lövhələr #Araz_Əhmədoğlu #Bayram #Bərəkətlərdən_Yeddisin #Türk #dəblər #folklor #uluscul_uyqarlıq #Azərbaycan #UNESCO #UN

Читать полностью…

OXULumuz

1401-DƏ AZADLIĞI YAŞA!
1401 bu gün başladı. Bu il sizə xeyir-bərəkət, sağlıq, şənlik, bolluq, əmin-amanlıq ili olsun! Ürəkləriniz süfrələriniz ilə qapılarınızdan daha çox açıq olsun! Dünyamızda savaş yox, barış, dostluq, qardaşlıq olsun! Zülm yox, barabarlıq, ədalət olsun!
Ama özünüzə bir baxın, nə’sə üzünüz keçmişlərdəki kimi gülmür! Siz isti evlərinizdə ailəniz ilə bir arada yaşayırsınız. İstədiyiniz vaxtda istədiyinizi alır istədiyiniz yerlərə gedə bilirsiniz. Ama yenə də bu dünyadan razı dəyilsiniz! Niyə? Ona görə ki siz AZAD dəyilsiniz.
Azadlığı içinizdə yaşamalısınız. Azadlıq sizin içinizdən gəlməli dir. Qırmaq istədiyiniz o zəncirlər sizin içinizdə bir-birinə düyünlənib. Bu düyünləri qıran oğullar var, ama siz zənciri özünüzdə yox, onların qolunda görürsünüz. Sizin insan kimi yaşamağa verilən haqlarınız üçün savaşan igidlər bu gün zəncirdə görünür’sə, bu zəncir sizin bütün varlığınızı bürümüş zəncirlər dir. Əkbər Nəimi, Abbas Lisanı, Ruzbeh Piri kimi igidlərin qolundakı zəncir sizin ürəyinizdəki zəncirlər dir. Şəxsi mənfəətləri üçün Haqq yolundan vaz keçib susanların sayıca zəncir var. Əsil ZALIM sən’lə mən olduğumuzu bilməsək, o igidlərimiz azadkən zəncirdə görünüb bizi bu zəncir qorxusu daha artıq zülmə, daha artıq köləliyə sürükləyəcək. Seçim sizin dir.
Nelson Mandela deyir: “Azad olmaq yalnız zəncirlərivi qırmaq dəyil, bəlkə başqalarının azadlığına hörmət’lə yanaşıb onların azadlığını daha da artırmaqda olan bir yol’la yaşamalısan.”
https://www.britannica.com/list/nelson-mandela-quotes
#Free_our_brothers #Free_Azerbaijani_activists #Standing_up_4_your_rights_is_your_leagal_right #Standup4humanrights #UN #UNESCO #Amnesty_International #HRW #UNEP #Azerbaijan #Iran #Free_Akbar_Naimi #Free_Abbas_Lissani #equality #peace #Stop_war #Stop_crime_against_humanity

Читать полностью…

OXULumuz

Salam əziz dostlar. Fitr bayramınız mübarək olsun! Oruc-namazınız qəbul olsun!

@QURANAZERBAIJAN

Читать полностью…

OXULumuz

لن أكون فى يوم منكم يشهد الله و الزمن
Allah özü və zaman şahid dir ki heç vaxt sizlərdən biri olmaram.
أنا حلمي بس كلمة إن يضل عندي وطن
Yalnız bir röyam var: vətənimin kölgəsi başımın üstündə olsun!

لا حروب و لا خراب لا مصايب لا محن
Savaşlar olmasın, xarabalıq olmasın, müsibətlər olmasın, dərd-kədər olmasın!
لا حروب و لا خراب لا مصايب لا محن
Savaşlar olmasın, xarabalıq olmasın, müsibətlər olmasın, dərd-kədər olmasın!
خدو المناصب والمكاسب لكن خلولى" الوطــــــــــــــــــــــن"
Alın, bütün məqamlar və al-ver imkanları sizin olsun! Ama vətəni qoyun mənə qalsın!

يا وطن و أنت حبيبى و أنت عزى و تاج راسي
Ey vətən! Sən mənim sevgilimsən. Və sən mənim izzətim və başımın tacısan.
أنت يا فخر المواطن و المناضل و السياسي
Sən, ey vətəndaşların, inqilabçıların və siyasətçiləri qüruru,

أنت أجمل و أنت أغلی و انت أعظم من الكراسي
Sən gözəllər gözəlisən, ə’lasan, sən bütün tac-təxtlərdən əzəmətlisən!

#Çevirmən: #Araz_Əhmədoğlu #Lotfi_Boushnaq #Tunis #Azerbaijan #Xoy #poetry #music #Arabic_music #Turkic #Türkçe #translations

Читать полностью…

OXULumuz

"Türk" adını ulusumuza birbaşa Allah özü veribdir. Bu sözü Mahmud Kaşğarlı 1000 il öncə yazmış "Divan-ül Lüğət-üt Türk" kitabında yazîr.

@OXULUMUZ

Читать полностью…

OXULumuz

"Oxumağı örgəndiğin gündən, əbədi olaraq özgür olacaqsan." Fredrik Daqlas (1817-1895), Vaşinqton, Amerikalı toplumsal islahatçı, köləliğə qarşı savaşan qanun adamı, danışan, yazar, və dövlət adamı

Читать полностью…

OXULumuz

Şair: Tofiq Həsənli, Lənkəran şəhərindən. Hz. Əli (Ə.S.)ın anadan olduğu günə təqdim edib. Salamlar olsun!

Читать полностью…
Subscribe to a channel